"Estoniyada erməni diasporunun fəaliyyəti hiss olunmur"

 

  Tartu Universiteti Türk Dili Mərkəzinin müdiri Xaqani Qayıblı: "İstəsək , istəməsək , Qarabağ məsələsi Azərbaycan Ermənistan məsələsi olmaqdan çıxıb"

 

   Estoniya Azərbaycanla sovetlər dövründə bir siyasi ittifaqda olmuş ölkədir. Bu gün Avropa ailəsinin üzvü kimi bu məkanın önəmli ölkələrindən olan Estoniyada soydaşlarımızın durumu, Azərbaycanın problemləri ilə bağlı əhalinin təəssüratlarını bilmək maraqlıdır. Estoniyada Tartu Universiteti Türk Dili Mərkəzinin müdiri, yazar Xaqani Qayıblı ilə müsahibəmizdə ilk sualımız da soydlaşlarımızla bağlı oldu.

 

   - Hazırda Estoniyada qədər soydaşımız yaşayır onların icmalaşması hansı səviyyədədir?

   - Estoniyada təxminən iki minə yaxın soydaşımız yaşayır. Bildiyiniz kimi, keçmiş sovetlər məkanında azərbaycanlılar arasında ilk icmalaşma işartıları məhz Estoniyada görünməyə başladı. 1988-ci ildə yaranan "Ocaq" 1990-cı ildə yaranan Estoniya Azərbaycan Dostluq Cəmiyyəti nəinki Azərbaycan diasporunun şəkillənməsində önəmli rol oynadı, hətta çəkinmədən deyə bilərik ki, Estoniyanın bağımsızlıq hərəkatında da gözə çarpan fəaliyyət sərgilədi.

   Bu gün Estoniyadakı Azərbaycan diasporunun fəaliyyətini qənaətbəxş hesab etmək olar. Amma bu o demək deyil ki, əlimizi əlimizin üstünə qoyub oturmalıyıq. Diaspor fəaliyyəti işgüzarlıq ardıcıllıq tələb edir.

   - Estoniyada Azərbaycanla bağlı təəssüratlar necədir?

   - Məlum məsələdir ki, hər hansı bir ölkədə yaxud cəmiyyətdə istənilən xalq haqqında təəssürat, öncəliklə, o ölkədə yaşayan fərdlərin şəxsində formalaşır. İllərdir yaşadığım Estoniyada istər işlədiyim qədim Tartu Universitetində, istərsə toplumda təmasda olduğum hər hansı bir estondan xalqımız haqqında arzuolunmaz bir ifadə eşitməmişəm. Çox yayğın bir həqiqət var ki, fərdlər üzərindən formalaşan təəssüratlar, sonralar dövlətlər arasındakı münasibətlərdə mühüm yer tutur. Bu bağlamda, ümid edirəm ki, Estoniya ilə Azərbaycan arasındakı münasibətlər getdikcə daha da möhkəmlənəcək gözəl şəkildə inkişaf edəcək.

   - Bir ziyalı olaraq Dağlıq Qarabağ problemininin həllini necə görürsünüz?

   - Dövlət başçılarının görüşlərinin detallarını xırdalıqlarına qədər bilmədiyimiz üçün bu görüşlər haqqında fikir yürütmək doğru olmaz. Ancaq bir məsələ aydındır ki, hər bir görüş hansısa bir ehtiyacdan doğur. Əminəm ki, ehtiyac olmadığı təqdirdə bu görüşlər dayandırılacaq bundan sonra başqa bir ehtiyacın tələbinə uyğun olaraq gərəkən addımlar atılacaq. Şübhəsiz 16 illik bunca uzun bir zaman çərçivəsində məsələnin həll edilməməsi bizim xeyrimizə deyil. Amma nəzərə alsaq ki, Dağlıq Qarabağ məsələsi biz istəsək , istəməsək , artıq yalnız Azərbaycan Ermənistan məsələsi olmaqdan çoxdan çıxıb, o zaman problemin həlli məsələsinin çətinliyini anlamaq mümkündür. Heç kəsə sirr deyil ki, Dağlıq Qarabağ məsələsi təkcə bu günün məsələsi deyil. Bu məsələnin bir keçmişə dayanan, bir gələcəyə uzanan istiqamətləri var. Bir bütün bunların üstünə bölgə dünya siyasətini gəlsək, məsələnin doğrudan-doğruya qəlizliyi tam mahiyyəti ilə ortaya çıxır. Bütün bunlar bizim üçün qədər cansıxıcı səslənsə , bir gerçəklikdir bu gerçəkliklə hesablaşmamaq mümkün deyil. Bunlar məsələnin obyektiv tərəfi. Məsələnin subyektiv tərəfinə gəlincə, Dağlıq Qarabağ məsələsinin həllində mənim iki subyektiv mövqeyim var: 1) oğul kimi; 2) ata kimi. Sıradan bir soydaş olaraq, atamın oğlu kimi günü sabahdan müharibə yolu ilə torpaqlarımızı azad etməyi özümə şərəf bilirəm; amma yazar Xaqani Qayıblı bir ata olaraq bu məsələnin sülh yolu ilə həll edilməsinin daha çox tərəfdarıyam.

   - Estoniyada erməni diasporunun fəaliyyəti hiss olunurmu xüsusi ilə hansı şəhərlərdə təşkilatlanıblar?

   - Xeyr, hiss olunmur. Estoniyada bütün diaspor təşkilatları başlıca olaraq, iki şəhərdə - Tallin Tartuda fəaliyyət göstərir.

   - Bildiyimiz qədər siz əslən Borçalıdansınız. Bu gün Saakaşvili administrasiyasının soydaşlarımızla bağlı yürütdüyü siyasət sizi qane edirmi?

   - Tamamilə qane etmir desəm, bu, yalan olar. Bütün idarəetmələrdə müəyyən çatışmazlıqlar mövcud olduğu kimi, bəzi əskikliklər Saakaşvili iderəetməsində var. Məsələn, torpaq islahatı kimi uzun zamana ehtiyacı olan bir sürəcin çox qısa bir müddətdə alaçiy qərəzli şəkildə həyata keçirilməsi yolverilməz qüsurlu siyasətdir. Bu yanlış siyasətin nəticəsində Gürcüstanda yaşayan soydaşlarımız öz dədə-baba əkin-biçin otlaq sahələrindən məhrum olublar. Bu mövzuda müxtəlif şəxslər qurumlarla danışıqlar olsa da təəssüflər olsun ki, hələlik bir nəticə əldə edilməyib. Fikrimcə, Gürcüstan Azərbaycan arasındakı sıx tərəfdaşlıq yaxın qonşuluq münasibətləri, eyni zamanda, dövlət başçılarının dostluğu sayəsində bu problemi aradan qaldırmaq mümkündür. Amma, Saakaşvili iqtidarının məni qane edən bir çox tərəfləri var ki, onların başında Gürcüstanı günbəgün korrupsiyadan tamamilə təmizləmə siyasəti gəlir. Bu, sizə sıradan bir olay olaraq görünməsin. Qafqaz kimi bir regionda rüşvətxorluq adlı bir bəladan xilas olmaq üçün çox uzun zamana ölçülü-biçili siyasətə ehtiyac var. Saakaşvili bu qısa zamanda ölkəsini bu bəladan xilas edə bilirsə, demək ki, problemin həllində ikinci varianta üstünlük verir. Bu isə başqa bir söhbətin mövzusudur.

 

 

   A.CAMAL

 

   Ekspress.- 2011.- 2 sentyabr.- S. 12.