90-na yetişdin, 100-ə qaldı?

 

Müharibə veteranı, yarım əsrdən artıq müəllimlik etmiş 90 yaşlı Sarıbala müəllim "Ekspress"in ən qocaman oxucusudur...

 

Masallının Ərkivan qəsəbəsinin Pələnküştə məhəlləsində bir el ağsaqqalı yaşayır: Sarıbala müəllim. Yarım əsrdən artıq pedaqoji fəaliyyətlə məşğul olan Sarıbala müəllim müharibə veteranıdır bu yaxınlarda 90 yaşına qədəm qoyub. O həm "Ekspress"in oxucusu, bəlkə ən qocaman oxucusudur.

"Cenubxeberleri.com" saytı 90 yaşı münasibəti ilə Sarıbala müəllimdən müsahibə götürüb. Saytın əməkdaşının bu maraqlı insanla söhbətini qısa ixtisarla dərc edirik.

...O, 1-ci qrup müharibə əlilidir. 54 il riyaziyyat müəllimi işləyib. Əgər həftədə 20-25, ayda 90-100 saat dərs dediyini nəzərə alsaq, Sarıbala müəllim müəllimlik etdiyi 54 ildə ən azı 50 min dəfə sinfə girərək dərs deyib.

Sarıbala müəllimin pedaqoji fəaliyyəti uşaqların yadında ən çox qara qırmızı "5"lərlə qalıb. Sarıbala müəllim:

- Uşağın dərsini yaxşı bilməsi hələ hər şey deyil. Mən beləsinə "5" yazırdım, ancaq qara qələmlə. Hansı uşaq ki, məsələ misalları həm səliqəli şəkildə həll edirdi özü nümunəvi şagird idisə, ona qırmızı qələmlə, yəni qırmızı "5" yazırdım. Ona görə məndən qırmızı "5" alanların sevinci yerə-göyə sığmazdı.

Sarıbala müəllim İkinci Dünya savaşı iştirakçılarından Masallıda sağ qalan 5-10 nəfərdən biridir. Öncə 1940-cı ildə ordu sıralarına çağırıldı. Sonra müharibə başladı. Krım uğrunda döyüşlərdə yaralanandan sonra bir neçə hospitalda müalicə olunub, sonda isə Lənkərandakı hospitala göndərilib. 1944-cü ildə sağaldıqdan sonra yenidən cəbhəyə gedib Praqanın azad edilməsi uğrunda döyüşlərdə iştirak edib. Pulemyotçu olub. Düşmən tərəfin atdığı qumbara nəticəsində bir gözü tam tutulub, o biri gözü isə xeyli zəifləyib. Döyüşdəki xidmətləri "Şöhrət" ordeni ilə mükafatlandırılıb.

Müəllimlik fəaliyyətinə orta məktəbi bitirdikdən 3 ay sonra başlayıb.

Ərkivandakı " məktəb"in ilk məzunlarından olan Sarıbala müəllim o günləri belə xatırlayır:

- Orta məktəbi bitirəndə müəllimlərimizin çoxu müharibəyə getmişdi. Bizdən 4 nəfəri seçib Lənkərana, 2 aylıq kursa göndərdilər, sonra da orta təhsil aldığım Ərkivan məktəbinə müəllim yolladılar.

Daha sonra isə Sarıbala müəllim Azərbaycan Pedaqoji İnstitutunda qiyabi yolla təhsil alıb. Rayonun Zuvand, Qodman, Xıl kəndlərində, 1951-ci ildən 1994-cü ilə kimi isə Bağlaküçə orta məktəbində riyaziyyatdan dərs deyib.

"Boş vaxtınızda edirsiniz" sualını Sarıbala müəllim belə cavablandırır:

- Boş vaxtım olur ki. Gah məscidə, gah xeyir-şər məclislərinə gedir, gah da təxminən 70 il bundan əvvəl özümə ən sevimli peşə seçdiyim arıçılıqla məşğul oluram.

Yeri gəlmişkən, Sarıbala müəllim təkcə bal əldə etməklə kifayətlənmir, arıçılıqdan əldə etdiyi arı südü, güləm çiçək tozu ilə bəzi xəstəlikləri müalicə edir. Onun özünün uzunömürlü olmasının da bir səbəbi bu məhsullardan gen-bol istifadə etməsidir.

Qonşusu yaxın sirdaşı Sabir Məmmədov dostu haqqında danışır:

- Sarıbala müəllim toyunda ona edilmiş arzuları artıqlaması ilə doğruldub. Belə ki, bütün cavanlar kimi yaxınları ona 7 oğul 1 qız arzulamışdı. Tanrı Sarıbala kişiyə 8 oğul 2 qız qismət elədi. Bu ailə kəndin xoşbəxt halal ailələrindəndir. Kənddə kimsə ondan övladlarında nəinki pislik görməyib, hətta onlar imkanları daxilində kəndə fayda veriblər. İlk övladı Elman ali təhsilli, digərləri sürücü, ağac, daş sair sahələr üzrə ustadırlar. Kənddə elə xeyirxah olmaz ki, Sarıbala müəllim övladları ona yardımçı olmasınlar. Birmənalı olaraq kənddə onu olduqca təmiz halal adam sayırlar. Bir dəfə kəndin sayılıb seçilən müəllimlərindən olan Vəkil Bayramov ona deyir ki, bu düzlüklə hara gedəcəksən? Məsələn, çəkdiyim bu düz xəttin düzlüyünü ilə sübut edərsən? Sarıbala müəllim deyir ki, düz xətkeşi qoyaram həmin xəttin üstünə, yoxlayaram ki, düzdür, ya yox. Vəkil müəllim isə zarafatca deyir ki, sovetin xətkeşinə çox etibar etmə, bu hökumətin xətkeşi əyridir...

Sarıbala müəllim taleyindən çox razıdır:

- Kasıbçılıqdan tutmuş müharibəyə qədər çox əziyyətlər çəksəm , Allahımdan hökumətimdən razıyam. Övladlarımın hamısını öz zəhməti ilə halallıqla yaşamağa öyrətmişəm. Bu yolu tutanların isə həmişə çörəyi olub.

Müxbir zarafatla soruşur:

- Birdən sənə 50 min manat versələr, nə edərsən?

- 25 nəvəm, 22 nəticəm var. Hələ oğul-qızları saymıram. Elə 90 illiyimdə hərəsinə 100 manat versəm, heç hamısına çatmaz, -deyə ağsaqqal zarafata zarafatla cavab verir.

Sarıbala müəllim bu yaşda da mütaliəsindən qalmır. Vaxtaşırı Qurani-Kərimi oxuyur. Ən çox izlədiyi isə "Cənub xəbərləri" və "Ekspress" qəzetləridir. Arabir şer də yazır. Deyir ki, öncə müharibə dövründə evə yazdığım məktubları şeirlə bitirərmiş...

Son əvəzi: Sarıbala müəllim ən yaxşı şagirdlərinə qırmızı "5" yazardı. Əgər Sarıbala müəllimin 90 illik ömür yolunu da layiqincə qiymətləndirən olsa, yəqin ki, bu halal və namuslu ömrə görə onun özünə də bir qırmızı "5" verərdilər...

 

 

Ekspress.- 2011.- 29-31 yanvar.- S. 10.