Gözəllik ondu, doqquzu don...

 

"Gözəllik ondu, doqquzu don", - deyib atalar. Xanımlarımızın gözəl görünməsində başlıca rolu onun geyimi oynayır desək, yanılmarıq. Maraqlıdır, bu payız-qız mövsümünün dəbi nədi?

   Modelyer Nərmin Xəlilovanın sözlərinə görə, payız qış fəsillərinin favorit rəngi, hər zamankı kimi qara rəngdir. "Soyuqdan qorunmaq incə görünmək üçün bu rəng xanımların ən sevimli rəngidir. Qara klassik rəng olduğu üçün biz modelyerlər bu rəngdən asanlıqla vaz keçə bilmirik".

   Həmsöhbətim deyir ki, qaranın tamamlayıcısı olduğu üçün rəngi fəslin dəbdə olan rənglərindən hesab etmək olar. Onun sözlərinə görə, bu fəslin rəngləri arasında mavi rəngin yeri var. Mavi rəngin bütün tonlarının modelyerlər tərəfindən istifadə edildiyini bildirən müsahibim, bu rəngin sakitləşdirici xüsusiyyətə malik olduğunu deyir. "Mavi rəng sakitləşdirici xüsusiyyəti ilə yanaşı, qan dövranını yavaşladır. Fikir vermisinizsə, divarları mavi olan otaqda daha rahat yatmaq olur. yaxud gözmuncuğunun mavi rəngdə olması buna bir sübutdur".

   Qəhvə rəngi bu il dəbdə olacaq. Bu rəng əsasən özünü toxunma geyimlərdə biruzə verəcək. Bu rəngin xanımları daha sirli göstərdiyini bildirən modelyer daha çox romantik xanımların bu rəngə üstünlük verməyini məsləhət görür. Yaşıl baharı ifadə etdiyi üçün qışda baharı yaşamaq istəyən xanımlar bu rəngli geyimlərə önəm verməlidir. Boz rəngin Bakıya daha uyğun olduğunu deyən həmsöhbətim bu rəngin əvəz olunmaz olduğunu bildirir. "Bakı yağışlar, küləklər şəhəridir. Məncə, boz rəng bu fəslin qoruyucu rəngidir. Bu rəngdə köynəklər, əlcəklər, papaqlar, gecə geyimləri bu fəsil dəbdə olacaq. Ayaqqabı, çanta aksessuarlarda da boz rəng hakim rəng olacaq. Narıncı, çəhrayı, sarı qırmızı rənglərin qarışığından hazırlanmış yun toxunma geyimlər fəslin vaz keçilməzlərindən olacaq".

 

   N.Xəlilova dünya modelyerlərinin bu il modada bütün rənglərə yer verdiyini bildirir.

 

   Qadınlar çox zaman bədən quruluşlarına görə geyinmir, dəblə ayaqlaşmağa can atırlar. Çox məşhur markaların paltarlarını geymək, ya da geyimə çox pul vermək "yaxşı geyinəcəyik" ya "yaxşı geyinirik" mənasını vermir. Aldığımız paltarların bədənimizə uyğun olması çox əhəmiyyətli bir mövzudur. Çünki bədən quruluşumuza uyğun seçilməmiş paltarlar markasını, ya da keyfiyyətini göstərmədiyi kimi üzərimizdəki vəziyyəti ilə bizi cəmiyyət arasında xoşagəlməz duruma salır. Odur ki, xanımları geyim seçərkən bədən quruluşlarını da diqqətə almalarını tövsiyə edən N.Xəlilovanın sözlərinə görə, uzunboylu xanımlar fərqli rənglərə üstünlük verməlidir. "Uzununa xətli geyimlər əvəzinə hündürboylu xanımlar eninə xətli geyimlər geyinməlidirlər. Bu xanımlar V yaxalıqlı geyimlərdən imtina etməlidir. Çünki belə yaxa onların boynunu daha uzun göstərəcək. Balacaboy xanımlar isə əksinə, uzununa xətti olan geyimlərə, tünd rənglərə üstünlük verməlidir. Belə xanımlar uzun pencəklər geyinməməlidir. Balaca boylular hər zaman eyni rənglərdən istifadə etməlidir".

   İri bədənli xanımlar dar geyimlərdən uzaq olmalı, böyük naxışlı, üzərində iri işarələr olan geyimlər geyinməməlidirlər. İri gövdəli xanımlar uzun çantalardan istifadə etməməlidirlər. Uzun boyunbağılar, iri çiyinləri gizlətmək üçün müxtəlif broşlardan istifadə etmək məsləhətdir.

   Həmsöhbətim iribədənli xanımların dar şalvar geyməmələrini də məsləhət görür. "Bir də görürsən iri gövdəli bir xanım əyninə dar şalvar geyinib. Bu çox gülünc görünür. Balaca, minyon tipli xanımlar isə böyük aksessuarlardan istifadə etməməli, enli geyimlər geyinməməlidirlər. Üst bədən alt bədənə görə qısadırsa, üst bədənin qısalığını gizlətmək üçün köynək rəngində kəmərdən istifadə edilməlidir".

   Modelyer bu il uzun frençlərin və paltoların dəbdə olacağını bildirib. Qış ayaqqabılarına gəlincə, müsahibim bu il uzunboğaz çəkmələrlə yanaşı qısa boğazlı qış ayaqqabılarının da dəbdə olacağını deyir. "Bu ilin payızı rəngarəngdir. Yəni istədiyiniz rəngdə geyinə bilərsiniz. Sadəcə, çalışın ki, sizə yaraşanı geyinin. Dəblə ayaqlaşmaq, gözəl görünmək demək deyil".

  

 

İradə CƏLİLOVA

 

Ekspress.- 2011.- 29-31 oktyabr.- S. 7.