Mir Cəfərin məhkəməsi necə
hazırlanmışdır
(əvvəli ötən şənbə saylarımızda)
Azərbaycanda
ötən əsrin ən qalmaqallı və indiyədək ətrafında
söz-söhbətlərin dolaşdığı məhkəmələrdən
biri Mir Cəfər
Bağırovun məşhur məhkəməsi olmuşdur. Tanınmış
yazıçı-tədqiqatçı Teyyub
Qurban bu məhkəmə,
onun necə və kimlərin sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında
araşdırıb.
Bağırov və Şəkinski
Azərbaycan Respublikası Dövlət Arxivində Məmmədəmin
Şəkinski ilə Bakı Şəhər Partiya
Komitəsinin ideoloji katibi
Rafiq Rəcəbov arasındakı işgüzar münasibətləri əks
etdirən sənədlər saxlanılır. 1964-cü il fevralın 7-də M.Şəkinskinin məktubunda
deyilir:
"Azərbaycan Kommunist Partiyası
Bakı Komitəsinin katibi R.A.Rəcəbov
yoldaşa
1963-cü ildə Bakı şəhəri idarə və
təşkilatlarının arxivlərinə ictimai
baxışın yekunları haqqında arayışı Sizə
göndərirəm. Xahiş edirəm, Azərbaycan
KP Bakı Komitəsi Bürosunun
1963-cü il 13 fevral qərarını
yerinə yetirməyən idarə və təşkilat rəhbərlərinə
təsir göstərəsiniz və onlara
bir vəzifə olaraq
tapşırasınız ki, aşkara çıxarılmış
nöqsanları 1964-cü ildə tamamilə aradan
qaldırsınlar.
ƏLAVƏ. 1. Bakı şəhəri arxivlərinin
işinə baxışın yekunlarına aid
arayış
2. Azərbaycan KP Bakı Komitəsi Bürosunun
1963-cü il 13 fevral tarixli qərarını yerinə yetirməyən
müəssisə və təşkilatların siyahısı
Azərbaycan SSR Nazirlər Soveti
yanında arxiv idarəsinin rəisi
M.Şəkinski
7 fevral 1964-cü il."
Məktuba əlavə edilmiş
arayışda göstərilir ki, Bakı
şəhərinin müəssisə, idarə və təşkilatlarının
arxivlərinə baxışın nəticələrindən
aydın olmuşdur ki,
240 müəssisə, təşkilat və idarədən
yalnız 72-si Bakı Partiya Komitəsi Bürosunun müvafiq qərarından
irəli gələn vəzifələri həyata keçirmiş, 1961-ci ilədək mövcud arxiv sənədlərini
qaydaya salmışlar.
Məktubun ikinci əlavəsində
Bakı Şəhər Partiya Bürosunun qərarını yerinə yetirməyən
21 idarə, təşkilat və müəssisənin adı
çəkilir. Onların arasında Azərbaycan SSR Prokurorluğu, Azərbaycan SSR Nazirlər Sovetinin Mətbuat Komitəsi, Azərbaycan SSR
Nazirlər Sovetinin yanında Baş Meşə Təsərrüfatı
İdarəsi, Azərbaycan Sovet Həmkarlar
İttifaqları, Lenin ordenli
Azərneft Birliyi, Azərbaycan SSR Tikinti İşləri Dövlət Komitəsi,
Kənd Təsərrüfatı Məhsulları
İstehsalı və Emalı Nazirliyi, Azərbaycan
SSR Səhiyyə Nazirliyi və
başqaları vardır.
Altmışıncı illərdə Məmməd-əmin
Şəkinskinin başçılıq etdiyi
Arxiv İdarəsinin təşəbbüs
və tədbirlərinin müdafiəçisi olmuş Rafiq Rəcəbov
haqqında müasirlərimiz, ilk növbədə
arxiv işçiləri nə bilirlər?
Azərbaycan Prezidenti İşlər
İdarəsi Siyasi Sənədlər
Arxivində onun şəxsi işi saxlanılır. Uçot
vərəqəsinə pərçimlənmiş foto-şəkilini
görəndə gözlərim önündə birinci kurs tələbəsi
ikən ilk dəfə Azərbaycan
Dövlət Universitetinin komsomol
komitəsində gördüyüm
işıqlı bir insanın obrazı yüksəldi.
O zaman, 1954-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət
Universitetində Ümumittifaq Komsomolu Mərkəzi Komitəsinin komsomol təşkilatçısı olan Rafiq Rəcəbov respublika gənclərinin sevimlilərindən biri idi. Daha
sonra Rafiq Rəcəbov
ADU-nun marksizm-leninizm əsasları
kafedrasında assistent işləməyə
başlamışdı. 1956-cı il
yanvarın 2-də S.M.Kirov adına Azərbaycan
Dövlət Universitetinin rektoru
Yusif Məmmədəliyevin və universitet partiya komitəsinin
katibi Əjdər İbrahimovun
imzaladıqları xasiyyətnamədə iyirmi
doqquz yaşlı Rafiq
Rəcəbov belə səciyyələndirilir: "Rafiq Əbdül oğlu Rəcəbov
yoldaş 1954-cü ildə universitetin tarix fakültəsini
biotirdikdən sonra marksizm-leninizm
kafedrasının assistenti vəzifəsinə
qəbul edilmişdir. O, seminar
məşğələlərini yüksək səviyyədə
aparır, universitetin ictimai
həyatında fəal iştirak edir, partiya komitəsinin katib müavinidir. Təvazökar,
prinsipial, təşəbbüskar və pak vicdanlı insan kimi R.Rəcəbov müəllim heyəti və
tələbər arasında nüfuz
qazanmışdır. Xasiyyətnamə Azərbaycan KP
MK-nın Elmi şöbəsinə təqdim
olunmaq üçün
verilir".
Universitet rektorunun
və partiya komitəsinin xasiyyətnaməsindən
iki həftə keçmiş,
1956-cı il yanvarın 17-də Mərkəzi
Komitə tərəfindən aşağıdakı qərar
çıxarılmışdır:
"Azərbaycan KP MK katiblik
iclasının 10 yanvar 1956-cı il tarixli 154 nömrəli protokolundan çıxarış
Azərbaycan KP MK-nın elm və mədəniyyət
şöbəsinin təlimatçısı barədə
Rafiq Əbdül oğlu
Rəcəbov yoldaş, 1953-cü ilin dekabrından Sov.
İKP üzvü, partiya
bileti N06575335, Azərbaycan KP MK-nın Elm və mədəniyyət şöbəsinin
təlimatçısı təsdiq edilsin.
Azərbaycan KP MK katibi İ.Mustafayev."
Bacarıqlı
işçi təlimatçılıqdan
MK-nın şöbə
müdiri vəzifəsinə
yüksəldilir. 1956-cı ilin may ayının 15-də
Azərbaycan KP Mərkəzi
Komitəsinin birinci katibi İ.D.Mustafayev yoldaşın imzaladığı
qərar ilə Rafiq Əbdül oğlu Rəcəbov yoldaş SSRİ Xarici İşlər Nazirliyinin
Ali Diplomatiya məktəbində
təhsil almağa göndərilmişdir.
Rafiq
Rəcəbovun SSRİ Ali Diplomatiya
Məktəbini bitirdikdən
sonrakı fəaliyyəti
barədə 1966-cı il
martın 31-də Azərbaycan
KP MK katibi Əli Əmirovun imzaladığı
xasiyyətnamədə deyilir:
"1958-ci ildə R.Rəcəbov
yoldaş Ali Diplomatiya
Məktəbinə göndərilmiş,
məktəbi bitirdikdən
sonra Mərkəzi Komitədə şöbə
müdiri vəzifəsində
çalışmış, 1963-cü ildə isə Bakı Şəhər Partiya Komitəsinin katibi seçilmişdir. Azərbaycan Kommunist Partiyasının 27-ci qurultayında
Azərbaycan KP MK üzvlüyünə
namizəd olmuşdur.
R.A.Rəcəbov yoldaş
respublika xalq maarifi nümayəndələrinin
Hindistana gedəcək
heyətinin rəhbəri
təyin edilmişdir".
1967-ci ilin
aprelindən 1974-cü ilədək
Rafiq Rəcəbov Hindistan səfərindəki
bilavasitə təmasda
olduğu həmkarları
arasında olmuşdur.
Müvafiq arxiv sənədi ilə tanış olun:
"Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsi katibliyinin 25 aprel 1967-ci il tarixli (protokol
N20, paraqraf 1-Q)
Qərarı
R.A.Rəcəbov
yoldaş barəsində
Rafiq
Əbdül oğlu Rəcəbov yoldaş V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun elmi işlər üzrə prorektoru təsdiq edilsin.
Azərbaycan
KP MK katibi V.Axundov."
Azərbaycan
Respublikası Prezidenti
İşlər İdarəsi
Siyasi Sənədlər
Arxivində R.Rəcəbovun
dəst-xəttilə yazdığı
tərcümeyi-halında ata-anası,
ailə tərkibi haqqında da qısaca məlumat vardır: "Atam Əbdül Hüseyn oğlu 1906-cı ildə anadan olmuşdur, ali təhsillidir. 1925-ci ildən Sov. İKP üzvüdür. Anam Dilarə Ağa qızı Rəcəbova
1911-ci ildə anadan olmuşdur, ali təhsillidir, 1943-cü ildən
Sov. İKP üzvüdür,
respublikanın fərdi
təqaüdçüsüdür. Ailəm dörd nəfərdən ibarətdir.
Həyat yoldaşım
Gülarə Mövsüm
qızı Rəcəbova
1944-cü ildə anadan
olmuşdur, pedaqoji elmlər namizədidir, bitərəfdir. Hazırda
Azərbaycan Dövlət
Neft və Kimya İnstitutunun rus dili kafedrasının
dosentidir. Oğlum Fuad Rafiq oğlu
Rəcəbov 1966-cı ildə
anadan olmuşdur. Azərbaycan Dövlət Neft və Kimya
İnstitutunun beşinci
kurs tələbəsidir,
Sov. İKP üzvüdür.
Qızım Nigar Rafiq qızı Rəcəbova 1968-ci ildə
anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin tələbəsidir,
ÜİLKGİ üzvüdür".
Yetmişinci illərdə
tarix elmləri doktoru, professor
Rafiq
Rəcəbov yoldaş
V.İ.Lenin adına
APİ-nin elmi işlər üzrə prorektoru vəzifəsindən
idman sahəsinə keçirilir. Daha doğrusu, S.M.Kirov adına Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun
rektoru təyin edilir. Bu, Rafiq Rəcəbov üçün
tamamilə yeni sahə. Lakin mahir təşkilatçı
və dövlət xadimi bu çətinliyin
öhdəsindən gəldi,
başçılıq etdiyi
ali məktəbi nümunəvi təhsil ocağına çevirə
bildi. 1975-ci ilin aprel ayının 8-də respublika hökumətinin qərarı ilə Azərbaycan SSR Nazirlər
Soveti yanında Bədən Tərbiyəsi
və İdman Komitəsinin kollegiya üzvü təsdiq olundu.
1979-cu il
may ayının 25-də isə
Azərbaycan KP MK-nın
Büro iclasında
"Əhaliyə tibbi
xidmətin təşkilində
Azərbaycan SSR Səhiyyə
Nazirliyinin işində
cidldi nöqsanlar barədə" məsələ
müzakirə olunur. Mərkəzi Komitə Bürosunun qərarı ilə nazir Hənifə Məmmədağa
oğlu Abdullayev vəzifəsindən kənar
edilir. Nazirin professor qardaşı - Azərbaycan
Dövləti Tibb İnstitutunun kafedra müdiri Məmmədsadıq
Məmmədağa oğlu
Abdullayev də kənarda qalmır. Azərbaycan KP Nəsimi
Rayon Komitəsinin qərarı
ilə (raykomun katibi Rəsulova Lidiya Xudatovna idi - T.Q.) Leninqradda Hərbi-Tibb Akademiyasında
doktorluq dissertasiyasını
müdafiə etmiş,
dünya şöhrətli
tibb xadimi partiya sıralarından çıxarılır.
Azərbaycan
KP MK Bürosunun Məmmədsadıq
Abdullayevə qarşı
ittihamlarında Rafiq Rəcəbovun adı da hallandırıldı:
"M.Abdullayev üçüncü
kursu yenicə bitirmiş oğlu Faiqi Bədən Tərbiyəsi İnstitutunda
tibb qardaşı vəzifəsinə düzəltmişdir.
Çünki bacanağı
R.Rəcəbov həmin
institutun rektorudur. Abdullayevlərin qohumları
olan S.Kazımovanın
və C.Həbibovun qəbul imtahanları zamanı qiymətləri artırılmışdır".
(ardı
var)
Teyyub Qurban
Ekspress.-
2012.- 7-9 aprel.- S.15.