Sahibkarlığın investisiya təminatı

Azərbaycan İnvestisiya Şirkəti sərmayə qoyuluşunda rolunu artırır

 

Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi

Azərbaycanda sahibkarlığın investisiya təminatını gücləndirmək üçün hökumət müxtəlif variantlara əl atır. Belə vasitələrdən biri 2006-cı il martın 30-da yaradılan "Azərbaycan İnvestisiya Şirkəti" (AİŞ) Açıq Səhmdar Cəmiyyətidir.

   AİŞ dövlət başçısının "İnvestisiya Fəaliyyətinin Təşviqi üzrə Əlavə Tədbirlər haqqında" sərəncamı ilə yaradılıb və bu şirkətin təsis edilməsində məqsəd Azərbaycan ərazisində iqtisadiyyatın qeyri-neft sektorunun inkişaf etdirilməsidir.

   AİŞ-in fəaliyyətinin əhəmiyyətli tərəfi ondan ibarətdir ki, şirkət neftdən gələn pulların bir hissəsinin qeyri-neft sektoruna yönəldilməsində, həmçinin xariciyerli sərmayədarların biznes layihələrinə cəlb edilməsində aktiv rol oynayır.

   "İnvestisiya Fəaliyyətinin Təşviqi üzrə Əlavə Tədbirlər haqqında" sərəncamda qeyd edilir ki, neftdən gələn gəlirlərin artması həmin vəsaitdən qeyri-neft sahələrinin inkişafında istifadə edilməsi və bu sahələrə xarici investisiyaların daha çox cəlb edilməsi üçün yeni imkanlar açır. Bu şəraitdə AİŞ iqtisadiyyatın qeyri-neft sahələrinin inkişafına, bu sahələrdə mövcud müəssisələrin madditexnoloji bazasının yeniləşdirilməsinə investisiya qoyuluşunun təşviqi məqsədi ilə yaradılır.

   Şirkətin investisiya fəaliyyətinin məqsədini, əsasən, ölkə iqtisadiyyatının qeyri-neft sahələrində fəaliyyət göstərən səhmdar cəmiyyətlərinin və digər kommersiya təşkilatlarının nizamnamə kapitalındakı iştirak payını, o cümlədən səhmlərini almaqla müddətli investisiya qoyuluşunun həyata keçirilməsi təşkil edir.

   Şirkət investisiya qoyduğu kommersiya təşkilatının nizamnamə kapitalında üstün iştiraka malik olmur. Yəni, heç bir müəssisədə şirkətin payı 50%-dən çox ola bilməz. Bununla belə AİŞ səhmdar olduğu müəssisədə öz payını artıra bilər. Eyni zamanda həmin paya şirkət birdəfəlik sahib olmur. AİŞ-in iştirak etdiyi biznes layihəsi uğurla həyata keçirildikdən sonra, şirkıt həmin layihədə iştirakına xitam verir və səhmdarlar arasındakı ilkin razılaşmaya uyğun olaraq öz payını satır. Satış 3 formada ola billər: ya fond bazarları vasitəsilə səhmlər ümumi alıcı kütləsi üçün satılır, ya səhmlərin və ya payların digər strateci investorlara satışı həyata keçirilir, yaxud da səhmlərin və ya payların mövcud səhmdarlara satışı şəklində olur.

Şirkətin sahib olduğu səhmləri nə zaman satacağı əvvəldən bilinir. Kommersiya təşkilatının nizamnamə kapitalına qoyulan investisiya üçün AİŞ-in ali idarəetmə orqanının müəyyən etdiyi müddət bitdikdə, şirkət əldə etdiyi iştirak payını bazar qiymətləri ilə sataraq, kommersiya təşkilatındakı iştirakına xitam verir.

   Şirkətin dövlətə məxsus səhmlərinin saxlanılmasını və idarə olunmasını İqtisadi İnkişaf Nazirliyi həyata keçirir, həmin səhmlər üzrə dividendlər isə Azərbaycan Respublikasının Dövlət Neft Fonduna köçürülür.

   Vəsaitin Dövlət Neft Fonduna köçürülməsi təsadüfi deyil. Çünki AİŞ məhz Dövlət Neft Fondunun vəsaitlərindən istifadə edilməklə təsis edilib. Azərbaycan prezidentinin fərmani ilə Dövlət Neft Fondunun 2006-cı il büdcəsindən 90 milyon manat AİŞ-in nizamnamə kapitalının formalaşdırılmasına yönəldilib.

   Dövlət Neft Fondu AİŞ-in Müşahidə Şurasında da təmsil olunur. Ümumiyyətlə, şirkətin Müşahidə Şurasında Azərbaycanın iqtisadi sahəsini tənzimləyən nazirliklər və digər dövlət qurumları təmsil olunub və Müşahidə Şurası AİŞ-in ən yüksək idarəedici orqanı sayılır. Müşahidə Şurasında eyni zamanda İnvestisiya Komitəsi kimi çıxış edir və hər bir investisiya qərarı onun tərəfindən verilir.

   İqtisadi İnkişaf naziri Şahin Mustafayev Müşahidə Şurasının sədri, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov sədr müavini, maliyyə nazirinin I müavini İlqar Fətizadə, Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rüstəm Şahbazov, Mərkəzi Bankın sədr müavini Vadim Xubanov isə üzvləridir.

 

   AİŞ investisiya siyasətində əsas prinsipləri bir neçədir. Bunlar arasında Azərbaycan ərazisində səmərəli effektiv fəaliyyət göstərən müəssisələrə sərmayə qoyuluşlarının edilməsi ya digər investorlarla yeni müəssisələrin birgə investisiya fondlarının təsisi, Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoruna investisiya qoyuluşları, korporativ idarəetmə prinsiplərinin tətbiq edilməsi investorların hüquqlarının qorunması var. AİŞ-in əsas məqsədi yerli xarici investisiyaların Azərbaycan iqtisadiyyatına cəlb edilməsi ilə yanaşı müasir texnologiyalar, "know-how" investisiya qoyulmuş müəssisələrdə korporativ idarəetmə standarlarının beynəlxalq maliyyə hesabatlılıq standartlarının tətbiq edilməsidir.

   Sərmayə qoyuluşunda prioritet istiqamət kimi isə AİŞ ağir sənaye, alternativ enerci sahələrini, informasiya texnologiyaları telekommunikasiyaları, kənd təsərrüfatını, qida sənayesi qablaşdırmanı, logistika daşınma, turizmi əsas götürür. AİŞ eyni zamanda "fondlar fondu" kimi fəaliyyət göstərir. AİŞ, dövlət investisiya fondu olaraq, Azərbaycan bazarına daxil olmaq istəyənlər üçün ən yaxşı investisiya ortağı ola bilər. Azərbaycanın böyük artımla inkişaf edən qeyri-neft sektorundakı imkanlarından yararlanmaq üçün AİŞ potensial investisiya partnyorlarını (fərdi ya institusional) birgə investisiya fondların yaradılmasına dəvət edir.

   AİŞ indiyə qədər Azərbaycan iqtisadiyyatına birbaşa 90 milyon manat sərmayə qoyub. Lakin onun iştirak etdiyi layihələrə qoyulan ümumi sərmayənin həcmi 900 milyon manatı ötüb. 2011-ci ilin sonunda şirkətin aktivləri 4,5 milyon manat artaraq, ilin sonuna 174,8 milyon manata çatıb, son 5 il (2007-2011) üzrə mənfəət 14,5 milyon manat təşkil edib.

   AİŞ ötən dövrdə sərmayələrinin 56,2%-ni ağır sənayeyə, 19,5%-ni kənd təsərrüfatına, 8,5%-ni qida sənayesinə, 8,4%-ni müştərək fondlara, 7,2%-ni logistikaya qoyub.

   Öncə qeyd etdiyimiz kimi AİŞ bir neçə müəssisəyə sərmayə qoyub.

   Bunlardan Azərbaycanda digər Xəzəryanı ölkələrdə yeni gəmi tikintisinə olan tələbatı təmin etmək üçün yeni gəmilərin iri tonnaclı tankerlərin tikintisi təmiri üzrə zavodun inşasını göstərmək olar. AİŞ tikilməkdə olan bu müəssisədə 25% paya sahibdir. Müəssisənin digər səhmdarları Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), Keppel Offshore and Marine (Sinqapur) şirkətidir.

   AİŞ Azərbaycanın əsas sement istehsalçısı olan Holcim ASC- paya sahibdir. Bu müəssisədə yeni quru soba xəttinin işə salınması mövcud infrastrukturun yenidən qurulması nəticəsində zavodun istehsal gücünün artırılması məqsədilə layihə həyata keçirilir. AİŞ bu layihədə 10% iştirakçı payını alıb.

   AİŞ- birgə Avropa Yenidənqurma İnkişaf Bankı (AYİB), Holcim (İsveçrə) layihədə iştirak edirlər.

   Rayonlaşdırılmış sortlar olan superelit, elit yüksək reproduksiyalı toxumların yaradılması üçün müasir səviyyədə toxumçuluq sistemi yaratmaq, onun müasir maşın avadanlıqlarla, toxum anbarları ilə təmin etmək məqsədilə ölkəmizdə "Azərtoxum" MMC yaradılıb. AİŞ bu şirkətin 17,46%- sahibdir.

   Aqrotexniki xidmətləri kompleks şəkildə həyata keçirəcək müəssisənin yaradılması vasitəsilə məhsuldarlığın artırılması torpaq ehtiyatlarından daha səmərəli istifadənin təmin edilməsi üçün Ağstafa rayonunda "Ağstafa Aqroservis" MMC adlı şirkət yaradılıb. Şirkətdə RAO Qlobal Qrup (Almaniya) AİŞ səhmdardır. AİŞ "Ağstafa Aqroservis" MMC-nin 25% səhminə sahibdir.

   Azərbaycanın ən iri quşçuluq ferması Dəvəçi Broyler ASC sayılır. Bu fermada yeni texnologiyaların tətbiqi vasitəsilə istehsal gücünün artırılması layihəsi həyata keçirilir. AİŞ yeni layihədə 25% iştirak payı var.

   Masazır qəsəbəsində yodlaşdırılmış rafinadlaşdırılmış yüksək keyfiyyətli qida duzunun istehsalı üzrə "Azərbaycan Duz İstehsalat Birliyi" QSC yaradılıb bu birliyin səhmlərinin 25%-i AİŞ-ə məxsusdur. Digər səhmdar "Azersun Holding" MMC-dir.

 

   Hövsan qəsəbəsində inşa edilən "Milk-Pro" MMC adlı süd zavodunun 20%-i AİŞ-ə aiddir. "Sanqaçal Terminalı" adlı Sanqaçalda yeni logistik terminalın da 25%-idə AİŞ-in sahibliyindədir.

   Nəhayət, AİŞ real sektora birbaşa investisiya qoyuluşu ilə yanaşı, həmçinin birgə investisiya fondlarını təsis edir. 2008-ci ildə İslam İnkişaf Bankı, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası Orta Şərq dövlətlərindən digər investorlarla birgə "Xəzər Beynəlxalq İnvestisiya Şirkəti" QSC təsis olunub. Bu fond da, öz növbəsində, Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun müxtəlif sahələrinə investisiya qoyuluşları edir. AİŞ-in buradakı payı 24,1 faiz təşkil edir.

   Sadalananlarla bərabər AİŞ bir sıra layihələrə ("Ağstafa Aqroservis" layihəsi, "Uşaq Qidasının Qablaşdırılması" layihəsi, İşlənmiş akkumulyatorların təkrar emalı layihəsi) investisiya qoyuluşları həyata keçirmək üçün müvafiq işlər aparır.

   Göründüyü kimi AİŞ əsasən investisiya cəlb edilməsi baxımından çətinlik çəkən sahələrə maraq göstərir. AİŞ belə layihələrdə iştirak etməklə xarici yerli sərmayədarların həmin sahələrə investisiya qoyuluşunun səmərəli olacağına inandıra bilir.

   İndiyədək AİŞ-in iştirak etdiyi layihələrdən "M-Pro" şirkətinin Hövsan qəsəbəsindəki süd zavodunun inşası layihəsi başa çatıb, müəssisə test recimində fəaliyyətə başlayıb. Bununla yanaşı, "Qaradağ Sement" zavodunda quru istehsal texnologiyasına əsaslanan yeni sobanın tikintisi başa çatdırılıb artıq test recimində ilk klinker istehsal edilib. "Sənqəçal Qaradağ Neft Qaz terminalı" layihəsinin başlanğıc fazası icra edilib, "Azərtoxum" MMC fəaliyyət göstərməkdədir.

 

  

Vasif CƏFƏROV

 

Ekspress.-2012.- 19 dekabr.- S.-9.