"Bakı öz vətənimizdir"

 

Güneyli soydaşımız Mənuçöhr Diqqəti "Assoşieyted-Press"in 22 ölkə üzrə baş foto redaktoru təyin edilib

 

Xəbər verdiyimiz kimi, azərbaycanlı foto-jurnalist Mənuçehr Diqqəti Associated Press agentliyinin Yaxın Şərq regionu üzrə baş foto-redaktoru vəzifəsinə təyin edilib. "Amerikanın səsi" radiosuna müsahibəsində Diqqəti bu vəzifədə görəcəyi işlər, İranda azərbaycanlıların vəziyyəti barədə danışıb.

- Sizi yeni təyinatınızla təbrik edirik, uğurlar arzulayırıq. Siz Associated Press agentliyinin Yaxın Şərqdə, Əfqanıstan Pakistanda foto-reportajlarının baş redaktorusunuz. Bu vəzifədə hansı işləri görəcəksiniz?

- İndiyə kimi Associated Press-in Yaxın Şərqdə əməliyyatları Nyu York Londondan aparılırdı. İndi təzə yaranan bu şöbədə, Yaxın Şərqdən bütün foto-reportajların mənim rəhbərliyim altında aparılmasını istəyirlər. Məhz, foto-reportajların yerindən hazırlanmasını istəyirlər. Çünki reportajların hazırlandığı ölkələrə yaxın olanda, oradakı hadisələr Nyu York Londonda olduğundan daha yaxşı başa düşülür. Yəni, mənim yeni işim ondan ibarətdir ki, oraya gedib bu şöbəni yaradam, Əfqanıstan Pakistandan tutmuş Liviyaya qədər, bütün 22 ölkədə foto-reportajların hazırlanması işini təşkil edəm.

- Siz dünyanın bir çox bölgələrində müharibə münaqişələrlə bağlı foto-reportajlar hazırlamısınız. Latın Amerikası, 1990-cı ildə Körfəz müharibəsi, keçmiş Yuqoslaviyada münaqişə. Bütün bu yerlərdə diqqətinizi çəkən olub?

- Mən foto-jurnalist kimi fəaliyyətə 1978-ci ildə İran inqilabı zamanı başlamışam. İnsanlar küçələrə çıxmışdı, əsgərlərlə qarşıdurma olmuşdu. Yəni, mən işimə birinci gündən müharibədən başladım. Sonra dünyanın başlıca xəbər agentliklərindən biri olan, Agence France Presse-də çalışdım. Bir neçə il Yaxın Şərqdə oldum, Fələstində, Latın Amerikasında, Afrikada işlədim. Amma, mənim münaqişə yerlərinə gedərkən fikrim müharibə deyil, həyat insanların yaşayışını göstərmək idi. İnsanlar müharibələrin getdiyi bu yerlərdə yaşayır müharibə bitdikdən sonra normal yaşayacaqlarına ümid edir. Münaqişə yerlərinə getmək çətin bir məsələdir. Amma mən müharibə bölgələrində insanların yaşayışını müharibənin qədər pis bir şey olduğunu göstərməyə çalışıram.

- Siz hətta bir dəfə yaralanmısınız da.

- Yaralanmaq deyəndə ki, ciddi yaralanmaq bir dəfə olub. 1996-cı ildə İsrail-Fələstin münaqişəsi zamanı israilli əsgər məni güllə ilə vurub yaralamışdı. Onun nəticəsində iki il Parisdə xəstəxanada qaldım. Şükür ki, işimi davam etdirə bilirəm. Biz qəbul etməliyik ki, foto-jurnalistlər ya jurnalistlərin işində belə hallar ola bilər, yaralana da bilərik, bu, mümkündür.

- Siz qeyd etdiniz ki, fəaliyyətinizə İranda İslam İnqilabı sonra baş verən hadisələri işıqlandırmaqla başlamısınız. Təbii ki, İranda vəziyyəti izləyirsiniz. Bu vəziyyəti necə dəyərləndirirsiniz İranla bağlı fikirləriniz nədir"

- İranın problemi ondan ibarətdir ki, orada jurnalistlərə işləmək imkanı vermirlər. Çünki, onlar istəmirlər ki, biz İranda baş verən hadisələri dünyaya göstərək. Ona görə , İranda jurnalist kimi işləmək çox çətin bir işdir. Amma ümid var. İranlılar ya da azərbaycanlılar yüksək təhsilli intellektual insanlardır. Təəssüf ki, onlar diktatura altında əzilirlər. Tarix göstərib ki, belə vəziyyət daim davam edə bilməz. Çünki hərəkat var. İnsanlar azadlıq istəyir. Hamıya bəllidir ki, İranın rejimi hökuməti çox davam edə bilməz. Biz ümidvarıq ki, İranda da azadlıq olacaq. Təkcə jurnalistlər üçün deyil, bütün İran xalqı, xüsusilə ikiqat təzyiq altında olan azərbaycanlılar üçün.

- Siz hazırda Bakıdasınız. Sizi orada tanıyanlar çoxdur, sevənlər çoxdur. Özünüzü Bakıda necə hiss edirsiniz?

- Bakı öz vətənimizdir, öz ölkəmizdir. Mən burada ana dilində danışıram. Təqribən 30 ildir İrandan çıxmışam Bakıya gəlməyimin əsas səbəbi vətənə qayıtmaqdır. Qızım da burada mənimlədir. Onu Azərbaycan məktəbinə qoymuşam ki, öz dilimizi mədəniyyətimizi öyrənə bilsin. Bizim üçün Bakı Azərbaycan vətəndir. Fərqi yoxdur, cənub, şimal, bizim üçün birdir.

 

 

A.Təbrizli 

 

 Ekspress.- 2011.- 7 yanvar.- S. 13.