Bu gün "Eurovision-2011"-in
finalıdır
Mayın 14-də
Almaniyanın Düsseldorf şəhərindəki
"Esprit Arena"da keçiriləcək
"Eurovision-2011" mahnı müsabiqəsinin final mərhələsində
çıxış edəcək
25 ölkənin sıra
nömrələri artıq
məlumdur. Mayın 12-də baş tutan
II yarımfinal mərhələsindən
dərhal sonra finala vəsiqə qazanan daha 10 ölkənin mətbuat konfransının ardınca
püşkatma keçirilib.
Finala vəsiqə qazanmış təmsilçilərimiz
Eldar və Nigar 19-cu nömrə altında
çıxış edəcəklər. Azərbaycan
Avstriyadan sonra səhnəyə çıxacaq.
Qeyd edək ki, mayın 12-də II yarımfinalda 19
ölkə finala çıxmaq uğrunda mübarizə
aparıb. Mübarizə aparan ölkələr arasında
Avstriya, Belarus, Belçika, Bosniya və Herseqovina,
Bolqarıstan, Kipr, Danimarka, Estoniya, Makedoniya, İrlandiya,
İsrail, Latviya, Moldova, Rumıniya, Slovakiya, Sloveniya,
İsveç, Niderland və Ukrayna təmsilçiləri
olub.
II yarımfinalda
da bir çox
yaddaqalan məqamlar olub.
Beləliklə, mayın
14-də finalda iştirak
edəcək təmsilçilərin
səhnəyə çıxış
ardıcıllığı:
1. Finlandiya
2. Bosniya Hersovoqina
3. Danimarka
4. Litva
5. Macarıstan
6. İrlandiya
7. İsveç
8. Estoniya
9. Yunanıstan
10. Rusiya
11. Fransa
12. İtaliya
13. İsveçrə
14. Böyük Britaniya
15. Moldova
16. Almaniya
17. Rumıniya
18. Avstriya
19. Azərbaycan
20. Sloveniya
21. İslandiya
22. İspaniya
23. Ukrayna
24. Serbiya
25. Gürcüstan
Qeyd edək ki, mayın 10-u və 12-də keçirilən
yarımfinallarda qalib gələn 20 ölkə,
mübarizəyə birbaşa
finaldan başlayan Fransa, İtaliya, Böyük Britaniya, İspaniya və Almaniya ilə birlikdə yarışacaq.
Ayxan
Ekspress.- 2011.- 14-16 may.- S. 20.