"Mən adamıyam, musiqiçiyəm..."

 

   Rusiyada yaşayan tanınmış azərbaycanlı müğənni-bəstəkar Emin Ağalarov Moskvada "After the Thunder" adlı möhtəşəm konsert verib. APA-nın Moskva müxbirinin məlumatına görə, konsert paytaxtın "İzvestiya Hall" konsert kompleksində keçirilib. Emin konsertdə yeni işıq üzü görmüş "After the Thunder" adlı albomundan parçalar ifa edib. Həmçinin, onun yeni "Heart Keeps Beating" ("Ürək döyünür") sinqlının da təqdimatı olub.

   Bundan başqa, Emin albomunda yer alan "Baby Get Higher", "Never Enough", "Walk Through Walls", "Dead Roses" "Serdtse byotsya" adlı yeni mahnıları ifa edib. Onun ilk dəfə repertuarında yer alan rus dilində "Serdtse byotsya" mahnısı tamaşaçılar tərəfindən alqışla qarşılanıb.

   E.Ağalarov ustadı hesab etdiyi məşhur azərbaycanlı müğənni, SSRİ xalq artisti Müslüm Maqomayevin "Sinyaya veçnost" mahnısını da oxuyub. Onun ifasında bu mahnı tamaşaçıların böyük rəğbətinə səbəb olub. Konsert iki saatdan artıq davam edib.

   Həmçinin, Emin Ağalarov APA-nın Moskva müxbirinə müsahibə verib. Müsahibəni oxucularımızı təqdim edirik.

   - Bir müddət əvvəl Londonda təqdimatı keçirilən "After the Thunder" albomu haqqında deyə bilərsiniz?

   - Fikrimcə, albom çox maraqlı alınıb. Bu günə kimi çıxan albomların içində sayca altıncıdır digərlərindən çox fərqlənir. Bu günə kimi belə albomum olmayıb. Albomda 12 mahnı yer alıb, onlardan 11-nin müəllifi özüməm. Bu albomdakı mahnılar dinamik ritmikdir. Düşünürəm ki, bu albom hələ ən yaxşısıdır, zaman təzə albomum çıxar, onda fikrimi dəyişə bilərəm.

   - Bakıda keçiriləcək "Eurovision -2012"- qonaq qismində iştirak edəcəksiniz. Sizin üçün belə bir müsabiqədə qonaq qismində iştirak etmək deməkdir?

   - Mənə bu təklif gələndə, böyük sevinc məmnuniyyətlə qəbul etdim. Əslində, bu müsabiqədə qonaq qismində iştirak etsəm , bu, çox böyük məsuliyyət tələb edir. Məhz ona görə ki, sən öz Vətənində sanki ölkə təmsilçisi kimi səhnəyə çıxırsan. Sözsüz ki, çıxışımı möhtəşəm etmək vacibdir çalışacağam, milli koloritimizi məhz bu çıxışımda bütün Avropaya tərənnüm edim. Çıxışımda həm müasirliyi qoruyub saxlaya bilmək vacibdir.

   - Müsabiqədə Rusiyanı təmsil edəcək "Buranovskiye babuşki" qrupuna azarkeşlik edəcəksinizmi?

   - Azarkeşlik edə bilərəm, ancaq Səbinə Babayevadan sonra... "Buranovskiye babuşki"nin Bakıya səfərlərində biz iştirak edəcəyik. Bildiyiniz kimi, 8 nəfərdən ibarət olan qrupda 72-76 yaşlı nənələr təmsil olunur. Onları səfər zamanı həkimlərdən ibarət qrup müşayiət edəcək. Deyərdim ki, Böyük Britaniya təmsilçisindən sonra yaş baxımından "Buranovskiye babuşki" hamını geridə qoydu. Böyük Britaniya təmsilçisi Engelbert Hundeldinki ən yaşlı təmsilçi hesab etsələr , Rusiya təmsilçisi bütün rekordları aşdı.

    Azərbaycanın seçiminə gəldikdə isə, xalqımız çox düzgün seçim etdi. Bu il gözəl, istedadlı musiqi duyumlu bir təmsilçimiz oldu. İnanıram ki, Səbinənin şansları çox böyükdür.

   - Böyük Britaniya təmsilçisi Engelbert Hundeldinkə uşaqlıqdan pərəstiş etdiyinizi demisiniz. Hətta bu yaxınlarda onunla görüşmək imkanınız da olub...

   - Bu yaxınlarda Engelbert Hundeldinkin "Crocus City Hall"un Müslüm Maqomayev Zalında konserti keçirildi. Konsertdən sonra onunla görüşümüz oldu. O öz həyat tarixçəsini danışanda, mən bir musiqiçi fanat olaraq dəhşətə gəlirdim. O, Elvis Presli ilə olan dostluğundan onunla birlikdə balıq ovuna getməsindən danışırdı. Elvis Presli artıq 30 ildən çoxdur ki, həyatda yoxdur. Onu demək istəyirəm ki, belə maraqlı adamla söhbət etməyə çoxlu mövzu vardı. Ümumiyyətlə, deyərdim ki, Böyük Britaniya təmsilçisi çox istedadlı adamdır. Londonun BBC radiosu əbəs yerə onu təmsilçi qismində seçməyib. Onu tanıyırlar, sevirlər onun builki təmsilçiliyi çox böyük rezonansa səbəb olub.

   - Prodüseriniz tərəfindən namizədliyiniz "Grammy" mükafatına irəli sürülmüşdü...

   - Əslində, bu, tam belə deyildi. Məsələ ondadır ki, məşhur amerikalı kinorejissor David Linç hər il 30 musiqi parçasından ibarət yığma hazırlayır. Mənim mahnılarımdan biri sehrli təsadüf nəticəsində bu yığmanın içinə düşüb. Mənə mahnının müəllifliyini ona verməyimlə bağlı təklif gəldi mən bunu məmnuniyyətlə etdim. Bundan bir müddət sonra David Linç tərəfindən daha bir təklif gəldi ki, mən bir gənc müğənni kimi öz namizədliyimi "Grammy" mükafatına irəli sürüm. Sözsüz ki, mən buna çox sevindim. Bir müddət sonra bizə namizədliyimiz barədə rəsmi təsdiq məktubu gəldi. Düzdür, bizə bu mükafatı verməsələr , çox sevindirici haldır ki, mənim namizədliyim ilk dəfə bu mükafata təqdim olunub.

   - Azərbaycan SSRİ estrada səhnəsinə Rəşid Behbudov, Müslüm Maqomayev, Polad Bülbüloğlu kimi musiqiçilər bəxş edib. Gələcəkdə özünüzü bu musiqiçilər sırasında görürsünüzmü?

   - Mən öz subyektiv fikrimi deyərdim. Azərbaycanın Rusiya SSRİ- bu istedadlardan ibarət hədiyyəsini iki hissəyə bölərdim. Müslüm Maqomayev digərləri... Müslüm Maqomayev həyatdan köçəndə, hazırda onun abidəsi olan yerdə belə bir yazı var idi: "Azərbaycan, Müslümə görə çox sağ ol!". Bu, böyük sevincdir ki, Rusiya xalqı Azərbaycan musiqi nəhənginə belə bir qiymət verir. Müslüm Maqomayevi heç kəslə müqayisə etmək olmaz. O ki qaldı özümə, mən çox gəncəm mənim belə bir iddiam yoxdur. Əgər gələcəkdə Müslüm Maqomayevin etdiklərinin lap kiçik bir qismini edə bilsəm bunu xatırlasalar, çox şad olaram. Bu barədə danışmaq hələ çox tezdir.

   - Yeni albomunuzun gələcəkdə harada təqdimatı gözlənilir?

   - İlk təqdimat Londonda keçirildi. Bu gün isə Moskvada təqdimat keçirilir. Düşünürəm ki, "Eurovison -2012" öncəsi Bakıda da təqdimat keçirmək olar. Lakin bu, hələlik plan olaraq qalır. Bundan başqa, yay-payız aylarında Avstriya, İtaliya, Almaniyada da diskin təqdimatının keçirilməsi nəzərdə tutulub.

   - Gələcəkdə siyasətlə məşğul olmaq istəyiniz var?

   - Yox. Qətiyyən yox. Mən adamıyam, musiqiçiyəm, siyasətlə məşğul olmağa heç bir iddiam yoxdur.

 

 

   Ekspress.- 2012.- 7-9 aprel.- S. 31.