Sahibkarların keyfiyyətli əmək ehtiyatlarına ehtiyacı var

 

Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi

 

Ölkədə sahibkarlığın inkişafı üçün vacib olan şərtlərdən biri də tələb olunan keyfiyyətdə əmək ehtiyatlarının formalaşmasıdır. Pul, maddi inventarın olması hələ biznesə başlamaqya onu inkişaf etdirmək üçün yeterli deyil. Sahibkarlıq subyekti fəaliyyət göstərdiyi təsərrüfat sahəsinə uyğun ixtisaslı, təcrübəli əmək qüvvəsinə də sahib olmalıdır.

   Müasir iqtisadi sistemdə əmək ehtiyatları əmək bazarında təşəkkül tapır. Digər bazarlarda olduğu kimi bu bazarda da tələb və təklif olur. Sahibkar özünə ixtisaslı və təcrübəli işçi axtarırsa, deməli, onun müəyyən işçi qüvvəsinə tələbi var. O bazarın tələbini formalaşdırır. Əmək qabiliyyətinə malik hər bir insan isə axtardığından o da öz-özlüyündə bazarın təklifini yaradır. Sahibkarın özünə işçi axtardığı digərlərinin isə əmək qabiliyyətini satdığı bazar əslində müasir iqtisadi sistemin vacib elementindən sayılır. Əmək bazarı işçi qüvvəsinin (əmək resurslarının) və əməyin deyil, məhz qabiliyyəti və qüvvəsinin alıb-satıldığı bazardır. Bu bazarın təkmil və keyfiyyətli olması, əmək qabiliyyətinin tələblərə cavab verməsi, eyni zamanda işəgötürənin də işçinin tələblərini ödəyə bilməsi ümumi iqtisadi inkişafı təmin edən əsas amillərdəndir.

   Azərbaycan üçün əmək bazarı anlayışı son 20 ildə formalaşıb. Sovet dövründə, yəni planlı iqtisadiyyatda əmək bazarı olmayıb. Dövlət müəssisə və təşkilatlar üçün kadr hazırlayıb və onu işlə təmin edib. Bazar iqtisadiyyatı sisteminə keçdikdən sonra əmək bazarı yarandı və bu bazar vasitəsilə əmək ehtiyatlarının bölüşdürülməsi həyata keçirildi. Əmək bazarında əmək resursları dövlətin qərarı ilə deyil, tələb və təklifin sayəsində, rəqabət şəraitində bölüşdürülür. Yaxşı işçi özünə tapır, sahibkar isə belə işçiyə sahib olmaqla inkişaf edir.

   Əmək bazarı ümumi bazar sistemində aparıcı möqeyə malikdir. Bu bazar olmadansahibkar işini qura bilir, nə də iqtisadi problemləri həll etmək mümkün olur. Nəinki birbaşa əmək bazarı ilə bağlı olan məsələlər, habelə inflyasiya, alıcılıq qabiliyyəti, gəlirlər, yığım və s. kimi iqtisadi problemlər əmək bazarının imkanları ilə araşdırılır və həll edilir. Qeyd edilən imkanlar nə dərəcədə yaxşı olarsa problemlərin öhdəsindən gəlmək bir o qədər asanuğurlu olur. Burada artıq keyfiyyət məsələsi ön plana çıxır.

   Azərbaycanda əmək bazarıda xarakterik olan məsələ də məhz keyfiyyət məsələsidir. Ölkəmizdə əmək ehtiyatları iqtisadi inkişafın tələblərinə cavab vermirbu problem hələ də qalır. Bir ixtisas üzrə kifayət qədər kadrlar olur ki, onlara ehtiyac yoxdur, amma başqa bir sahədə kadrlar çatışmır. Buna görə də Azərbaycana bir çox sahələrə xaricdən əmək ehtiyatlarının axını davam edir. Kifayət qədər düşünülməmiş kadr siyasəti əmək məhsuldarlığının azalmasına və gəlir itkisinə səbəb ola bilər. Məhz buna görə də hazırda müəssisələrin kadr ehtiyatlarının ixtisas səviyyəsi və peşəkarlıq getdikcə daha böyük əhəmiyyət kəsb edir.

   Azərbaycanda belə bir problemin yaranmasında subyektiv səbəblərlə bərabər obyektiv əsaslar da var. Mövcud əmək ehtiyatlarının önəmli hissəsi planlı iqtisadiyyat dövründə yaradılıb. Sovet sistemində iqtisadiyyatın qapalı olması, rəqabətin yoxluğu, müasir texnologiyaların tətbiqinin ləng aparılması ənənəsi kadrlara yeni biliklərin verilməsinə marağı azaldıb. Buna görə də Azərbaycan bazar iqtisadi sisteminə keçdikdə əmək ehtiyatlarının müasir sistemə uyğun inkişaf etdirilməsi kimi problemlər yarandı. Həmin problemlər müstəqilliyin əldə edilməsindən 20 ildən artıq müddətin ötməsinə baxmayaraq hələ də aktualdır.

   Lakin subyektiv amillər daha güclüdür. Son 20 ildə hazırlanan kadrların da bazar iqtisadiyyatının tələblərinə cavab verdiyini söyləmək çətindir. Əgər belə olmasaydı sahibkarlıq subyektləri üçün ixtisaslı kadr məsələsi problemə çevrilməzdi.

   Rəsmi açıqlamalara görə, ölkəmiz işçi qüvvəsindən səmərəli istifadə sahəsində son illərdə ciddi dəyişiklər əldə edib. 2011-ci ildə ölkədə iqtisadi fəal əhalinin sayı 2000-ci illə müqayisədə 255,9 min nəfər artaraq 4,626 milyon nəfər olub, onların da 4,375 milyon nəfərini iqtisadiyyatda məşğul olanlar, 250,9 min nəfərini isə işsiz əhali təşkil edib.

 

   Son illər ölkə iqtisadiyyatında aparılan islahatlar nəticəsində əmək bazarında əhəmiyyətli dərəcədə müsbət dəyişikliklərə nail olunduğu bildirilir. Belə ki, 2000-ci ildə dövlət sektorunda çalışanların xüsusi çəkisi iqtisadiyyatda məşğul olanların ümumi sayının 33,2%-ni təşkil edirdisə, 2011-ci ildə bu göstərici 26,15-ə enib, qeyri-dövlət sektorunda işləyənlərin sayı isə bu dövrdə 20 faiz artıb.

   Əhalinin məşğulluğunu təmin etmək məqsədilə yeni yerləri, müəssisələr, infrastruktura obyektləri s. yaradılması danılmaz faktdır. Ölkədə əhalinin məşğulluq işsizlik problemlərini həll etmək üçün vacib məsələlərdən biri ölkə iqtisadiyyatına xarici investisiyaların cəlb edilməsidir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2011-ci ildə ölkədə fəaliyyət göstərən xarici investisiyalı birgə müəssisələrdə məşğul olanların sayı 2000-ci ilə nisbətən təqribən 2 dəfə artaraq 35,1 min nəfərdən 69 min nəfərə çatıb. Xarici işçi qüvvəsinin artması da sübut edir ki, Azərbaycanda əmək ehtiyatları sahibkarlıq subyektlərinin tələblərini tam ödəyə bilmir.

   2011-ci ildə istehsal sahələrində (kənd təsərrüfatı, balıqçılıq, sənaye tikinti) 2,273 milyon min nəfər ya iqtisadiyyatda məşğul olanların ümumi sayının 52%-i qədər işçi çalışıb, xidmət sahəsində isə məşğul olanların sayı 2,102 milyon nəfər olub.

   2011-ci ildə iqtisadiyyatda məşğul olan əhalinin ümumi sayından 1,387 milyon nəfəri yaxud 31,7%-i muzdla işləyənlərin payına düşüb. Muzdla işləyənlərin əksəriyyəti iri orta müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olanlardır.

   Son on iki il ərzində (2000-2011-cu illər) muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 8,2 dəfə artaraq 364,2 manat təşkil edib 2010-cu illə müqayisədə 9,9% artıb.

   Əmək bazarı üçün ən vacib məsələlərdən biri bazarın elestikliyidir. Dünya Bankının bir araşdırmasına görə, əmək bazarının elastikliyi investisiya cəlb edən ölkənin nəzərə almalı olduğu ciddi nüanslardandır. İnvestisiya cəlb edən ölkədə əmək bazarı investorun öz ölkəsi ilə müqayisədə qədər elastik olarsa investisiyanın həmin ölkəyə yatırılması ehtimalı da bir o qədər böyük olar. Elastik əmək bazarının mövcudluğu xüsusilə özəlləşdirmə siyasətini yürüdən ölkələr üçün əhəmiyyətlidir. Dövlət müəssisələrini satınalan şirkətlər çox vaxt müəssisəni daha səmərəli gəlirli etmək üçün işçilərin sayını azaldır. İş yerlərini itirmişləri yeni işlə təmin etmək üçün elastik əmək bazarına ehtiyac var. Şirkətlər natamam günü işləyən işçiləri, müvəqqəti işçiləri, birdən çox yerində işləyən işçiləri müqavilə əsasında işləyən işçiləri işə götürmək imkanına malik olmalıdır. Əgər bu mümkün deyilsə işsizlik daha da artar işçilər qeyri-rəsmi iqtisadiyyata üz tutarlar.

   Əmək bazarının elastikliyi ilə əlaqədar ağır məhdudiyyətlərin qoyulması biznes sahələrinə mənfi təsir göstərir. Öz işçi qüvvəsinin həcmini öz biznes tələbatları ilə uyğunlaşdıra bilməyən firma öz rəqabətədavamlılığını itirə bilər. Əmək xərcləri gəlirlərlə müqayisədə elə bir həddə çata bilər ki, şirkət bu xərcləri azalda bilmədiyi təqdirdə müflisləşə bilər.

   Bundan əlavə işçilərin saatından əlavə saatlar işləmək imkanlarının olması tövsiyə edilir. Bəzi ölkələrdə işçinin həftə ərzində dəqiq vaxtı müəyyənləşdirilir.

   Lakin sahibkarlar bazarın tələblərinə uyğun olaraq bəzi vaxtlarda işçinin əlavə vaxtlarda da işləməsinə şərait yaradılmasında maraqlıdır. Bundan əlavə bir çox işçilər əlavə saatlar işləyərək əlavə pul qazanmaq istəyir. Həm işçiləri, həm işəgötürənləri razı salmaq üçün qanunvericilik işəgötürənlərin öz işçilərini əlavə vaxtlatda işlətməyə icazə verməsi iqtisadi baxımdan məqbul sayılır. Yalnız bir şərtlə ki, əlavə işləməklə sahibkar gəlir əldə etdiyi kimi işçi mənfəət əldə etməlidir. Bu cür elastiklik xüsusilə rəqabət şəraitində davam gətirə bilmək daha çox işləməyə məcbur olan kiçik sahibkarlıq subyektləri üçün əhəmiyyətlidir.

   Sahibkarlar üçün vacib məsələlərdən biri işçilərin öz işlərini tələb olunan səviyyədə görməsidir. Bunun üçün sahibkarlar işçilərin peşə bacarıqlarının artırılmasında maraqlı olur, təlimləri təşkil edir.

   Xarici ölkələrin təcrübəsi göstərir ki, ölkədə məhsuldarlığın, iqtisadi inkişafın davamlılığının təmin edilməsinin başlıca yolu əmək ehtiyatlarının keyfiyyət göstəricilərinin artırılmasıdır. Təcrübə sübut edib ki, işçilər keyfiyyətcə kəmiyyətcə artan rifahla təmin olunarlarsa, son məhsul həddi artar. Yaxud, işçilər daha savadlı ya təcrübəlidirlərsə, onların istehsal etdikləri son məhsul da artacaq. İnkişaf etmiş ölkələrdə əmək haqqı ona görə yüksəkdir ki, bu ölkələr uzun illər boyu kifayət qədər kapital ehtiyatı toplaya güclü əmək resursları yara bilib.

   Son 10 illiklərdə inkişaf etmiş ölkələrdə insanın inkişafına xərclənən vəsait dəfələrlə artıb, əmək resurslarının ixtisaslaşması yaxşılaşdırılıb. Bunun nəticəsində əmək haqqının ödənilməsində ölkələr arasında fərqlər böyüyüb. İnkişaf etmiş ölkələrdə inkişaf etməkdə olan ölkələrə nisbətən əmək haqqı əhəmiyyətli dərəcədə artıqdır. Bu fərq əməyə olan tələb təklifdən irəli gəlir iqtisadiyyat sahələrindən asılıdır. Müasir dövrdə kənd təsərrüfatında ticarətdə əmək haqqı emal sənayesində kommunikasiya sahəsində olduğundan xeyli aşağıdır. Çünki emal sənayesi kommunikasiya sahəsi yüksək elm tutumlu sahələrdir burada işçilərdən daha yüksək bilik tələb edilir. Deməli, əsas məsələ yerlərinin işçilərin sayının çox olması yox, keyfiyyətli əmək ehtiyatının mövcudluğudur. Keyfiyyətli əmək ehtiyatına sahib olan ölkələrdə yaxşı inkişaf etmiş sahibkarlar sinifi olur. Hər ikisi - bilikli işçi işçinin qədrini bilən sahibkar olduqda inkişaf öz-özlüyündə baş verir.

 

  

Vasif CƏFƏROV

 

Ekspress.-2012.-4 dekabr.-S.-9