Qubanın
sənət inciləri
Qubada "Qubanın sənət
inciləri" adlı sərgi, "Quba xalça məktəbinin
ənənələri və onun digər sənət sahələrinə
təsiri" mövzusunda tədbir
keçirilib. Tədbirdə
Beynəlxalq Muzeylər Şurası Azərbaycan Milli Komitəsinin sədri,
Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyinin
direktoru Röya
Tağıyeva, "Dvv international"
Azərbaycan nümayəndəliyinin milli koordinatoru İskəndər Sadiq, Quba Rayon İcra
Hakimiyyətinin nümayəndələri,
mədəniyyət işçiləri və rayonda
fəaliyyət göstərən
muzey rəhbərləri
iştirak edib. Tədbirdə çıxış edən Röya Tağıyeva bildirib ki, layihənin
əsas məqsədi mövcud
muzeyləri təhsilin
fəal məkanlarına çevirmək üçün
ölkədəki mədəni
və təhsil institutları heyətlərinin
bacarıqlarının artırılmasına dəstək verməkdir.
Qeyd edək
ki, 2009-cu ildən başlayaraq Azərbaycanda
Avropa Komissiyasının
"İnsanlara sərmayə:
yerli mədəniyyətə
doğru, mədəni
müxtəlifliyin qorunması
və təbliğatı"
proqramı çərçivəsində
"Sıxıntı, Toz
və Köhnəlikdən
uzaq, muzeylər mədəniyyətlər arası
dialoq üçün
ömür boyu təhsil məkanı kimi" mədəniyyət
layihəsi həyata keçirilir. 30 ay
müddətini əhatə
edən regional layihə
Azərbaycan, Gürcüstan, Ermənistan və Rusiya Federasiyasında icra olunur. Ölkəmizdə
bu layihəni Beynəlxalq Muzeylər
Şurasının Azərbaycan Milli Komitəsi,
eləcə də Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi
birgə həyata keçirir.
Layihə Avropa
Komissiyası və Almaniyanın İqtisadi
Əməkdaşlıq və
İnkişaf Nazirliyi
tərəfindən birgə maliyyələşdirilir.
Azərbaycanda bu layihə
Bakı, Şəki, Astara və
Qubada həyata keçirilir.
30 ay müddətində davam
edən layihə bu ilin iyun
ayında başa çatacaq.
AYXAN
Ekspress.-2011.-12-14
mart.-S.31.