Mir Cəfərin məhkəməsi necə
hazırlanmışdır
Azərbaycanda ötən əsrin ən qalmaqallı və indiyədək ətrafında söz-söhbətlərin dolaşdığı məhkəmələrdən biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban bu məhkəmə, onun necə və kimlərin sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında araşdırıb.
(əvvəli ötən şənbə saylarımızda)
Bağırov və Şəkinski
Azərbaycan Respublikası Dövlət Arxivində saxlanılan bəzi məktubları diqqətinizə çatdırıram:
"Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv İdarəsinin rəisi M.Şəkinski yoldaşa
Estoniya SSR Nazirlər Soveti yanında Arxiv İdarəsi Sizdən xahiş edir ki, "Azərbaycan SSR nazirliklərində, idarə, müəssisə və təşkilatlarında kargüzarlıq məsələləri" kitabçanızı iş təcrübəsi mübadiləsi məqsədilə bizə göndərəsiniz.
Estoniya SSR Nazirlər Soveti yanında Arxiv İdarəsi rəisinin müavini B.Barakki.
25 yanvar
1963-cü il
Tallin şəhəri."
"Azərbaycan
SSR Nazirlər Soveti yanında Arxiv İdarəsinin rəisi M.Şəkinski yoldaşa
Sizdən xahiş edirik
ki, Azərbaycan SSR-də kargüzarlıq məsələləri üzrə
yeni nümunəvi təlimat kitabçasını
redaksiyamıza göndərəsiniz.
"Arxivşünaslıq
Məsələləri" jurnalının redaktoru Avtokratov
Moskva şəhəri
13 fevral 1963-cü
il."
"Azərbaycan
SSR Nazirlər Soveti yanında Arxiv İdarəsinin rəisi M.Şəkinski yoldaşa
Latviya SSR Nazirlər Soveti
yanında Arxiv İdarəsi Sizdən xahiş edir ki, Azərbaycanın idarə və müəssisələrində kargüzarlığa dair nümunəvi təlimatnamənin
foto və yaxud makinada surətini ünvanımıza
göndərəsiniz. Rica edirik, xahişimizi
rədd etməyəsiniz.
Ünvanımız:
Riqa şəhəri,
Rayns küçəsi,
6.
Latviya SSR Nazirlər Soveti yanında Arxiv İdarəsinin rəis müavini A.Kirşbaum
31 yanvar
1963-cü il."
Azərbaycan
SSR Nazirlər Soveti yanında Arxiv İdarəsinin rəisi M.Şəkinski yoldaşa
Bizə məlumdur ki,
1962-ci ildə Azərbaycan
SSR Nazirlər Soveti Sizin tərəfinizdən
hazırlanmış "Xalq
təsərrüfatı şurasında,
nazirliklərdə, idarə,
müəssisə və
təşkilatlarda kargüzarlığın
təşkilinə dair
nümunəvi əsasnaməni
rəsmən təsdiq
etmişdir. Hazırda Ukrayna
SSR Nazirlər Soveti yanında Arxiv İdarəsi respublikada müvafiq işi həyata keçirmək üün hazırlıq görür. Bu məqsədlə Sizdən
zahiş edirik ki, təcrübə mübadiləsi qaydasında
göstərilən sənədin
və eləcə də Azərbaycan SSR Nazirlər Sovetinin sərəncamının surətini
bizə göndərəsiniz.
Ukrayna SSR Nazirlər Soveti yanında Arxiv İdarəsi rəisinin müavini L.Quseva
Kiyev şəhəri
18 yanvar
1963-cü il."
Azərbaycan Respublikası Dövlət
Arxivində 1963-cü ildə
Məmmədəmin Şəkinskinin
ünvanına daxil olmuş bir məktub makinada deyil, əlyazma şəklindədir. M.Şəkinskinin təbirincə desək, sənədin əslidir.
Haqqında danışdığımız
məktub uzaq Sibirdən - Altay ölkəsindən
yolda salınmışdır.
Tanış olun:
"Mən
"Arxivşünaslıq məsələləri" jurnalının
1962-ci il dördüncü nömrəsindəki
məlumatdan bilmişəm
ki, Siz respublikanın
idarə, müəssisə
və təkşirlatlarında
kargüzarılığın təşkilinə dair nümuəvi tövsiyələr
hazırlamışsınız. Yəqin bu yeni vəsait
"RSFSR-in Xalq təsərrüfatı
şuralarında, nazirlik
və idarələrində
kargüzarlıq üzrə
nümunəvi təlimat"dan
fərqlənir. Eyni zamanda
məktəbdə əvəzçiliklə
kargüzarlıq fənnindən
dərs deməyimi nəzərə alaraq, Sizdən çox xahiş edirəm ki, çap edilmiş vəsaitin bir nüsxəsini mənə göndərəsiniz.
Hörmətlə,
Altay bölgəsi
İcraiyyə komitəsi
Arxiv şöbəsinin
inspektoru Volkova
18 yanvar
1963-cü il."
Azərbaycanın
baş arxivarusunun adına Tacikistandan,
Qazaxıstandan, Rusiyanın
bir çox şəhərlərindən də
məktublar arxiv qovluqlarında toplanılmışdır.
Bu yazışmalar Azərbaycan arxiv idarəsi ilə canlı və işgüzar əlaqələrin
təməlini qoymuşdur.
Məsələn, 1963-cü il yanvarın
21-də Məmmədəmin Şəkinski Ukraynanın
Xerson vilayətindən
aşağıdakı məktubu
almışdır:
"Hörmətli
M.Şəkinski yoldaş!
Xerson Pedaqoji institutununun
marksizm-leninizm kafedrası
Azərbaycan və Ukrayna arasındakı tarixi, iqtisadi və mədəni əlaqələri öyrənir.
Bu məqsədlə Sizdən xahiş edirik ki, ümumiyyətlə
Ukrayna, o cümlədən
Xerson vilayəti, Xersonşina barədə respublikanızın arxivlərində
materialların olub-olmaması
haqqında bizə məlumat verəsiniz.
Əvvəlcədən Sizə minnətdarlığımızı
bildiririk. Cavabı
bu ünvana göndərməyinizi xahiş
edirik: Ukrayna SSR, Xerson şəhəri,
Komsomolsk küçəsi, 18, Pisarenko Ernest Yefimoviçə.
İmza: N.K.Krupskaya adına Xerson Pedaqoji İnstitutunun marksizm-leninizm
kafedrasının müəllimi,
tarix elmləri namizədi E.Pisarenko."
Ukraynalı tədqiqatçınının
xahişi yerinə yetirilmişdir.
Azərbaycan Respublikası Dövlət
Arxivində Ukrayna-Azərbaycan
arxivlərinin qarşılıqlı
işgüzar əlaqələrini
əks etdirən bir sənəd də saxlanılır.
1963-cü il avqust ayında Kiyevdən Bakıya, kino-foto sənədləri
arxivinə dəyərli
bir hədiyyə yola salınmışdır.
M.Şəkinskinin teleqramında
oxuyuruq: "Kiyev şəhəri: Vladimirskaya
küçəsi, 22A, Mərkəzi
kino-foto sənədləri
arxivinə
Arxiv kino-foto-fono filmlərinin
səsləndirilməsi qurğusunun
göndərilmisi xərclərinə
zəmanət veririk.
M.Şəkinski
Azərbaycan
SSR Nazirlər Soveti yanında Arxiv İdarəsinin rəisi
14 avqust
1963-cü il."
Adıçəkilən qurğu Ukraynadan
gətirilib Bakıda
Kino-foto-fono arxivində yerləşdirildikdən
sonra Məmmədəmin
Şəkinski resublika
kinoteatrlarında nümayiş
etdiriləcək sənədli
filmləri arxivdə də nümayiş etdirmişdir. Azərbaycanda ilk dəfə olaraq arxiv işçiləri kinofilmlərə baxışda
iştirak etmişlər.
Bu məqsədlə 1963-cü il avqust
ayının 27-də M.Şəkinskinin
Azərbaycan SSR Kinematoqrafiya
İşçiləri İttifaqının
katibi R.Şahvələd
yoldaşa ünvanladığı
məktubda deyilir:
"Sizdən
xahiş edirəm ki, Mərkəzi Dövlət Kino-foto-fono Arxivinin rəisi N.Fişşeva, həmin arxivin şöbə müdiri İ.Cikayeva və kino arxivin baş
elmi işçisi F.Əliyev yoldaşlara kino-filmlərin baxışında
iştirak etməsinə
icazə verəsiniz.
Azərbaycanda SSR Nazirlər Soveti
yanıda Arxiv İdarəsinin rəisi M.Şəkinski."
Arxiv sənədlərinin araşdırılmasından belə
nəticəyə gəlmək
olur ki, 1963-cü ildə Məmmədəmin
Şəkinskinin işgüzarlığı
və nüfuzu sayəsində Azərbaycan
Arxiv İdarəsi Moskva və Peterburqdan sonra ön cərgədə olmuşdur. Bakı ümumittifaq arxiv
mərkəzi rolunu oynamış, burada bütün ittifaqda arxiv işində baş verən yeniliklər Azərbaycan çərçivəsində əks-səda doğurmuşdur.
Məsələn, 1963-cü il aprelin
əvvəlində M.Şəkinskiyə
Daşkənd həmkarları
Özbəkistan hökumətinin
"Özbəkistan SSR-də
arxiv işinin yaxşılaşdırılmasına dair" qərarın surətini göndərmişlər.
Həmin
qərarı Özbəkistan
SSR Nazirlər Sovetinin
sədri R.Qurbanov və Özbəkistan SSR Nazirlər Soveti İşlər İdarəsinin
rəisi C.Məlikov imzalamışdır. Qərarda
deyilir ki, yoxlamalardan müəyyən
edildiyi kimi, Özbəkistan SSR-nin nazirliklərində, idarə,
müəssisə və
təşkilatlarında beş il müddətinədək saxlanılan
arxiv materialları haqqı ödənilməklə
kənardan cəlb edilmiş mütəxəssislərin
rəyi əsasında
yandırılıb yox
edilir, beləliklə,
həm qiymətli sənədlərin əsli
itirilir, həm də dövlət vəsaiti israf olunur.
Qardaş respublikanın hökuməti
qərara almışdır
ki, nazirlik, idarə, müəssisə
və təşkilatlarda
saxlanılan və respublikanın mərkəzi
dövlət arxivlərinə
təhvil verilən arxiv materialları kənarda işə cəlb edilmiş şəxslərin rəyi
əsasında deyil, həmin müəssisələrin
ştatlı işçilərinin
iştirakı ilə
həyata keçirilməsi
və bu məsələdə nazirlik,
idarə, müəssisə
və təşkilatlarının
rəhbərləri bilavasitə
məsuliyyət daşımalıdırlar.
Məmmədəmin
Şəkinski özbəkistanlı
həmkarlarının təşəbbüsünü
alqışlayaraq, 1963-cü il aprelin 24-də Azərbaycan SSR Nazirlər
Soveti sədrinin müavini R.N.Sadıqov yoldaşa göndərdiyi
rəsmi məktubunda Özbəkistan hökumətinin
yuxarıda adını
çəkdiyimiz qərarının
əhəmiyyətindən bəhs edir, üstəlik Azərbaycan
SSR Nazirlər Soveti tərəfindən qəbul
olunacaq müvafiq qərarların layihəsini
də məktubuna əlavə edir:
"1. İdarə, müəssisə
və təşkilatlarda
dövlət arxivlərində
saxlanılması nəzərdə
tutulmayan arxiv materiallarının kənar
şəxsləri və
ya təşkilatları
dövlət vəsaiti
sərf etməklə
cəlb olunması qadağan edilsin.
2. Nazirliklərin,
idarə, müəssisə
və təşkilatların
rəhbərlərinə bir
vəzifə olaraq tapşırılsın ki,
gələcəkdə yalnız
mərkəzi dövlət
arxivlərinə təhvil
verilməli olan arxiv materiallarının işlənilib hazırlanmasına,
eləcə də ləğv olunmuş müəssisələrin arxiv
sənədlərinin qaydaya
salınaraq təhvil verilməsinə vəsait
nəzərdə tutsunlar.
Azərbaycan
SSR Nazirlər Sovetinin
sədri Ə.Əlixanov
Azərbaycan
SSR Nazirlər Stveti İşlər İdarəsinin
müdiri F.Vəkilov
15 iyun
1963-cü il."
Məmmədəmin Şəkinski Pribaltika
respublikaları ilə
də arxiv işinin yaxşılaşdırılması
sahəsində təcrübə
mübadiləsi aparmışdır.
Onun 1963-cü il aprelin 24-də Azərbaycan SSR Nazirlər
Sovetinə ünvanladığı
növbəti məktubu
bu cəhətdən maraq doğurur. Məktubda oxuyuruq:
"Arxiv
işinin qaydaya salınmasına dair partiya və hökumət tərəfindən
verilmiş qərarlara
baxmayaraq, bir çox nazirlik, idarə, müəssisə
və təşklatlarda
arxiv materiallarının
lazımi qaydada saxlanılması təmin
edilməmişdir. Bunun başlıca
səbəblərindən biri
də bəzi nazirlik və dövlət idarələrində
çox mühüm sahənin kənar işçilərə həvalə
olunmasıdır. Bu cəhətdən
Latviya SSR Nazirlər Sovetinin bu il avqust ayının 1-də qəbul
etdiyi qərar (məktuba əlavə edilir) təqdirəlayiqdir.
Həmin
qərarda deyildiyi kimi, Latviyanın nazirlik, idarə və müəssisələrində
arxivlərə ştat
cədvəlində olan
işçilər başçılıq
edəcək və məsuliyyət daşıyacaqlar.
Göstərilənləri nəzərə alaraq xahiş edirəm ki, Latviya SSR Nazirlər Sovetinin qərarına müvafiq olaraq, respublikamızın nazirlik
və təşkilatlarında
göstərilən sahədə
ştatlı arxiv işçilərinin çalışmasına
dair sərəncam verəsiniz.
Azərbaycan SSR Nazirlər Soveti
yanında Arxiv İdarəsinin rəisi M.Şəkinski."
(ardı var)
Teyyub Qurban
Ekspress.-
2012.- 4-6 fevral.- S. 15.