Mir Cəfərin məhkəməsi necə
hazırlanmışdır
Azərbaycanda ötən
əsrin ən qalmaqallı və indiyədək ətrafında
söz-söhbətlərin dolaşdığı məhkəmələrdən
biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi
olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı
Teyyub Qurban bu məhkəmə, onun necə və kimlərin
sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında
araşdırıb.
(əvvəli ötən
şənbə
saylarımızda)
Bağırov və Şəkinski
1979-cu il dekabrın
29-da Azərbaycan SSR Xalq Nəzarəti Komitəsi tərəfindən
respublika Bədən Tərbiyəsi və İdman Komitəsinin
işinin yoxlanılmasına dair yoxlamanın proqramı tərtib
edilir.
Rafiq
Rəcəbovun kollegiya üzvü
olduğu Azərbaycan SSR Nazirlər Soveti yanında Bədən Tərbiyəsi və
İdman Komitəsinin fəaliyyətinin
yoxlanılmasına ştatdankənar işçilər də
qatılır. 1980-ci il yanvarın 3-də
tərtib edilmiş siyahıda
aşağıdakıların adları vardır:
Baxşəliyev Q.M., Sov. İKP üzvü, SSRİ-nin 50 illiyi adına APİ-nin bədən
tərbiyəsi kafedrasının müdiri,
elmlər namizədi.
Mazilkin S.Q., Sov.
İKP üzvü,
Ç.İldırım adına Azərbaycan Politexnik
İnstitutu idman klubunun sədri.
Kuşnikov Y.Y., Sov.
İKP üzvü, N.Nərimanov adına AMİ-nin bədən tərbiyəsi
kafedrasının baş müəllimi,
elmlər namizədi.
Acalov E.F., Sov.
İKP üzvü, Ali
və Orta İxtisas Təhsili
Nazirliyinin hərbi-idman hazırlığı
şöbəsinin inspektoru.
Qurbanov Q.Q., bitərəf, V.İ.Lenin adına APİ-nin
bədən tərbiyəsi müəllimi, elmlər namizədi.
Yoxlamanın yekunlarına 1980-ci il
sentyabrın 10-da Azərbaycan SSR Xalq Nəzarəti
Komitəsinin iclasında baxılmış və qərara
alınmışdır ki, arayış
razılaşmaya əsasən Azərbaycan AP MK-ya
göndərilsin. Azərbaycan Respublikası Dövlət
Arxivində adı çəkilən arayışın bir surəti saxlanılır. Burada
Azərbaycan SSR Nazirlər Soveti yanında
Bədən Tərbiyəsi İnstitutunun
rektoru R.Rəcəbovun payına düşən
qüsurlar da yer alıb: "Respublikanın bədən
tərbiyəsi və idman işçiləri
arasında bu sahədə xüsusi
ixtisası olmayanlar vardır. 1980-ci il yanvarın 1-nə olan məlumata
görə, ştatda olan
8.910 nəfərdən 1.262 nəfərin, yəni 14 faizdən
çoxunun bədən tərbiyəsi üzrə
xüsusi təhsili yoxdur. Şəhər və rayon
idman komitələri sədrlərindən
21, ümumtəhsil məktəblərin idman
müəllimlərindən 422 nəfərinin, məşqçilərdən
207-nin, təlimatçı-metodistlərdən 401-nin və b. bədən tərbiyəsi üzrə
ixtisasları yoxdur. S.M.Kirov
adına Azərbaycan Dövlət Bədən Tərbiyəsi
İnstitutunda əlli nəfər dinləyicisi
olan respublika daimi fəaliyyət göstərən
seminarın təşkilinə dair direktiv orqanların
tapşırığına əməl
olunmamışdır".
1980-ci ilin noyabrında
başçılıq etdiyi ali məktəbin rektoruna institutun yaradılmasının 50 illik yubileyi
qarşısında işdən azad
olunması barədə rəsmi sənəd
çatdırılır. Azərbaycan KP MK Bürosunun
1980-ci il 25 noyabr (protokol N 158, paraqraf 18) tarixli qərarı ilə R.Ə.Rəcəbov Dövlət Bədən Təribiyəsi
İnstitutunun rektoru vəzifəsindən
və Azərbaycan SSR Nazirlər Soveti
yanında Bədən Tərbiyəsi və İdman
Komitəsinin kollegiya üzvlüyündən
işindəki nöqsanlara görə azad edilir.
Mərkəzi Komitə bürosunun
digər qərarı ilə həmin vəzifəyə təyin
olunmuş Samur Həsən
oğlu Novruzov haqqında
internet səhifəsində deyilir: "1938-ci il may ayının 25-də Gəncədə anadan olmuşdur.
1956-cı ildə Bakı şəhərində orta məktəbi, 1962-ci ildə Azərbaycan Dövlət
Universitetini bitirmişdir.
Tələbəlik illərində "Azərbaycan gəncləri"
qəzetində və Dövlət Teleradio
Komitəsində ştatdankənar müxbir
işləmişdir. Azərbaycanın milli basketbol
komandasının üzvü olmuşdur. 11 dəfə Azərbaycan və Zaqafqaziya çempionu
"SSRİ idman ustası" adına layiq görülmüşdür.
1960-1971-ci illərdə Azərbaycan Dövlət Universitetinin və respublikanın gənclərdən
ibarət basketbol komandalarının məşqçisi
işləmişdir. Eyni zamanda, 1964-1971-ci illərdə Azərbaycan
Dövlət Teleradio Komitəsində redaktor, baş redaktor və şöbə müdiri
vəzifələrində çalışmışdır.
S.H.Novruzov 1971-ci ildən 1974-cü
ilədək Sov. İKP MK
yanında İctimai Elmlər
Akademiyasının aspiranturasında təhsil
almışdır. 1974-cü ildə dissertasiya
müdafiə etmiş və ona tarix elmləri namizədi
adı verilmişdir. 1974-cü ildə Azərbaycan
KP MK-nın təbliğat və təşviqat şöbəsinin
təlimatçısı təsdiq edilmişdir.
1980-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi
İnstitutunun rektoru təyin
olunmuşdur. Eyni zamanda, 1985-ci ildən 1987-ci ilədək həmin
institutun tarix və siyasi iqtisad
kafedrasının müdiri vəzifəsində
çalışmışdır. 1980-1987-ci illərdə Azərbaycan
Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsinin kollegiya
üzvü idi.
S.H.Novruzov 1987-ci ildə Azərbaycan KP MK Təbliğat və
Təşviqat şöbəsinin birinci müavini vəzifəsinə irəli çəkilmişdir.
1990-cı ilin iyununda
Azərbaycan KP MK-nın Təşkilat-partiya və kadrlarla iş şöbəsinin
müdir müavini təyin
edilmişdir. 1991-ci il
dekabr ayından 1992-ci ilin
may ayınadək Azərbaycan
Respublikası Prezidenti Aparatının ərazi
hakimiyyət orqanları ilə iş
şöbəsinin müdiri vəzifəsində
işləmişdir. 1992-ci ilin avqustundan Azərbaycan Elmlər
Akademiyasının baş elmi
işçisi vəzifəsində
çalışmışdır. 1991-ci ildə Azərbaycan
Respublikası Ali Sovetinin,
1993, 1995 və 2000-ci illərdə Milli
Məclisin deputatı seçilmişdir. Siyasi elmlər doktoru, Rusiya Sosial Elmlər
Akademiyasının həqiqi üzvü,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü idi.
S.H.Novruzov "Yeni
Azərbaycan" partiyasının
yaradıcılarındandır. Partiyanın idarə
heyətinin və siyasi
şurasının üzvü idi. 1994-cü ildən 2001-ci ilədək Azərbaycan
Respublikası Xarici Turizm
Şurasının sədri vəzifəsində işləmişdi.
1988-ci ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı
ilə təltif olunmuş, 1994-cü ildə
ona "Azərbaycan
Respublikasının əməkdar məşqçisi"
adı verilmişdir. 2001-ci il sentyabrın 24-də 63 yaşında vəfat
etmişdir".
Təəssüflər
osun ki, Samur Novruzovdan əvvəl
Azərbaycan Dövılət Bədən Tərbiyəsi və
İdman İnstitutunun
rektoru olmuş və
1980-ci ildə işindəki nöqsanlara
görə vəzifəsindən
çıxarılmış Rafiq Rəcəbov
barədə internetdə heç bir məlumat tapa bilmədik.
M.F.Axundov adına Azərbaycan
Respublikası Milli Kitabxanasına üz tutduq. Burada 2007-ci ildə "Günəş-B"
MMC-də çap edilmiş
"Sənin adın sənin şöhrətindir"
kitabını vərəqlədik, sabiq rektorun fəaliyyətini əks etdirən səhifələri
maraqla oxuduq. Əziz oxucular, siz də oxuyun:
DİLQƏM QULİYEV, professor - Mən
onu ilk dəfə
1974-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi
İnstitutunda üzgüçülük
üzrə qəbul imtahanı verdiyim zaman görmüşdüm.
Sudan başımı qaldıran kimi nəhəng bir cəngavər,
pəhləvan cüssəli bir adam gördüm. Bu, institutun rektoru tarix elmləri
doktoru, professor Rafiq Rəcəbov idi. Doğrusu, mən üzgüçülük
üzrə qəbul imtahanında normanı ödəməmişdim. Hovuzda
olanda belə bir kəlmə eşitdim: "Qoy axıra kimi üzsün". Rafiq müəllim
məni yanına çağırdı, mənim
idman növümü
və dərəcəmi
soruşdu. Sərbəst
güləş üzrə
idman ustası olduğumu eşitcək yanındakılara dedi ki, bu cavan
oğlanın qiymətini
yazın. Beləliklə,
mən arzu etdiyim ali
məktəbə qəbul
olundum. İnstitutu bitirdikdən sonra
kadrlar şöbəsində
çalışmışam. Qısa müddətdə bu təhsil ocağı dirçəldi, sanki qol-qanad açdı.
Gənc və bacarıqlı rektor bu qocaman müəssisəyə
yeni nəfəs verdi. Azərbaycan Dövlət
Bədən Tərbiyəsi
İnstitutu respublikanın
sayılıb-seçilən təlim-tərbiyə ocaqlarından
biri oldu. Onun dövründə institutun bir çox tələbələri
SSRİ, dünya, Avropa
və bir neçə beynəlxalq yarışların qalibləri
və mükafatçıları
adına layiq görülmüşlər.
Onlardan Arif Niftəliyev dünya çempionu, İlham Umayev Avropa çempionu,
Viktor Avdişev SSRİ çempionu,
Heydər Əliyev dördqat gənclər çempionu, Şahin Əliyev ümumittifaq turnirin qalibi, Telman Paşayev gənclər arasında Avropa çempionu, Tahir İbrahimov SSRİ xalqları spartakiadasının
qalibi, Həsrət Məmmədyarov veteranlar arasında Avropa çempionu Fəraqət
Calalov və Bahadır Mirzəliyev beynəlxalq dərəcəli
hakim idilər.
Rafiq müəllim
təbiətən müəllim
idi. Onun danışıq tərzi, geyimi, elmi məclislərdə özünü aparması,
müsahibini diqqət
və səbrlə dinləməsi, insanlara münasibəti, intellektual
səviyyəsi, əxlaqı
və davranış mədəniyyəti əsl
pedaqoqa xas olan xüsusiyətlərdi.
Ümumiyyətlə, Rafiq Rəcəbov
bütün insanlara qarşı xeyirxah, onların haqqının pozulmasına və şəxsiyyətinin alçaldılmasına
yol verilməsi halları ilə barışmaz idi.
BƏHRAM NƏRİMANOV,
beynəlxalq dərəcəli
hakim - Rafiq Rəcəbovu
mən 1974-cü ildən,
Azərbaycan Dövlət
Bədən Tərbiyəsi
İnstitutuna rektor təyin olunduğu vaxtdan tanıyırdım.
Rafiq müəllim institutda professor-müəllim
və tələbələrin
nizam-intizamının möhkəmləndirilməsinə
və maddi-texniki bazanın yaxşılaşdırılmasına
ilk günlərdən başladı
və buna nail oldu. Rektor yaxşı
bilirdi ki, müəllimlər müntəzəm
olaraq öz biliklərini və dünyagörüşünü zənginləşdirməlidirlər. Ona görə institutda çalışanları Moskvaya,
Leninqrada və digər şəhərlərə
ezam edir, onların təkmilləşdirmə
kurslarında iştirakını
təmin edirdi. Eləcə də o, təhsildə fərqlənən tələblərin
aspiranturaya qəbul olunmasına nail olurdu.
R.Rəcəbov institutumuzda müxtəlif
səviyyəli elmi konfranslar keçirilməsinə
təşəbbüs göstərir,
ümumittiaq səviyyəli
zəka sahiblərini Bakıya dəvət edirdi. Bu alimlər
həm müəllimlər,
həm də tələbələr qarşısında
çox maraqlı məruzələr edirdilər.
Qeyd etməliyəm
ki, R.Rəcəbovun institutumuza gəlişindən
sonra tələbələrin
dərsə davamiyyəti
və müəllimlərin
məsuliyyəti qat-qat
yüksəldi. Böyük Vətən
müharibəsinin iştirakçıları
olmuş institut əməkdaşlarına rektor
şəxsən qayğı
göstərirdi. Heç də
təsadüfi deyil ki, məhz R.Rəcəbovun
təklifi ilə institutun həyətində
müharibədə şəhid
olanlara abidə yaradıldı, təntənəli
açılış mərasimi
keçirildi. Hər dəfə
tədris ilinin ilk günü abidə qarşısında birinci
kurs tələbələrinin
and-içmə gününə
çevrildi. Rektorumuz
tələbələr arasında
birinci ümuminstitut spartakiadasının keçirilməsi
ənənəsinin əsasını
qoydu, hər il bu spartakiadanın təntənəli
açılışında və bağlanışında
iştirak etdi.
Rafiq müəllim
respublikamızda idmanın
təbliğinə xüsusi
diqqət yetirirdi.
İnstitutun ən yaxşı
idmançıları və
pedaqoqları Azərbaycanın
ən ucqar kəndlərində belə
müzahirələr oxuyur
və nümunəvi çıxışlar edirdilər.
Onun rektorluğu dövründə
gələcək idman
mütəxəssislərinin incəsənətə marağı
da yüksəlirdi.
Xatirimdədir, onun dəvəti
ilə dünyaşöhrətli
dirijorumuz Niyazi öz simfonik orkestri ilə institutumuzun akt zalında konsert proqramı ilə çıxış etmişdi.
(ardı var)
Teyyub Qurban
Ekspress.-
2012.- 14-16 aprel.- S. 15.