II Beynəlxalq Muğam Festivalı başladı

 

Heydər Əliyev Fondu, Mədəniyyət Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə martın 14-də Bakıda "Muğam aləmi" adlı II Beynəlxalq Muğam Festivalı başlayıb.

Festivalın başlanması ilə əlaqədar Bəstəkarlar İttifaqında mətbuat konfransı keçirilib. Tədbiri açan festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə I Beynəlxalq Muğam Festivalını xatırlayaraq onun böyük rezonans doğurduğunu deyib. İkinci festival barədə ətraflı məlumat verən F.Əlizadə 8 günlük festival çərçivəsində hər gün bir neçə tədbirin keçiriləcəyini vurğulayıb.

Konfransda iştirak edən Paris Universitetinin professoru Jan Dürink ilk festival barədə təəssüratlarını bölüşüb. O, Azərbaycan xalqının qonaqpərvərliyini xüsusi vurğulayıb.

Mədəniyyət Turizm Nazirliyinin incəsənət şöbəsinin müdiri Fərəh Əliyeva qeyd edib ki, festivala qatılan bütün xarici qonaqların xərcləri dövlət tərəfindən ödənir. O bildirib ki, festival çərçivəsində qonaqlar üçün Bakının görməli yerlərinə xüsusi ekskursiyalar təşkil olunacaq.

Milli Konservatoriyanın rektoru, xalq artisti Siyavuş Kərimi isə festival çərçivəsində keçiriləcək muğam müsabiqəsi barədə məlumat verib. Onun sözlərinə görə, martın 17-də müsabiqənin püşkatması olacaq, 18-də isə yarışma başlayacaq. Martın 20-də - müsabiqənin son günündə isə qaliblər müəyyənləşəcək.

S.Kərimi bildirib ki, müsabiqəyə Azərbaycanla yanaşı Çin, Hindistan, Özbəkistan, İordaniya, İran, Küveyt, Mərakeş Türkiyədən ifaçılar qatılacaq. Ölkəmizi isə festivalda əməkdar artist Fərqanə Qasımova, Babək Niftəliyev, Aytən Məhərrəmova, Ehtiram Hüseynov Nişanə Baxışova təmsil edəcək.

Festivalın bağlanış mərasimi ilə bağlı martın 21-də Heydər Əliyev Sarayında qala-konsert olacaq.

 

 

Ekspress.- 2011.- 15 mart.- S.23.