Son 5 ildə nəşr edilən kitablar Milli Kitabxanada sərgiləndi
Yanvarın 28-də M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında Mədəniyyət
və Turizm Nazirliyinin 5 illik yubileyi ilə əlaqədar 2006-2010-cu illərdə
işıq üzü
görmüş nəşr
məhsullarından ibarət
kitab sərgisi keçirilib. Təqdim olunan kitabların əksəriyyəti mədəniyyət,
incəsənət, ədəbiyyat,
kulturologiya, mədəni
irsin qorunması və turizm sahələrini əhatə
edib.
Sərgidə 3 dildə
nəşr olunan
"Mədəniyyət" kataloqunun 4-cü sayı və "Bizim nəşrlər" kataloqu
da təqdim olunub.
Tədbiri açan
Mədəniyyət və
Turizm Nazirliyinin nəşriyyat, reklamın
təşkili və informasiya şöbəsinin
müdiri Vaqif Bəhmənli 5 il ərzində bu sahədə görülən
işlərdən danışıb.
O, Azərbaycanda son illər
nəşr olunan kitabların müxtəlif
beynəlxalq kitab sərgilərində, yarmarkalarda
nümayiş etdirildiyini
bildirib.
Mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev də çıxışında 5 il
ərzində nəşriyyat
sahəsində görülən
işlərdən bəhs
edərək qeyd edib ki, bu
dövrdə 150 adda kitab milyon tirajlarla
işıq üzü
görüb. Tək azərbaycan yox, rus, ingilis, ərəb
dillərində də
nəşr olunan kitablar mədəniyyəti,
incəsənəti, tarixi,
Qarabağı, Xocalı
soyqırımını əks
etdirib. Eyni zamanda, görkəmli siyasət, elm, mədəniyyət
xadimləri haqqında
olan nəşrlər
də böyük maraq doğurub.
Ə.Qarayev latın
qrafikası ilə çap olunan kitabların ölkənin
bütün kitabxanalarına
pulsuz paylandığını
deyib. Onu da vurğulayıb ki, 32 min kitab dünyanın müxtəlif
ölkələrinin kitabxanalarına
göndərilib: "Nəinki
başqa ölkələrdə,
hətta qardaş Türkiyədə də Azərbaycan müəlliflərinin
kitabları çox az sayda idi.
Amma Milli Kitabxananın imzaladığı
müqavilələrə əsasən,
Türkiyə, Avstriya,
Almaniya, Amerika və digər ölkələrə göndərilib.
Bununla yanaşı,
100 adda nəşr məhsulu minlərlə tirajlarla beynəlxalq turizm sərgilərində,
yarmarkalarda iştirakçılara
paylanıb. Bu rəqəmlər
göstərir ki, 5 il nəşriyyat sahəsində hədər
getməyib. Kitab nəşri işində nazirlik olaraq öz töhfəmizi verə bilmişik".
Nazir onu da əlavə edib ki, 2009-cu ildə Bakının İslam Mədəniyyəti
Paytaxtı elan olunması ilə əlaqədar olaraq keçirilən İslam Kitab Sərgisi bu il də
təşkil olunacaq.
Bu sərginin iki ildən bir keçirilməsi nəzərdə
tutulub.
Sərgidə sənətşünas
Ziyadxan Əliyev, Yazıçılar Birliyinin
katibi Rəşad Məcid, Milli Kitabxananın direktoru Kərim Tahirov da çıxış edərək nəşriyyat
sahəsində görülən
işlərdən danışıblar.
Tədbir boyu
5 il ərzində nəşr olunan kitablar haqqında slayd-şou nümayiş olunub.
AYXAN
Ekspress.- 2011.- 29-31
yanvar.- S.31.