"Fukusima-1" Çernobıl yolunda...
Ekspert: Gizlənməklə
radiasiyadan qorunmaq mümkün deyil
Yaponiyanın "Fukusima-1" atom
elektrik stansiyasının (AES) üzərindən ağ
tüstü qalxır. Tüstünun üçüncü
reaktorun üstündən qalxması ehtimal olunur. Daha əvvəl
xəbər verilmişdi ki, bu reaktorda yanğın baş
verib, lakin qısa zamanda söndürülüb.
Yaponiya rəsmilərinin
bildirdiyinə görə,
nüvə reaktorundan sızan radiasiyanın
səviyyəsi
təhlükəli
həddə çatıb. Baş nazir Naoto
Kan da radiasiya səviyyəsinin və daha artıq sızma
riskinin xeyli yüksək olduğunu bildirib. "Fukusima-1"
nüvə reaktorunun 30 km-lik məsafəsində
yaşayanlara evlərindən çıxmamağa göstəriş
verilib.
Yaponiya baş naziri
fəlakətə
məruz qalmış
ərazilərə baş
çəkməyə davam
edir və nüvə
reaktorunda baş verən
sonuncu partlayış dünyanın
diqqətini zəlzələnin
və onun ardınca
sahildən bəzi
hallarda on kilometrə
qədər
ərazini
təsiri altında
qoyan sunaminin səbəb
olduğu dağıntılardan
radiasiyanın yayılması
təhlükəsi
və bunun üçün
görüləcək
tədbirlərə
yönəldib. Yaponiya məsələ
ilə əlaqədar ABŞ-dan yardım istəyib və
artıq bir neçə nüvə mütəxəssisi Birləşmiş
Ştatlardan Yaponiyaya göndərilib. ABŞ prezidenti Barak
Obama ölkəsinin Yaponiya xalqına dəsdəyini bir daha təkrar
edib.
ABŞ-ın 7-ci
donanmasından zəlzələ
qurbanlarına yardımlar
daşınırdı. Havada radiasiya
miqdarının artmasına görə bu əməliyyat
müvəqqəti olaraq dayandırılıb.
Xatırladaq ki, martın
11-də baş verən
zəlzələ
və ardınca
gələn
sunamidən sonra
"Fukusima-1"də qəza
vəziyyəti
yaranıb.
AES-in soyutma
sistemi sıradan
çıxdığından 4 enerji
blokunda (nüvə
reaktorları) bir neçə
partlayış və iki
yanğın baş
verib. Hazırda
blokları dəniz
suyu ilə soyutmağa
çalışırlar.
Dünən
Yaponiya hökuməti
Milli Polis İdarəsindən
xahiş edib ki,
öz suatan toplarını
AES-ə göndərsin. Bu yolla işlənmiş
nüvə yanacağını soyutmaq
planlaşdırılır. Reaktorala suyun necə
vurulacağı açıqlanmayıb. Daha əvvəl
blokları vertolyotlardan su tökməklə
planlaşdırılsa da, radiasiyanın yüksək səviyyəsi
buna imkan verməyib.
"Fukusima-1"də
6 reaktordan 1-i - 4-cü
reaktor daha böyük
təhlükə
kəsb edir.
Bu reaktor uran yox, plutoniumla işləyir. Plutonium isə ətraf
mühit və insanlar üçün daha böyük təhlükə
daşıyır.
Apokalipsis?!
Yaponiya AES-ləri ətrafındakı situasiya ilə
bağlı Avropa Birliyinin energetika komissarı Günter
Oettingerin təşəbbüsü ilə martın 15-də
Brüsseldə AB-nin energetika nazirlərinin, nüvə təhlükəsizliyi
sahəsində ekspertlərin, habelə AES-lərə yanacaq tədarükçülərinin
görüşü keçirilib. Günter Oettinger
Yaponiyada baş verənləri "apokalipsis" (qiyamət)
kimi qiymətləndirib": Söhbət apokalipsisdən
gedir. Mən hesab edirəm ki, bu söz yaranmış
situasiyaya daha uyğun gəlir. Praktiki olaraq hər şey nəzarətdən
çıxıb. Mən yaxın saat və günlərdə
vəziyyətin daha da pisləşəcəyini istisna etmirəm".
Qeyd edək
ki, bu sözlər
siyasətçi
və ya jurnalistin deyil, yetərincə
kompotentli şəxsin - Avropanın
energetika üzrə kommisarının
dilindən çıxıb.
Beynəlxalq
Atom Enerjisi Agentliyinin yaponiyalı rəhbəri
Yukiya Amano Oettinger kimi bədgüman
olmasa da, radiasiyanın
Çernobıl qəzası
səviyyəsində
olmayacağını desə
də, "Fukusima-1"in
reaktorlarından birinin
nüvəsi
qismən zədə
gördüyünü,.2-ci
rektorda yanacağın 5 faizə
qədəri
sızdığını
deyib və situasiyanı
sadəcə konstatasiya edib":Bazar ertəsindən
başlayaraq situasiya narahatlıq
doğurur".
Xəbər
verdiyimiz kimi, Brüssel
toplantısında
qərara alınıb
ki, Avropa Birliyi
ərazisindəki
bütün
nüvə reaktorları
fövqəladə
hallara davamlılıq
testindən keçirilsin.Oettinger deyib ki, razılığa
əsasən, sınaqlar
könüllü
olacaq və 153 rektorun zəlzələ,
sunami, terror hücumu
kimi gözlənilməz
hallara hazırlığı
yoxlanacaq.
Adil Qəribov: "Təşvişə
səbəb yoxdur"
Azərbaycan
Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri
İnstitutunun direktoru Adil Qəribov ANS PRESS-ə müsahibəsində
"Fukusima-1" AES-də yaranan kritik situasiya ilə
bağlı Azərbaycanın radioaktiv fonunda hər hansı dəyişiklik
qeydə alınmadığını bildirib:
- Radioaktiv fon illik
doza gücünə
görə hesablanır. Bu da 12-13 mikro rentgen saatdır. Tarix boyunca Azərbaycanda radioaktiv fon
5-6-8 mikro rentgen saatdan yuxarı çıxmayıb. Bu gün bu rəqəm 5-dir. Bu göstərici
aşağı düşüb ki, yuxarı
çıxmayıb.
- Yaponiyada hazırda nə baş
verir, oranın sakinləri üçün nə kimi təhlükələr
mövcuddur?
- Hazırda adıçəkilən
reaktorda hidrogen qazları əmələ gəlir və
çıxan qazlar reaktorun üzərində
partladılır. Partlayışı özləri
edirlər ki, qaz içərini dağıtmasın.
Mütəmadi olaraq klapanlar açılır, hidrogen qazı
çıxır, partlayış olur və reaktorun üzərində
ağ duman yayılır. Bu
yüksək temperaturlu su buxarlarıdır. Hər hansı hadisə baş versə, yaxın
10-15 km ərazilərdə, dənizdə və quruda xəta
hiss edilə bilər.
- Yaponiyanın baş naziri Naoto Kan
AES-ə 20-30 km yaxınlıqda yaşayan əhalini öz evlərini
tərk etməməyə, qapı və pəncərələri
bağlamağa çağırıb. Bu nə
dərəcədə düzgün addımdır?
- Bu, həmin reaktorlardan qaz
çıxması və bu qazın tərkibində radiokativ
qazların olması ilə bağlıdır. Bu
qazlar ağırdırlar, onlar gec çökürlər.
Əgər radiasiya varsa və yayılıbsa,
ondan gizlənməklə qorunmaq mümkün deyil. Onu ya gərək ölçüb təmizləsinlər,
ya da oradan uzaqlaşsınlar.
- Yaponiyada baş verən hadisələr
Azərbaycana necə təsir edə bilər?
- Azərbaycanda
Yaponiyada baş verən hadisə ilə bağlı təşvişə
düşməyə ehtiyac yoxdur. Çünki
oradan bura bulud gəlib çıxa bilməz. Buludun bura gəlməsi üçün
böyük ərazisi olan Rusiyanın ərazisindən
keçməlidir. Onu da deyim ki, dəniz
suyu ən gözəl uducudur. Dənizin
üzəri buxarla doludur. Onlar buludu çəkəcəklər.
Əgər belə radioaktiv bulud Ermənistandan və ya hər
hansı başqa yerdən gələrsə, bizim Fövqəladə
Hallar, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində
monitor stansiyaları var. 6 yerdə daima radioaktivlik
ölçülür. Bunlardan biri də
institutun nəzdindədir. Bu məsələ
üzrə cavabdeh qurumlar var, mütəxəssislər
toplaşıb daimi olaraq monitorinq aparırlar. Hər hansı dəyişiklik olan kimi əhaliyə
xəbərdarlıq ediləcək.
- Yaponiyada baş verən hadisələrin
ən pis ssenarisi necə ola bilər?
- Ən pis halda -
nüvə reaktorunun aktiv zonasının partlayacağı təqdirdə
maddələr okeana töküləcək. Sakit okeana 1988-ci ilə qədər milyon tonlarla
radioaktiv maddələr tökülüb. Çünki
orada nüvə silahlarının sınaqları
aparılıb. Sakit okeanın o qədər radioaktiv
çirklənmələri var ki... Okeanda
çox böyük həcmdə su var. 100-50 ton tullantı
heç bir şeydir. Ölçü cihazları bu həcmi
heç hiss etmirlər. O çox tez yayılır.
Ən pis halda bu
partlayışı Rusiyanın Kuril adaları, Saxalin tərəfdə
hiss ediləcək, bu ərazilərdən içəri
keçməyəcək. Çünki sonra
tayqa meşələri gəlir. Meşə
küləklə, hava ilə gələn buludu özünə
çəkəcək. Bunlar ağır
maddələrdir, onlar yuxarı qalxan deyillər. Maksimum 500-600 km gedə bilərlər. O da
quruya çatmayacaq. Heç bir qorxusu yoxdur.
Ancaq əlbəttə ki, Yaponiya xalqı üçün təsiri
olacaq...
Son xəbər
Qərb mediası
hesab edir ki, "Fukusima-1" AES-i "asta çəkilişli
Çernobl AES-i" xatırladır. Hələlik,
Yaponiya AES-indəki qəza INES-in yeddiballıq şkalası
üzrə 6 bal alıb, lakin Çernobıldakı qəzanın
layiq görüldüyü ən yüksək bala çox az
qalıb - Yaponiyada radiasiya artıq normanı 110 dəfə
ötüb.
Artıq
"Fukusima-1"in soyutma sistemi sıradan
çıxmış birinci və üçüncü
enerci bloklarında reaktorun nüvəsinin qismən əriməsi
(qismən meltdaun) başlanmışdır. Energetika
üzrə Avropa komissarının nümayəndəsi Marlina
Holtsner bildirmişdir ki, Avropa Komissiyası ekspertləri
Yaponiyanın, habelə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA)
rəsmi mənbələrinin və KİV-lərin məlumatlarını
təhlil edərək bu qənaətə gəlmişlər:
"Dördüncü enerji bloku üzərində
tüstünün qalxması isə ayrıca narahatlıq
doğurur, çünki onun mənbəyi məlum
deyildir".
Fransa hökumətinin təmsilçisi
Fransua Baruen isə Nazirlər Kabinetinin Yelisey sarayında
keçirilən iclasından sonra belə deyib: Yaponiyada hadisələrin
ən pis inkişaf ssenarisi
Çernobıl AES-dəki qəzadan
da pis ola bilər. BAEA
başçısı yapon Yukiya Amano isə
avropalıları sakitləşməyə
çağırıb":Mütəxəssislər
reaktorun təhlükəsizliyinə nail olmaq üçün
hər şeyi edirlər". Yaponiya hazırda
dəniz suyu və bor turşusunun köməyi ilə vəziyyəti
normallaşdıra bilir.
Meltdaun (meltdown) -
nüvə reaktorundakı yanacağın əriməsidir,
hidrogenin ayrılması ilə müşayiət olunur. Onun oksigenlə qarışığı təhlükəli
və partlayışa meylli "zəhərli məhlul"
yaradır. Partlasa, reaktorun dəmir-beton
örtüyü zədələnəcək. Elə
1986-cı ildə Çernobıl AES-də belə
partlayış olmuşdu...
Yaponiyanın zəlzələ
və sunamidən sonrakı durumu "humanitar fəlakət"
kimi qiymətləndirir. Ölənlərin
və itkin düşənlərin sayı artıq 13 min nəfəri
keçib, şaxtalar və evsizlik ac-susuz insanları
biçarə vəziyyətə salıb. Xarici
diplomatlar, bir sıra xarici təşkilatların və
bankların təmsilçiləri ölkədən
qaçırlar...
Z.Ziya
Ekspress.-
2011.- 17 mart.- S.10.