Ordubadinin "Qanlı illər"i  Rus ingilis dillərində nəşr edilib

 

Görkəmli Azərbaycan yazıçısı M.S.Ordubadinin "Qanlı illər. 1905-1906-cı illərdə Qafqazda baş vermiş erməni-müsəlman davasının tarixi" əsəri Avropa Azərbaycan Cəmiyyəti (AAC) tərəfindən Rusiyanın nüfuzlu Mədəniyyətin Tədqiqi Akademiyasının nəşriyyatında rus dilində ("Krovavıe qodı. İstoriya armyano-musulmanskoy voynı na Kavkvze. Sankt-Peterburq" 2010), Britaniyanın tanınmış "Qarnet" nəşriyyatında isə tarixi-elmi nəşrlər seriyasında ingilis dilində nəşr edilib ("Years of blood. A history of the Armenian-Muslim Clashes in the Caucasus" 1905-1906. London" 2011).

Bu barədə AAC-dən məlumat verilib. Qeyd edilən əsərin ingilis dilində ilk dəfə dünyada şərqşünaslıq üzrə ən böyük akademik nəşriyyatlardan olan "Qarnet Publishing"də çapı Azərbaycan həqiqətlərinin dünyada, xüsusilə Qərb elmi dairələrində tanıdılması işinə mühüm dəstək olacaq. Hər iki nəşr AAC sədri Taleh Heydərovun geniş giriş sözü ilə başlayır. Burada xüsusi olaraq vurğulanır ki, bu kitabı 1905-1906-cı illər "erməni-müsəlman davası"nın tarixi-coğrafi xronikası adlandırmaq olar. "Qanlı illər" geniş oxucu kütləsinə hərtərəfli mənbələrə müvafiq tədqiqat üsullarına əsaslanan tarixi elmi əsər olaraq təqdim edilib. Belə ki, Ordubadi baş vermiş hadisələr haqqında məlumat almaq üçün yerlərdəki müxbirlərə müraciət edib, alınan məktublar vasitəsilə hadisələrin ümumi gedişini "bərpa" etməyə nail olub. Faktların toplanmasındakı obyektivlik elmiliyə onların sistemləşdirilməsi, təhlili, yekunlaşdırılması nəticələr çıxarılmasında da ardıcıl şəkildə əməl edilib.

Əsər 1905-1906-cı illər erməni-müsəlman davasının səbəblərini, gedişini, əsas problemlərini nəticələrini ardıcıl şəkildə izləməyə imkan verir. Girişdə Ordubadinin bu kitabının 1905-1906-cı illər hadisələrinin öyrənilməsində əsas mənbələrdən biri olduğu qeyd olunur, bu hadisələrin beynəlxalq aləmdə əks-sədasına dair müəllifin fikirlərinə xüsusi diqqət yetirilir. Ordubadi yazırdı ki, hadisələrin baş verməsi səbəbi barədə Rusiya Qafqaz mətbuatı ilə yanaşı, Avropa Amerika mətbuatı qızğın-qızğın canfəşanlıq etməkdə idi. Bunu da bilməliyik ki, xarici mətbuat səhifələrində müzakirəyə qoyulmuş məqalələrin hamısı bir-birinə zidd, təzadlı fikirlərlə qarşı-qarşıya durmaqda idi. T.Heydərov bu sahədə vəziyyətin o zamandan bəri çox az dəyişildiyini qeyd edərək tarixin təcrübəsinə qayıtmağın, onu yenidən dəyərləndirməyin mühüm elmi-idraki əhəmiyyətə malik olduğunu bildirir. Bu baxımdan Ordubadinin əsərinin xüsusi rolu vurğulanır. Bunu nəzərə alan Avropa Azərbaycan Cəmiyyəti "Qanlı illər" əsərinin rus ingilis dillərində nəşrini, bilavasitə Rusiya İngiltərədə həyata keçirib. Bu nəşrlər rus ingilisdilli oxucuların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərinin öyrənilməsində, Azərbaycanın ədalətli mövqeyinin dünya ictimaiyyətinə çatdırılması işində böyük əhəmiyyətə malikdir.

"Qanlı illər"in Rusiya Böyük Britaniyada nəşri ilə Azərbaycan müəlliflərinin dünya üzrə nəşri coğrafiyası daha da zənginləşib.

 

 

Ekspress.- 2011.- 30 mart.- S. 23.