İncəsənət
Muzeyində 20 Yanvar sərgisi
R.Mustafayev adına Azərbaycan
Dövlət İncəsənət Muzeyində 20 Yanvar faciəsinin 21-ci
ildönümünə həsr olunmuş
sərginin açılışı
keçirilib. APA-nın məlumatına
görə, açılış mərasimində
çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev bütün mədəniyyət ocaqlarında və müəssisələrində
20 Yanvar faciəsinə
həsr olunmuş tədbirlərin keçirildiyini,
bu ənənənin hər zaman davam edəcəyini bildirib.
Nazir deyib ki, 20 Yanvar mövzusu
rəssamların yaradıcılığında
yaddan çıxmayan
mövzulardan biridir:
"Bu əsərlərin bəziləri
rəssamların özlərindən
alınaraq muzeyin fonduna daxil edilib
və müxtəlif sərgilərdə nümayiş
olunur. Tarixin belə qanlı
səhifələrinin yaddan
çıxmaması üçün
ən yaxşı vasitələrdən biri də bu əsərlərdir".
Azərbaycan Rəssamlar
İttifaqının sədri
Fərhad Xəlilov 21
il öncə
baş vermiş faciəli gecəni xatırlayıb: "Faciəli
günlərimizi əks
etdirən əsərlər
nə qədər çox yaransa, bu tarixi dünyaya
tanıtmaq bir o qədər asan olar".
İttifaq sədri Xocalı
faciəsinin növbəti
ildönümü ərəfəsində
rəssamlar arasında
müsabiqə elan olunacağını da vurğulayıb.
İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəlibəyov sərgidə
20-yə yaxın müəllifin
28 qrafika və boyakarlıq əsərinin,
3 heykəltəraşlıq nümunəsinin nümayiş
etdirildiyini açıqlayıb.
Ekspress.- 2011.- 20-21 yanvar.- S. 23.