Avtandil İsrafilov yetmişini
tamamladı
Ad günü
münasibətilə nazir
xalq artistini təbrik edib
Yanvarın 24-də 70
yaşını tamam edən
tanınmış qarmon
ifaçısı Aftandil
İsrafilov yaradıcılıq
planlarının çox
olmasından, lakin vaxt
çatdıra bilmədiyindən
şikayətlənib: "Mənə yaxın olanlar bilirlər ki, həmişə vaxt azlığından şikayətlənmişəm.
Həqiqi sözümdür, sutkada 24 saat mənə bəs eləmir.
Xüsusilə də xarici ölkəyə
səfər etdiyim zamanlarda hesab edirəm ki, daha çox
vaxt itirirəm".
Aftandil İsrafilov
yaradıcılıq planlarından
da danışıb:
""Qaytağı ritmləri"
üzərində çox
maraqlı kompozisiya hazırlayıram. Bir neçə
professional musiqiçi
iə birlikdə
işləyirik. Yəqin ki, yaz fəslinin ilk ayında -martda musiqisevərlər kompozisiyanı dinləmək
imkanı əldə edərlər".
Qeyd edək ki, yanvarın 24-də A.İsrafilovun
70 yaşı tamam olub. Həmin gün
mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev zəng edib onu 70 illiyi münasibətilə
təbrik edib: "Nazir
zəng edib məni təbrik etdi, dedi ki,
mart ayında yubileyim dövlət səviyyəsində təntənə
ilə qeyd olunacaq. İnşallah, yaşayaq,
görək".
AYXAN
Ekspress.-2011.- 27 yanvar.- S.14.