İsveçli şair-psixoloq ədəbiyyat üzrə Nobel mükafatı aldı

 

   İsveçin paytaxtı Stokholmda Nobel həftəsi davam edir. Dünən 2011-ci ilin ədəbiyyat üzrə Nobel mükafatı laueratının adı açıqlanıb: nüfuzlu mükafata İsveç şairi Tomas Tranströmer layiq görülüb.

   80 yaşlı Tranströmer suriyalı şair Adonis (əsil adı Əli Səid Asbaradır) və yapon yazıçısı Xaruki Murakami ilə mükafatın favoriti sayılırdı. Qeyd edək ki, Tranströmer ötən il də ədəbiyyat üzrə Nobel mükafatına əsas iddiaçı idi, amma bu nüfuzlu ödül Peru yazıçısı Mario Varqas Lyosa verilmişdi.

   İsveç Akademiyası Tranströmerin Nobel mükafatına layiq görülməsini qısa şəkildə belə ifadə edib: "Onun yaratdığı konkret və yarışəffaf obrazlar sayəsində biz reallığı yeni çalarda görürük".

   Tomas Gösta Tranströmer 1931-ci il aprelin 15-də Stokholmda anadan olub. Tranströmer XX əsrin ən böyük İsveç şairlərindən biri sayılır. Şairin əsas peşəsi həkim-psixoloqdur. Bundan başqa, Transtremer professional pianistdir.

   Ədəbi aləmə fransız poeziyasından tərcümələrlə gələn Tranströmer 12 şeir nəsr kitabının müəllifidir. İlk kitabı 1954-cü ildə, sonuncusu 2004-cü ildə işıq üzü görüb.

  Almaniya, İsveç digər ölkələrdə böyük ədəbiyyat mükafatlarına layiq görülən Tranströmer Emanuel Svedenborq, Avqust Strindberq İnqmar Berqman kimi nəhənglərlə birlikdə yalnız İsveç mədəniyyətində deyil, dünya mədəniyyətində iz qoyan yaradıcılardandır.

   1990-cı illərin əvvəllərində keçirdiyi ağır insultdan sonra bədəninin sağ tərəfi iflic olan şair sol əli ilə yazmağı öyrənib, hətta bu əli ilə fortepianoda çalır. Bütün həyatını Vesteros şəhərində keçirən şair hazırda xanımı Monika ilə Stokholmda yaşayır.

   Təəssüf ki, Tranströmerin şeirləri Azərbaycan dilinə çevrilməyib...

   Beləliklə , artıq 4 sahə üzrə Nobel mükafatı laueratlarının adları bəllidir. Bundan əvvəl tibb fiziologiya, fizika kimya sahələri üzrə mükafatlar sahiblərini tapmışdılar.

   Fiziologiya tibb sahəsində Nobel mükafatına üç alim - Bryus Boytler (ABŞ), Jül Hoffman (Lüksembruq) Ralf Şteynman (Kanada) layiq görülüblər. Mükafat alimlərə anadangəlmə immunitetin araşdırılması sahəsində tədqiqatlarına görə verilib. Qeyd edək ki, Şteynman Nobel mükafatı laureatı olduğunu bilmədən dünyadan köçüb - sentyabrın 30-da 68 yaşında vəfat edib. Alfred Nobelin vəsiyyətinə əsasən, Nobel mükafatı yalnız həyatda olan alimlərə verilir. Lakin Nobel Komitəsi qərarını dəyişmək fikrində deyil bununla da Şteynman Nobel mükafatına ölümündən sonra layiq görülmüş alim olub.

   Fizika üzrə Nobel mükafatı da üç alimə - amerikalı fiziklər Sol Perlmutter Adam Ris, habelə avstraliyalı Brayan Şmidtə verilib. Bu alimlər 1998-ci ildə Kainatın sürətlə genişləndiyini kəşf ediblər. Nobel Komitəsi uzun illər sonra bu kəşfin qlobal mahiyyət daşıdığını etiraf edib.

   Kimya üzrə Nobel mükafatını isə İsrail alimi Daniel Şextman alıb. 70 yaşlı Şextman mükafata kvazikristalların kəşfinə görə layiq görülüb

   Sülh üzrə laureat Osloda elan olunacaq. İqtisadiyyat üzrə Nobel mükafatının qalibi isə oktyabrın 10-da bəlli olacaq bununla da Nobel həftəsi başa çatacaq.

   Nobel mükafatının məbləği 10 milyon İsveç kronudur (1 milyon avro ya milyon 460 min dollar). Mükafatlandırma mərasimi dekabrın 10-da keçiriləcək.

 

 

   Z.Ziya.

 

   Ekspress.- 2011.- 7 oktyabr.- S. 10.