"Qətllə
bağlılığı yoxdur, amma qatil kimi
katorqaya məhkum olunub"
Mərhum jurnalist Aqşin
Kazımzadənin "K ubiystvu nepriçasten, no priqovoren kak ubiyüa k katorqe"
adlı görkəmli bəstəkar, professor
və xalq artisti Tofiq Bakıxanovun babası Məmməd Rza bəyə həsr olunmuş
məqaləsi iki il əvvəl
"Kaspiy" qəzetində dərc olunub. Fəlsəfə elmləri
namizədi Əminə Abbasova (Tuncay) məqaləni azərbaycancaya çevirib.
Bakı
xanlarının nəslindən olan Məmməd Rza
Bakıxanovun həyatı həm də XIX sonlarının
Bakısının və bakılılarının rus
işğalı altında üzləşdiyi müsibətin
bir tarixçəsidir. Məqaləni cüzi ixtisarlarla təqdim
edirik.
Mənşəyi
etibarı ilə və mahiyyətcə nəcib və
düzgün bir insan olan Jan Valjan bacısının ailəsini
aclıqdan qurtarmaq üçün etdiyi xırda oğurluq
üstündə uzun illərini katorqada keçirmişdi. Amma
zindandan qaçmağı, taleyin yüzlərlə ən qəfil
və ən amansız sınaqlarından keçərək məhkəmə
rüsvayçılığını və şərəfsizlik
damğasını üzərindən silməyi bacararaq,
obrazlı desək, onun bədii obrazını yaradan
Viktor Hüqonun məcbur
etmişdi ki, onu günahsız təqdim etsin.
Fransız təbəəsi
Edmond Dantes isə digər
parislinin - Aleksandr
Dümanın (Ata) ədəbi təxəyyülünün
məhsulu olaraq tarixə başqa
adla, uydurulmuş
şəkildə düşə bilib. Günahsız şəkildə qorxulu
İf qəsrinə salınan, amma mühakiməsini və düzgün,
qayda-qanuna əməl edən insan simasını itirməyən bu adam cəhənnəmə
bənzər yerdən canını qurtara
bilir: insanların təsəvvürlərində
əbədi olaraq özünə uydurduğu hərflər
yığnağından ibarət adla - əfsanəvi
sərvətə malik qraf
Monte Kristo kimi qalır.
- Mənim babam Məmməd
Rza bəy nə xırda cibgir, nə də yolkəsən
quldur olub, - həyacandan dodaqlarını dişləyən
çox hörmətli bəstəkar, professor və xalq
artisti Tofiq Bakıxanov deyir. - Amma şər taleyin və pis
adamların iradəsi ucbatından o, cavan həyatının 6
ilini iftiraya, çirkin böhtana məruz qalaraq katorqada
keçirib....
Sonda nəhayət ki, ədalət
tənətənə çalıb və ona tamamilə və
sonadək haqq qazandırıblar. Amma kim hesablaya bilər ki, Azərbaycanın
ən sayılıb-seçilən, nəcib nəsillərindən
birinin nümayəndəsi olan, humanistlər və generallar,
maarifçilər və mesenatlar ailəsində yetişən
bu insan təmiz və şərəfli adı özünə
qaytarılanadək beynində nə qədər sinir
hüceyrələrini yandırıb. Ona haqq
qazandırılandan sonra o hələ də cəsarətlə
küçədə gəzə bilmir və insanların
gözünün içinə baxa bilmirdi. Amma kənardakı
insanlar onun belə bir nəsildən olduğu
üçün onunla tanışlıq yaratmağı
çox istəyirdilər. Çünki babamın
özünün də bir ziyalı kimi şəxsiyyəti
onları cəlb edirdi.
Bu, sadəcə faciə
deyil, bu, 100 ildə bir dəfə rast gəlinən məkrli
situasiyaların üst-üstə düşməsi də
deyil, bu, təsadüfi hadisə də deyildi. Bu,
başadüşülməz tərzdə qalaqlanan fakt və
təsadüflərin üst-üstə düşməsidir...
1895-ci ilin 15 noyabr gecəsi
Bakı şəhərində revolverdən açılan bir
neçə güllə ilə andlı məhkəməsinin
üzvü S.D.Staroselski yaranmışdı. Ertəsi gün
yaralı canını tapşırır.
Ölümündən
qabaq sorğu-sual edilən Staroselski bəyan edir ki, cinayətə
təhrikdə o, barələrində mülki iş
qaldırdığı Zabrat kəndinin starşinası
Manafov Həşim oğlu və Bakı şəhər idarəsinin
üzvü Balabəy Orucəlibəyovdan şübhələnir.
Və bu yetərli olur ki...
Cinayətin şahidləri
yox idi və bütün ittihamlar dolayı dəlillər
üzərində qurulmuşdu. İstintaqı da, aşkar
görünürdü ki, məhkəmədə adı
şahid kimi keçən ahnsısa yerli polis məmuru
aparıb.ni də polisdə işləyənlər idarə
edirdi.
Nəticədə
atüstü aparılan belə istintaq 7 nəfərin məhkəmə
cəlb edilməsi ilə nəticələnir: Məşədi
Məmməd bəyi və Fəttah Həkimi Staroselkskini
güllələməyə görə; Gül Qasım və
Kərbəlayi Hüseyni qətldə birlavəsitə
iştiraklarına görə;
M.Bakıxanov, Manaf
Haşım və İbrahim Ələkbəri isə qatilldəri
pulla satın almalarına görə.
İşə 27 fevral
1897-ci ildə Bakı dairə məhkəməsində
baxılır. Bakıxanov barəsində müddətsiz
katorqa işlərinə məhkumedilmə hökmü
çıxarılır. Məşəd Məmməd və
Fəttah hakim 20 il katorqa cəzası alır. Qalan müttəhimlərə
bəraət verilir...
(ardı var)
Ekspress.-
2011.- 19-21 noyabr.- S. 18.