Əbülfəs
Qarayev "Euronews"un rəhbərləri ilə
görüşdü
Dünən mədəniyyət və turizm
naziri Əbülfəs
Qarayev "Euronews"
telekanalının Bakıda səfərdə
olan rəhbərləri
ilə görüşüb.
Nazirliyin mətbuat katibi Zöhrə Əliyevadan aldığımız məlumatda
deyilir ki, nazir telekanalın Müşahidə
Şurasının sədri Pyer Luici Malezani və
telekanalın baş icraçı
direktoru Filip Kayla ilə
danışıqlar aparıb.
Görüş
zamanı telekanalın 2011-ci ilin aprelində Bakıda
keçirilməsi nəzərdə tutulan Dünya Mədəniyyətlərarası
Dialoq Forumunun tərəfdaşı qismində
çıxış etməsi, tədbirin telekanal vasitəsilə
yayımlanması və təbliğinə dair müzakirələr
aparılıb.
Telekanalın
baş icraçı direktoru Filip Kay bu məsələlərə
dair müsbət rəy bildirib.
Qeyd
olunub ki, "Euronews" telekanalına Dünya Mədəniyyətlərarası
Dialoq Forumu ilə bağlı "Tərəfdaşlıq təklifləri"
göndərilib və hazırda həmin təkliflərin həyata
keçirilməsi imkanları araşdırılır.
"Euronews"
telekanalının nümayəndələri dünən, həmçinin,
Heydər Əliyev Fondunda da olublar. Qonaqlara fondun məqsədi
və fəaliyyəti barədə ətraflı məlumat
verilib.
Sonda
qonaqlar üçün Heydər Əliyevin həyat və fəaliyyətindən
bəhs edən "Böyük ömrün anları"
filmi nümayiş etdirilib.
AYXAN
Ekspress.- 2011.-15-17 yanvar.- S.20.