Amerikada sevgi yoxdur...
Yaqub Zurufçunun etirafı: "Sevgi hər şeyi üstələdi..."
Lent.az-ın
"Məşhurların sevgi
etirafları" layihəsinin
növbəti qonağı
o taylı, bu taylı Azərbaycanın
sevimli sənətçisi,
əməkdar artist Yaqub
Zurufçu olub.
Layihənin aparıcısı Xəyalə
Muradlının müğənniyə ilk sualı belə
olub: "Şərq kişisi üçün şəxsiyyət
və qürur sevgidən öncə gəlir, yoxsa sonra?"
- Yaxşı və çətin sualdır... Ümumiyyətlə,
sevgi insanın yaşayış tərzidir - mən belə
düşünürəm. Heç nəyə
qarşı içində sevgi olmayan insan
robot kimi bir şeydir. Sualınıza gəlincə, məncə, sevgi sonra gəlir. Mənə
görə şəxsiyyət hər şeydən öndə
durur. Mən 30 il qürbətdə
yaşamışam, axırda vətənimə qovuşmuşam. Anlamışam
ki, vətəndən böyük
sevgi ola bilməz. Mənim üçün hazırda ən böyük sevgi vətənimə olan sevgimdir. Əgər mənə desələr ki, Azərbaycanda yaşama, inanın, elə o
anda ölərəm. Çünki
o qədər qürbət
çəkmişəm, narahatlıqlar, çətinliklər
görmüşəm ki... Mən heç vaxt vətənimi unutmaram. Mənim üçün
hər şeydən
öndə Azərbaycan durur. Vətən mənim şəxsiyyətimdir.
Keçən il mənə
Azərbaycan vətəndaşlığı,
fəxri ad verildi. Buna görə prezidentimizə minnətdaram. Mən
azərbaycanlı olmağımla fəxr edirəm,
amerikalı olduğuma isə
nifrət edirəm. Amerika
mənə şəxsiyyət
verməmişdi. Orda mən
elə-belə qalırdım.
- Amerikada cinsindən asılı olmayaraq, hamı
sevgisini asanlıqla izhar edə bilər, amma müsəlman cəmiyyətlərində
belə deyil...
- Orda sevgi
demək olar ki, yoxdur. Təəssüf ki, artıq Azərbaycan da o yolu getməyə başlayır, kapitalizm sisteminə düşüb.
Mən bura təzə gələndə xətir-hörmət
tamam başqa cür idi. Getdikcə münasibətlər dəyişir,
bayağılaşır, xüsusən
də sevgiyə hörmət azalıb.
Çünki kapital imkan vermir, verməyəcək
də. Sən səhərdən axşama qədər öz problemlərinin arxasınca qaçmağa
məcbursan. Onda sevgiyə
vaxt ayıra bilməyəcəksən, imkanın
olmayacaq. Bir adam ki,
səhər durub işə gedə, evə də gecə gələ, o necə sevəcək? Heç ailəsinə vaxt ayıra bilməyəcək.
Mənim
fikrimcə, Amerikada mənəvi dəyərlər
sıfırdır. Hətta orda
yeməyə gedəndə,
hərə öz pulunu verir.
- Yaqub müəllim, bu vaxta qədər
unutmadığınız bir
sevginiz olub?
- Adətən, ilk məhəbbət
heç vaxt unudulmur.
- İlk məhəbbətlə
neçə yaşında
qarşılaşmısız?
- Onda mənim 17-18 yaşım olardı. Məktəbin sonuncu sinfində
oxuyurdum. O vaxt, elə indi də
İranda qızlar ayrı, oğlanlar ayrı məktəblərdə
oxuyurdu. O qızı məktəbdən çıxarkən
görmüşdüm. Gözəl siması
vardı. Çox ciddi
qız idi. Özünü elə aparırdı ki, heç kim
ona yaxın dura bilməzdi. Bir dəfə qorxa-qorxa ona yaxınlaşıb telefon nömrəsini almaq istədim. Dedi, "sən heç bilirsən mən kiməm?" Ondan sonra onun
kim olduğunu
öyrəndim. Demə, İranın
çox məşhur
şəxsinin nəvəsi
idi. Bir bacısının da əri o vaxt
enerji idarəsinin naziri olub. Dedilər, "o qız elə insan deyil kiminləsə
- Bəs institut illərində kimi sevmisiz?
- Onda da yoldaşımla
- Yoldaşınızı sevib
ailə qurmuşduz?
- Bəli, sevib ailə qurduq. İki uşağımız oldu
- Dəniz və Dalğa. İndi də Amerikada
yaşayırlar. Qızım təhsilini
başa vurub. Oğlum isə məşhur universitetlərin birində
həkimlik ixtisasına
yiyələnir.
- Amma yoldaşınızdan
ayrılmısız artıq...
- Bunun səbəblərini mən açıqlaya bilmərəm. Amma biz ayrılmışıq, özü də çox səmimi şəkildə. Telefonla da
danışırıq. Amerika sistemi budur.
- Siz Azərbaycana
köçəndə ailəniz
sizinlə birgə burada yaşamaq istəmədi?
- Onlar bir-iki dəfə
gəldi, amma qala bilmədilər. Uşaqlar orada anadan olub
deyə, bura öyrəşmək çətindi.
Mən isə Bakını çox sevirəm.
- İkinci həyat yoldaşınızla necə
- İkinci həyat
yoldaşım azərbaycanlıdır.
Jurnalistdir. İctimai televiziyada işləyib.
Onunla elə orada "Körpü"
verilişində
- Neçə yaş fərqiniz var?
- 25 yaş. Amma o da məni
istəyib də (gülür). İnşallah, bir neçə aydan sonra ilk övladımız dünyaya
gələcək. İstədim bir uşağım da Azərbaycanda doğulsun.
- Deməli, həqiqətən
də məhəbbət
yaşa baxmır.
- Bilirsiz, mən onu sevdim. Onun xasiyyəti,
mədəniyyəti, səmimiyyəti,
müəyyən xüsusiyyətləri
mənim çox xoşuma gəldi. Və fikirləşdim ki, ola bilər.
- Qızın ailəsi tərəfindən bir
problem yaşanmadı ki?
- Yox, heç nə. Sevgi hər şeyi
üstələdi.
- Bəs birinci həyat yoldaşınız
bunu necə qarşıladı?
- Onunla bizim məsələmiz
həll olunub. O, heç vaxt bu məsələyə qarışmaz. İcazə də vermərəm.
Mən ona heç nə deməmişəm.
- İkinci dəfə
evləndiyinizi bilmir ki?
- Yox. Onlara deməmişəm. Fikirləşirəm ki, bəlkə
də mətbuatdan bilirlər. Amma indiyə kimi
üzümə qarşı
heç nə soruşmayıblar. Mən də
deməmişəm. Və lazım
da bilmirəm ki, mənim şəxsi işimə qarışsınlar. Sadəcə deməyi lazım bilməmişəm. Onlar soruşsalar,
əlbəttə mən
həqiqəti deyəcəm,
onlara heç vaxt yalan danışmaram.
Amma nə onlar soruşub,
nə də mən demişəm.
- Birinci həyat yoldaşınızı da,
ikincisini də sevib ailə qurmusuz. Hiss olaraq hansı daha böyükdür?
- (Düşünür) Sevgi hər yaş dövründə müxtəlif olur. Amma zaman keçdikcə
sevgi yaşadığın
ölkə ilə mükəmməl ola bilir. Mən evlənib Amerikaya getdim. O ölkə bizim içimizdəki mənəviyyatı yavaş-yavaş
bir-birindən ayırdı.
Çünki o ölkədə gərək hamı işləyə. Problemlər yarandıqca,
zərbələr də
artırdı. Ölkə bunu
saxlayır, qoruyur.
Məsələn, ailədə problem olanda valideyn məsləhət verir.
Amma o ölkədə valideynimiz
yox idi, özbaşınalıqdı, dostlar
hamısı düşmən
kimidir. Orada ayrılmaq normal hal
kimi qəbul olunur. Yəni, xaricdə sevgi
zamanla azalır.
Azərbaycan, ya da Təbriz sevgini qoruyub saxlaya bilərdi. Getdikcə insan bir-birindən
uzaqlaşır. Ona görə
də orada çoxu evli deyil. Amma indiki həyat yoldaşım... Mən oxuyanda onun ürəyi gedir. O görür mən Azərbaycanı necə sevirəm.
- Yoldaşınız sizi daha çox sənətçi kimi sevib?
- Hə, məni mədəniyyət xadimi kimi tanıyıb və sevib.
- Səmimi etiraf edin, nə vaxtsa
sevdiyinizə xəyanət
etmisiz?
- (Gülür) Yox,
bunu etiraf etmirəm.
- Yaqub Zurufçu
onu daha çox məşhurlaşdıran
"Ayrılıq" mahnısını
sevgi mahnısı kimi oxuyur, yoxsa
vətənpərvərlik mahnısı kimi?
- Əslində, bu,
lirik mahnıdır.
Amma mən onu ancaq
vətənpərvərlik mahnısı kimi oxumuşam. Mən
"Ayrılıq"la məşhur
oldum, bu mahnı o dövrdə top
kimi partladı. Yenə deyirəm, mənim üçün əsl məhəbbət Azərbaycandır.
Qalan ömrümü çalışacam
ancaq Azərbaycan mədəniyyətinə həsr
edəm. Xalqım, ölkəm
və onun yüksək səviyyədə
təbliğatı mənim
üçün ən
böyük sevgidir.
Qalan sevgilər mənə görə çox kiçikdir. Vətəni sevməyəndən sonra heç nəyi sevmək olmaz.
Ekspress.- 2011.- 14-16 may.- S. 18.