"Tarixə
çevrilmiş şəkillər"
İstiqlal Muzeyində
20 Yanvar faciəsinin ildönümü ilə bağlı sərgi
keçirilib
Dünən Azərbaycan
İstiqlal Muzeyinin ekspozisiyasında 20 Yanvar faciəsinin 21-ci ildönümü
ilə əlaqədar
"Tarixə çevrilmiş şəkillər" adlı
tədbir-sərgi keçirilib.
APA-nın məlumatına görə, sərgidə ilk
dəfə olaraq şəhidlər
Azər Ələkbərov və Ağabəy
Novruzbəylinin
şəxsi əşyaları nümayiş olunub.
Tədbir iştirakçılarına Azərbaycan İstiqlal Muzeyinin fondunda saxlanılan, Tahir Cəfərov, Oqtay Məmmədov, Sənan Ələsgərov və digər fotoqraflara məxsus 50 fotoşəkil
sərgilənib.
"Ayın 19-da eşitdim
ki, mərkəzi aparatın qabağında
nümayiş var. Hadisələri çəkməyə
başladım. Səhərisi gün tanklar Bakıya gəldi. Biz oradan xəbər
tutduq. Mən elə başa düşdüm ki,
camaatı qıracaqlar. Demək olar ki, axşama qədər çoxlu kadrlar çəkdim.
Həmin o hadisələrdə
təxminən 200-ə yaxın şəkil
çəkdim", -deyə fotoqraf Tahir Cəfərov xatirələrini
bölüşüb.
Tədbirdə 20 Yanvar
Cəmiyyətinin üzvləri,
20 Yanvar şəhidlərinin
ailə üzvləri,
20 Yanvar hadisələrinin
şahidləri, Prezident
Qvardiyasının əsgərləri,
Daxili Qoşunların
və Sərhəd Qoşunlarının Sahil
Mühafizəsinin müdavimləri
və digər qonaqlar iştirak ediblər.
AYXAN
Ekspress.- 2011.- 19 yanvar.- S.14.