Qarabağdakı Alban kilsəsinin fotoşəkli İsveçrə kitabxanasından tapıldı

 

İsveçrə kitabxanaları və Azərbaycan kitabxanaları arasında əməkdaşlıq əlaqələrinin qurulması məqsədilə Azərbaycan nümayəndə heyəti Bern, Sürix Lucern şəhərlərində yerləşən kitabxanalarda görüşlər keçirib. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, görüşlər Azərbaycanın İsveçrə Konfederasiyasındakı Səfirliyinin dəstəyi ilə reallaşıb. Səfərin birinci günü Lozanna şəhəri və onun mədəniyyət ocaqları ilə tanışlıq olub. Səfərin ikinci günü Sürix Şəhər Mərkəzi Kitabxanası ilə tanışlıq keçirilib Azərbaycan kitabxanaları ilə əməkdaşlıq məsələləri müzakirə olunub.

Sürix Mərkəzi Kitabxanası sözügeden məsələnin vacibliyini vurğulayaraq, müsbət rəy verib. Bundan başqa, həmin kitabxananın qrafika fondunda Qarabağda yerləşən qədim Alban kilsəsinin fotoşəkli tapılıb. Şəkildə Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğu alt yazıda qeyd olunub.

Bern şəhərində yerləşən İsveçrə Milli Kitabxanası ilə tanışlıq keçirilib və Azərbaycan Milli Kitabxanası ilə İsveçrə Milli Kitabxanası arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

 

 

Ekspress.- 2011.- 6 may.- S. 14.