Azərbaycanlı balet ustası Paris teatrının səhnəsində çıxış edib

 

Azərbaycanlı balet ustası Ülvi Əzizov Parisin "Le Zenit" konsert zalında "Yatmış gözəl" baletində şahzadə "Dezire" rolunu böyük müvəffəqiyyətlə ifa edib. Həmyerlimizin möhtəşəm çıxışını alqışlayan tamaşaçıların sayı üç min nəfərdən çox olub.

Ü.Əzizov yanvar-fevral aylarında şahzadə "Dezire" rolunu Fransanın Marsel, Nitsa başqa şəhərlərinin teatrlarında da ifa edəcək.

  

 

AYXAN

 

Ekspress.- 2011.- 20-21 yanvar.- S.23.