Paytaxtda kitab bayramı

 

 Milli Kulturoloji Mükafatın qalibləri mükafatlandırıldı

 

Mayın 27-də M.F.Axundov adına Milli Kitabxanada Yeni Yazarlar Sənətçilər Qurumunun təşkilatçılığı, Gənclər Turizm Nazirliyinin maliyyə dəstəyi, Mədəniyyət Turizm Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi İQƏAİM-nin təşkilati-texniki yardımıyla XI Bakı Kitab Bayramı keçirilib.

"Lent.az"ın məlumatına görə, tədbirdə "kitabxana.net" saytının təqdimatı və Milli Kulturoloji Mükafatın qaliblərinin mükafatlandırması da olub.

Tədbirdə Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, yazıçı-kulturoloq Aydın Xan bildirib ki, "Yeni virtual oxu mədəniyyətinə yiyələnək!" devizi altında keçirilən builki kitab bayramı Azərbaycan Xalq Cümhuriyyətinin 93, Dövlət müstəqilliyimizin 20, xalq yazıçısı Mirzə İbrahimovun 100 illiyinə həsr olunub.

M.F.Axundov adına Milli Kitabxananın direktoru Kərim Tahirov, yazıçı Elçin Hüseynbəyli də belə bir tədbirin keçirilməsini yüksək qiymətləndiriblər.

Daha sonra Milli Kulturoloji Mükafatın qaliblərinin adları açıqlanıb.

Qeyd edək ki, XI Bakı Kitab Bayramı -Milli Kulturoloji Mükafat Komissiyası üzvlərinin son toplantısında müsabiqəyə təqdim olunmuş 250-dən artıq ədəbi-mədəni və kitab-nəşr layihələrindən 33-ü uğurlu sayılaraq mükafatlandırılması qərara alınıb. Eyni zamanda, kitab nəşri və yayımıyla bağlı bir sıra uğurlu işlər görmüş nəşriyyat, qurum, yazarlar, internet portalı diplomlara layiq görülüb.

"2010-cu ilin incəsənət kitabı" nominasiyasında milli sənətimizin tədqiqatçısı, dosent Vidadi Muradovun azərbaycan, rus və ingiliscə buraxdığı "Azərbaycan xalçaları: Qarabağ qrupu" albom-tədqiqatı qalib gəlib.

Kitab Heydər Əliyev Fondunun dəstəyi ilə "Azər-İlmə" MMC tərəfindən nəfis şəkildə çap edildiyinə, "Azərbaycan xalçaları: bütün məktəbləri" kulturoloji layihəsi ilə ölkəmizdə və beynəlxalq aləmdə milli xalçaçılıq sənəti barədə dəyərli tədqiqata, yüksək poliqrafik keyfiyyətdə nəşrinə, incəsənət ədəbiyyatı sahəsini zənginləşdirdiyinə görə Milli Kulturoloji Mükafata layiq görülüb. Mükafat redaksiya heyəti adından Elçin Əlibəyliyə təqdim olunub.

 

 

Ekspress.- 2011.- 28-31 may.-S. 20.