Nəriman Həsənzadənin "Seçilmiş əsərləri" Milli Kitabxanada təqdim olundu

 

Martın 29-da M.F.Axundov adına Milli Kitabxanada Mədəniyyət Turizm Nazirliyinin kitabxananın təşkilatçılığı ilə xalq şairi Nəriman Həsənzadənin 80 illik yubiley tədbirləri çərçivəsində 7 cilddə nəşri nəzərdə tutulan "Seçilmiş əsərləri"nin yeni çapdan çıxmış 4 cildinin təqdimatı keçirilib.

Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, millət vəkili Nizami Cəfərov, Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub, akademik Bəkir Nəbiyev, şair Vaqif Bəhmənli və digər tanınmış ədəbiyyat və mədəniyyət xadimlərinin iştirak etdiyi tədbiri açan kitabxananın direktoru Kərim Tahirov müasir Azərbaycan poeziyasında Nəriman Həsənzadənin xüsusi xidmətləri olduğunu deyib.

Yeni işıq üzü görən kitablar barədə məlumat verən K.Tahirov qalan 3 cildin hazırda nəşrdə olduğunu bildirib. Direktor şairin yubileyilə əlaqədar Milli Kitabxana tərəfindən "Nəriman Həsənzadə" adlı elektron məlumat bazasının hazırlandığını da vurğulayıb.

Mədəniyyət turizm nazirinin birinci müavini Vaqif Əliyev şairin yaradıcılığına nəzər salıb. Eyni zamanda, onun ictimai-siyasi fəaliyyətinə toxunaraq mətbuat informasiya nazirinin müavini, Ali Sovetin deputatı olduğunu xatırladıb.

Nazir müavini onu da vurğulayıb ki, Nəriman Həsənzadənin 80 illik yubileyilə əlaqədar müxtəlif mədəniyyət ocaqlarında silsilə tədbirlər keçiriləcək.

Sonda Nəriman Həsənzadə Mədəniyyət Turizm Nazirliyinə öz təşəkkürünü bildirib.

Çıxışlardan sonra elektron məlumat bazası tədbir iştirakçılarına təqdim olunub.

Bundan başqa, yubilyarın yaradıcılığını əhatə edən kitab sərgisi nümayiş etdirilib.

Qeyd edək ki, "CBS" nəşriyyatında nəfis şəkildə buraxılan kitablarda şairin müxtəlif illərdə qələmə aldığı şeirlər, poemalar, pyeslər nəsr əsərləri toplanıb.

 

 

Ekspress.- 2011.- 30 mart.- S. 23.