Şuşasızlığın
19-cu ili
Ombudsman beynəlxalq ictimaiyyətə
səsləndi
Ombudsman Elmira Süleymanova Şuşa, Laçın və Kəlbəcərin
işğal günləri
ilə bağlı bəyanat yayıb. Bu barədə Ombudsman Aparatından bildirilib.
Bəyanatda bildirilir ki, Azərbaycan
torpaqlarının Ermənistan tərəfindən zaman-zaman zəbt
olunması əvvəllər rus çarizminin, daha sonralar isə
keçmiş sovet imperiyasının yürütdüyü
şovinizm siyasətinin, erməni vandalizminin çirkin
oyunlarına dəstək verməsinin nəticəsi idi:
"Ermənistanın Azərbaycana qarşı 20 ildən
artıq müddətdə hərbi təcavüzü nəticəsində
20 min nəfərdən artıq azərbaycanlı həlak
olub, 50 min nəfər yaralanıb, müxtəlif dərəcəli
xəsarətlər alaraq əlil olub, 4500 nəfər itkin
düşüb, qadınlar, qocalar, uşaqlar əsir və
girov götürülüb, amansız işgəncələrə
məruz qalıb, bir milyon nəfər azərbaycanlı
qaçqın və məcburi köçkünə
çevrilib, 1000-dək yaşayış məntəqəsi
dağıdılıb".
Bəyanatda qeyd olunur ki, bu
işğalçılıq siyasətinin tərkib hissəsini
təşkil edən, beynəlxalq hüququn norma və prinsiplərinin
kobud pozulması ilə nəticələnən, Azərbaycanın
tarixən çox mühüm strateji əhəmiyyəti
olan, mədəniyyət beşiyi, klassik musiqimizin mərkəzi
sayılan, əhalisinin 92%-ni azərbaycanlılar təşkil
edən Şuşa şəhərinin, habelə
Laçın rayonunun işğalından on doqquz il keçir.
Sənəddə bildirilir
ki, Azərbaycanın işğal edilmiş ərazilərində
ölkə və dünya əhəmiyyətli 100 mindən
artıq mədəniyyət nümunəsi yararsız hala
salınıb və qəsb edilib, 500-dək tarixi və 100-dən
çox arxeoloji abidə, 22 muzey dağıdılıb.
Ombudsman erməni
terrorçuları və onların havadarlarının tezliklə
cinayət məsuliyyətinə cəlb edilməli olduğunu
deyib. Bəyanat BMT-nin Baş Katibi, Baş katibin müavini,
Uşaqlar və silahlı münaqişələr problemi
üzrə xüsusi nümayəndəsi, BMT-nin İnsan
Hüquqları üzrə Ali Komissarı, Avropa Komissiyası,
Avropa Şurası, ATƏT, Beynəlxalq və Avropa Ombudsmanlar
İnstitutları, Asiya Ombudsmanlar Assosiasiyası, Beynəlxalq
Sülh Bürosu, Universal Sülh Federasiyası, müxtəlif
ölkələrin ombudsmanları, Azərbaycanın xarici
ölkələrdəki, xarici ölkələrin
respublikamızdakı səfirlikləri və Azərbaycanın
diaspor təşkilatlarına ünvanlanıb.
Bəkir NƏRİMANOĞLU
Ekspress.-
2011.- 4 may.- S. 4.