Tağıyevə həsr olunmuş pyes rus dilində nəşr olunub

 

Xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevə həsr olunan "İkinci həyat" pyesi rus dilində nəşr olunub. APA-nın məlumatına görə, dünən Rusiya İnformasiya Mədəniyyət Mərkəzində kitabın təqdimatı keçirilib. Kitabı mərkəzin direktor müavini Mixail Ustinov təqdim edib.

Bildirilib ki, pyesin müəllifi Teyyub Qurban Tağıyev haqqında çoxlu əsərlər yazıb, bu pyesin üzərində isə 20 ilə yaxın işlənib. 1993-cü ildə bu pyes əsasında Dövlət Gənclər Teatrının səhnəsində tamaşa qoyulub.

Elmi Təşkilatlar Birliyinin sədri Rəhim Hüseynov Hacı Zeynalabdin Tağıyevin həyatının öyrənilməsinin, təbliğ olunmasının vacibliyindən danışıb. O bildirib ki, Sovetlər dövründə yüksək hökumət vəzifələrində çalışan zaman belə, Tağıyevin portreti onun kabinetində divardan asılı olub. Xeyriyyəçinin ailə üzvləri ilə daim ünsiyyətdə olduğunu söyləyən R.Hüseynov kitabın rus dilinə tərcümə olunmasını vacib hadisə adlandırıb.

 

 

Ekspress.-2011.-10 mart.-S.14