Karikaturaçımız xüsusi mükafat aldı

 

Azərbaycanlı karikaturaçı rəssam Yavər Əsədov Çində keçirilən V Beynəlxalq Karikatura Müsabiqəsinin xüsusi mükafatına layiq görülüb.

Karikaturaçı Rəssamlar Birliyinin idarə heyətindən verilən məlumata görə, bu müsabiqə 2010-cu ilin sonunda keçirilib. Ənənəvi təşkil edilən müsabiqədə 30-a yaxın ölkədən yüzlərlə rəssam iştirak edib. Müsabiqə "Ekologiya ətraf mühit" mövzusuna həsr olunub. Müsabiqənin qalibi Yavər Əsədov fəxri diplom pul mükafatı qazanıb, onun əsəri müsabiqənin ən yaxşı karikaturalardan ibarət kataloqa daxil edilib.

 

 

Ayxan

 

Ekspress.- 2011.- 28 yanvar.- S. 23.