Milli
sahibkarlığın ilk
qaranquşları
Azərbaycanda ticarət
sektoru tam özəlləşdirilib
Azad sahibkarlığın və
liberal iqtisadiyyatın təşviqi
İqtisadiyyatın sahələri üzrə ümumi daxili məhsulun (ÜDM) istehsalında özəl sektor ən yüksək payı ticarət və xidmət sahələrində təmin edib.
2011-ci ilə dair rəsmi statistik məlumatlara əsasən, ticarət və xidmət sahəsində istehsal edilən məhsulun 99,4%-i özəl sahibkarlıq sahələrində formalaşıb. Özəl sektor kənd təsərrüfatında ÜDM-nin 99,3%-ni, sənayedə 88,4%-ni, sosial xidmətlərdə 49%-ni və s. yaradıb. Ötən il ÜDM-də özəl sektorun payı isə 82,5% olub.
Xatırladaq ki, Azərbaycanda sahibkarlığın ilk qaranquşları da ticarətçilər olub. 1995-ci ildə ÜDM istehsalında qeyri-dövlət bölməsi cəmi 30,3% paya sahib olduğu halda ticarət və xidmət sektorunda özəl bölmənin payı 82,4% təşkil edirdi. Ticarət vo onunla bağlı olaraq yaradılan xidmət zahirən böyük təsarrüfat sahəsi kimi görünməsə də əslində bu sektorun da ümumi iqtisadiyyatda, iqtisadiyyatın müxtəlif sahələrinə aid olan sahibkarlıq subyektlərinin inkişafında xüsusi əhəmiyyəti var.
Hər şeydən əvvəl onu qeyd edək ki, ticarət, daha doğrusu, azad ticarət liberal iqtisadiyyatın əsas əlamətindən sayılır. Azad ticarət olmayan ölkədə liberal iqtisadiyyatdan danışmaq düzgün deyil. Sahibkarlar, o cümlədən fərdi şəxslər qanunla icazə verilən bütün malların idxalını həyata keçirə, onun satışını təşkil edə bilər. Ticarətin sərbəstliyinə xələl gətirən hər hansı qanun və ya qanunvericilikdəki boşluq liberal iqtisadiyyatın mövcudluğunu sual altına alır.
Digər tərəfdən,
ticarət olmadan insanlar
gündəlik, sahibkarlar isə istehsal tələbatını ödəyə
bilməz. Azərbaycan müstəqil olandan
sonra tikinti, ərzaq, geyim, qeyri-istehlak
mallarının istehsalı ilə məşğul olan müəssisələrin əksəriyyəti
istehsalı dayandı. Müəssisələr keyfiyyətli məhsul
istehsal edə bilmədiyindən sürətlə
bazardan çıxdılar. Eynilə aqrar sahədə olan təsərrüfat sahələrində də
istehsal kəskin azaldı. Hər iki istehsal sahəsinin dərin
böhran keçirdiyi
bir dövrdə ticarət fəaliyyətinin
genişlənməsi təklifdə yaranan
boşluğu doldurdu.
Əgər ticarət sahəsi də sənaye, kənd təsərrüfatı
sahələri kimi böhran
keçirsəydi, ölkədə fəlakətli vəziyyət
yaranacaqdı. Ticarətin olması bu fəlakətin
qarşısını aldı.
Son illərdə ərzaq, tikinti, gündəlik tələbat mallarının istehsalı Azərbaycanda genişlənib. Bir çox mallarla Azərbaycan özünü təmin edə bilir. Belə bir şəraitdə yeni bir keyfiyyət - daxili ticarətin səmərəliliyinin artırılması məsələsi ortaya çıxıb.
Nəzəri baxımdan belə bir fikir mövcuddur ki, ticarətin istehsalla qarşılıqlı əlaqələri var və bu cəhət iqtisadiyyatın inkişafında əvəzedilməz rolu oynayır. Bazarda ticarətin yeri və rolu tələblə təklif arasında optimal nisbətin yaradılmasından çox asılıdır.
Ticarət həm istehsala, həm də istehlaka yaxındır. Ticarət mallara olan tələbin həcmini və strukturunu öyrənərək, cəmiyyət üçün nə qədər mal lazım olduğu haqda istehsala məlumat vermək üçün daha əlverişli imkana malikdir. O, mallara artmaqda olan tələbatın həcmi və strukturunu öyrənərək, bir tərəfdən istehsal və istehlak arasında daha düzgün nisbətlər yaradılmasında istehsala (sahibkarlara, firma və şirkətlərə) kömək edir, digər tərəfdən geniş təkrar istehsalı prosesinə nəzarət edilməsində ticarətdən iqtisadi bir alət kimi istifadə edilir.
İqtisadi cəhətdən ticarət fəaliyyəti istehsal olunan hazır məhsulların istehsalçıdan istehlakçıya çatdırılmasında əsas vasitəçi rol oynayır. Buna görə də ticarət əhalinin tələbinin öyrənilməsində müstəsna imkanlara sahibdirlər.
Keçmiş sovet dönəmində ticarətin işi əsasən bölüşdürücü funksiayanı yerinə yrtirməklə məhdudlaşırdı. Yuxarıdan məhsul istehsalı üçün bir çox plan tapşırıqları verlirdi, həmçinin mallar da əsasən rəhbərlik tərəfindən bölüşdürülürdü. Ticarət müəssisələrinin işçilərindən yalnız bu tapşırıqlara əməl etmək tələb olunurdu.
Bazar münasibətlərinin və sahibkarlığın inkişafı şəraitində isə müəssisələrin tam təsərrüfat müstəqilliyinə, özünü maliyyələşdirmə və özünü idarəetmə sisteminə keçməsi ticarət işinin prinsip və metodlarının, əmtəə resurslarının formalaşması qaydalarının köklü surətdə dəyişilməsinə gətirib çıxardı.
Müasir
iqtisadiyyatda artıq hər bir biznes əməliyyyatı
ticarətin mərhələsi sayılır. İqtisadi
baxımdan ticarət fəaliyyəti istehsal
olunan hazır məhsulların
istehsalçıdan istehlakçıya
çatdırılmasında əsas vasitəçi rol oynayır.
Ticarət həm də müəyyən
xidmət sahələri ilə əhatə olunub. Burada xidmətlər iki cür olur. Məsələn,
əmtəələrin yerləşdirilməsi,
saxlanılması və
s. bu xidmətlər yeni istehlak qiyməti
yaratmayaraq sadəcə,
əmtəənin qiymətinə
daxil olur.
Amma ticarətin inkişafı
ayrıca xidmət sahələrinin və onun timsalında sahibkarlığın inkişafına
da şərait yaradır. Ticarət var olduqca, inkişaf etdikcə əlavə müstəqil
xidmət sahələri
yaranır. Məsələn, əmtəələrin evlərə
çatdırılması, texniki cəhətdən mürəkkəb əmtəələrin
alıcının evlərində
quraşdırılması, alıcılardan sifarişlərin
qəbul edilməsi və s.
Ticarətin sadalanan önəmli
cəhətlərini nəzərə
alaraq Azərbaycanda da müstəqilliyin ilk illərində bu sahədə sərbəstliyin
yaradılması üçün
ciddi addımlar atılıb. Ölkəmizdə ticarəti tənzimləyən
ayrıca nazirliyin olması, dövlət proqramının mövcudluğu
bunun təsdiqidir.
Ticarət Nazirliyinin əsas
funksiyası dövlətin
daxili və xarici ticarətinin idarə edilməsindən,
digər mərkəzi
icra hakimiyyəti orqanlarının bu sahədəki fəaliyyətinin
mövcud qanunvericiliyə
uyğun olaraq əlaqələndirilməsindən ibarət idi. Lakin sonralar Ticarət Nazirliyi ləğv edildi və onun səlahiyyətləri
İqtisadi İnkişaf
Nazilrliyinə verildi.
1999-2002-ci illər üçün ticarətin inkişafı
üzrə Dövlət
Proqramı da təsdiq edilib. Bu proqra ixrac potensialının
inkişafının təmin
edilməsi və ixracın strukturunun təkmilləşdirilməs, istehsal
olunan məhsulların
rəqabət qabiliyyətinin
yüksəldilməsi, idxalın
səmərəliliyinin artırılması,
texnoloji yeniləşmənin
həyata keçirilməsi
və ölkənin güclü iqtisadi potensialının yaradılması
məqsədilə investisiyaların
və kreditlərin prioritet sahələrə
cəlb edilməsi, daxili bazarda azad rəqabət mühitinin inkişaf etdirilməsi, istehlakçıların
hüquqlarının müdafiəsinin
təmin edilməsi, ticarət, iaşə və digər növ xidmət sahələrində vahid informasiya-uçot sisteminin
yaradılması, ölkənin
iqtisadi təhlükəsizliyinin
təmin edilməsi kimi mühüm məsələləri həll
etməli idi. Bu proqrama uyğun
olaraq Azərbaycanda Tarif Şurası yaradıldı. Proqramda
lizinq fəaliyyətinin
genişləndirilməsi, ticarətin
müasir tipli infrastrukturunun yaradılması,
milli standartlar sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması,
haqsiz rəqabət hallarına qarşı mübarizənin gücləndirilməsi,
Ümumdünya Ticarət
Təşkilatına qəbul
prosesinin sürətləndirilməsi
və s. kimi məsələlər qarşıya
hədəf kimi qoyuldu.
Həm dövlət proqramının
icra müddətində,
həm də sonralar görülən tədbirlər ona xidmət etdi ki, Azərbaycanın daxilində ticarətin böyüməsi davamlı
xarakter daşıdı.
Hər il orta hesabla daxili
ticarətin həcmi
10% artaraq 2011-ci ildə
pərakəndə ticarətin
həcmi 15,88 milyard manata yüksəldi. Eyni dinamika 2012-ci ilin yanvar-noyabr aylarında da davam edib
və pərakəndə
ticarət şəbəkəsində
15,4 milyard manat məbləğində
və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə
9,4% çox istehlak malları satılıb. Satılmış ərzaq
məhsullarının həcmi
2,4% artaraq 8,6 milyard manata, qeyri-ərzaq mallarının
həcmi 19,9% artaraq
6,8 milyard manata bərabər olub.
Daxili ticarətin genişlənməsində
xarici ticarətin də böyük payı var. Ötən illərdə Azərbaycandan
ixracla bərabər idxal da kəskin
artıb. İxracda böyük
üstünlük dövlət
sektorunun əlində
olsa da idxalda
dominantlıq özəl
sektora məxsusdur.
2012-ci ilin yanvar-oktyabr aylarında xarici ticarətlə 7919 hüquqi
və fiziki şəxs məşğul
olub. İxrac əməliyyatlarında özəl
sektorun payı 4,5%, idxal əməliyyatlarında
özəl sektorun payı 78,1% təşkil əşkil edib.
Ticarət sahəsi, həm
də daha çox sahibkarın fəaliyyət göstərdiyi
sahədir. 2011-ci ilin məlumatına əsasən 440213 sahibkarlıq
subyekti olub. Onlardan 75,632
mini hüquqi şəxs,
qalanı fiziki şəxs qismində fəaliyyət göstərən
sahibkarlardır. Hüquqi
şəxs statusu ilə fəaliyyət göstərən sahibkarların
20,37 mini və ya 27%-i, fiziki
şəxslərin isə
150,8 mini və ya 41,36%-i ticarət sahəsində çalışır.
Beləliklə, sahibkarlar üçün
çox sevimli sahə olan ticarət və xidmətlər bir o qədər də istehlakçıları maraqlandıran
sahədir. Məhz ticarətin
düzgün, ədalətli,
təhlükəsiz təşkili
istehlakçıların da
marağına uyğundur.
Çünki ticarətin əsas
iştirakçılarından biri də müəssisələrlə
yanaşı həm də istehlakçılardır.
Sahibkar üçün ticarətdə
iqtisadi mənfəət
əsasdırsa, istehlakçı
üçün isə
keyfiyyətli əmtəə
önəmlidir. Buna görə də, satış üçün
öz məhsullarını
təklif edən sahibkarlar əhalinin tələbatını öyrənməlidir.
Əslində bazar sahibkarlardan
bu oyun qaydalarına
əməl etməyə
məcbur edir. İstehlakçının tələbatını nəzərə almayan sahibkar gec-tez iflas edir.
Azərbaycanda da son illərə
qədər istehlakçı
haqlarının ticarət
müəssisələri və
istehsalçılar tərəfindən
pozulması faktlarına
tez-tez rast gəlinirdi. İlk illərdə
sahibkarlığın inkişafının
çətin dövrlərini
nəzərə alaraq
keyfiyyət, istehlakçı
haqlarına əhəmiyyət
verilmədi. Lakin sonralar
ticarətdə əhaliyə
keyfiyyətli mal satışının
səmərəli təşkili
və alıcı tələbinə uyğun
qurulması prosesi sürətləndi. Ticarətdə
müddəti keçmiş
və keyfiyyətsiz malların satışının
qadağan edilməsi və belə hallara qarşı dünyanın inkişaf etmiş ölkələrində
mövcud olan çox ciddi sərt cəza tədbirləri görülməsi
öz müsbət faydasını verdi.
Belə kompleks tədbirlər hazırda Azərbaycanda da həm topdan,
həm də pərakəndə ticarətin
xeyli dərəcədə
qaydaya salınmasına,
keyfiyyətli xidmətin
təşkilinə sövq
etdi.
Vasif CƏFƏROV
Ekspress.-2012.-11 dekabr.- S.-9