Operamızın
Gülçöhrəsi 87 yaşında dünyasını
dəyişdi
Vaxtilə opera səhnəsində "Gülçöhrə"ni,
"Nigar"ı, "Əsli"ni böyük
məharətlə oynayan,
çox sevilən və ən arzulanan müğənnimiz Sona Aslanova Los-Anceles şəhərinin "Kaiser"
xəstəxanasında 87 yaşında vəfat
edib. O, 20 ilə yaxın idi
Amerikanın Los-Anceles
şəhərində yaşayırdı.
Sona Aslanova
1924-cü il oktyabrın 4-də Bakı
şəhərində anadan
olub. Orta və
ali təhsilini doğma şəhərində alıb. Burada ailə qurub, sənətin
zirvəsinə yüksəlib. Özünə yüzlərlə
pərəstişkar qazanan Sona Aslanovanın səsini
dahi Üzeyir Hacıbəyov "qəlbləri ovsunlayan səs"
adlandırırdı. Üzeyir Hacıbəyovdan dərs alan Sona Aslanova
200-dən çox mahnı
ifa edib və 12 bədii filmə çəkilib.
"Bizim Cəbiş
müəllim", "Görüş",
"Telefonçu qız", "Bizim küçə", "O qızı
tapın" kimi filmlərdə
yadda qalan obrazlar yaradıb. 1952-ci ildə
konservatoriyanı (Bakı Musiqi Akademiyası) bitirəndən
həmin tədris ocağında pedaqoq kimi çalışan Sona Aslanova 20-dən
artıq kadrın yetişməsində fədakarlıq göstərib.
İtaliyalı Sofe İkonovna
Qorskadan dərs alan əməkdar artist uzun illər Azərbaycan televiziyası, Dövlət
Filarmoniyası və estrada orkestrinin solisti olub. Azərbaycan və xarici bəstəkarların nəğmələrini
böyük coşqu və məharətlə ifa
edib.
O, 1956-ci ildə "xalq artisi"
adına,
1959-cu ildə isə "Şərəf" nişanı ordeninə layiq görülüb.
Sona Aslanova 1994-cü ildən
Amerika Birləşmiş
ştatlarında yaşayırdı.
AYXAN
Ekspress.-2011.-11
mart.-S.14.