Bağırov
və polkovnik Hüseynov
(əvvəli
ötən şənbə
saylarımızda)
Azərbaycanda ötən
əsrin ən qalmaqallı və indiyədək ətrafında
söz-söhbətlərin dolaşdığı məhkəmələrdən
biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi
olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı
Teyyub Qurban bu məhkəmə, onun necə və kimlərin
sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında
araşdırıb...
Qeyd: Artıq 5 ilə
yaxındır, Teyyub müəllimin Mir Cəfər
Bağırovla bağlı arxivlərdən gün
işığına çıxardığı
materialları, müxtəlif sənədləri qəzetimizin
hər şənbə sayında "Mir Cəfərin məhkəməsi
necə hazırlanmışdır" başlığı
altında təqdim edirik. Əslində, bu layihəni Mir Cəfərin
məhkəməsi ilə, məhkəmənin ətrafında
cərəyan edən hadisələrlə və ictimaiyyətə
məlum olmayan maraqlı faktlarla yekunlaşdırmaq istəyirdik.
Lakin arxiv elə dəryadır ki, sonu-bucağı yoxdur.
Teyyub müəllim arxivdən elə faktlar, elə sənədlər
üzə çıxarırdı ki, onların
oxucularımızda maraq doğuracağını nəzərə
alaraq bir çox hallarda mövzudan kənara
çıxmalı olurduq.
Yaxın saylarımızda
Mir Cəfər Bağırovun məhkəməsini təqdim
edəcəyik. Həmin vaxtadək "Mir Cəfərin məhkəməsi
necə hazırlanmışdır"
başlığını yalnız rubrika kimi
saxlayırıq.
1942-ci il may
ayının 21-də 402-ci atıcı diviziyanın hərbi
prokuroru İbrahimov Zaqafqaziya Hərbi Şurasının
üzvü M.C.Bağırov yoldaşa əlbəəl
çatdırılmaqla aşağıdakı məlumatı
göndərmişdi:
"402-ci atıcı
diviziyanın hissələrindən 1942-ci il mayın 28-dək
fərari düşənlər:
Gülməmmədov
Haşım İmran oğlu, 1910-cu il təvəllüdlü,
Zərdab rayonu
Rüstəmov
Hüseyn Hüseyn oğlu, 1916-cı il təvəllüdlü,
Ağcabədi rayonu
Novruzov Əli Zeynal
oğlu, 1917-ci il təvəllüdlü, Zəngilan rayonu
Nərimanov Nifi Əli
oğlu, 1906-cı il təvəllüdlü, Tərtər
rayonu
Bayramov Adil Məcid
oğlu, 1921-ci il təvəllüdlü, Ucar rayonu
Əsədov Əmir Həsən
oğlu, 1906-cı il təvəllüdlü, Sabirabad rayonu
Əsədov Balabəy
Qurban oğlu, 1911-ci il təvəllüdlü, Sabirabad rayonu
Qurbanov Ağayar Əlif
oğlu, 1907-ci il təvəllüdlü, Sabirabad rayonu
İsmayılov Əhməd
Əhməd oğlu, 1909-cu il təvəllüdlü, Sabirabad
rayonu
Həsənov Gilan Həsən
oğlu, 1911-ci il təvəllüdlü, Tərtər rayonu
Hüseynqulu
İbrahimağa oğlu, 1899-cu il təvəllüdlü,
Bakı şəhəri
Əliyev Sokrat
İsmayıl oğlu, 1912-ci il təvəllüdlü,
Ağcabədi rayonu
Qurbanov Firudin Bayram
oğlu, 1910-cu il təvəllüdlü, Ağcabədi rayonu
Tağıyev Əliməmməd
Qulu oğlu, 1907-ci il təvəllüdlü, Ağcabədi
rayonu
Məmmədov Rəhim
Sadıq oğlu, 1908-ci il təvəllüdlü, Ağcabədi
rayonu
Musayev Həsən
İsmayıl oğlu, 1914-cü il təvəllüdlü,
Kirovabad şəhəri
Nəsirli Rza Məmməd
oğlu, 1910-cu il təvəllüdlü, Bakı şəhəri
Kərimov Bəşir
Hacı oğlu, 1906-cı il təvəllüdlü, Bərdə
rayonu
Zeynalov Həsən
Baba oğlu, 1902-ci il təvəllüdlü, Ağdaş
rayonu
Xəlilov Cəlil Əbdül
oğlu, 1912-ci il təvəllüdlü, Kirovabad şəhəri
Həsənov Həsən
Məmməd oğlu, 1921-ci il təvəllüdlü, Ordubad
şəhəri
Dadayev Məmməd
İbrahim oğlu, 1923-cü il təvəllüdlü, Balakən
rayonu
Abdullayev Niftulla Novruz
oğlu, 1920-ci il təvəllüdlü, Qaryagin rayonu
Məmmədov Emin Nəsir
oğlu, 1904-cü il təvəllüdlü, Kirovabad şəhəri
Hacıyev Musa Məhəmməd
oğlu, 1904-cü il təvəllüdlü, Ağcabədi
rayonu
Süleymanov Emin
İsmayıl oğlu, 1913-cü il təvəllüdlü,
Kirovabad şəhəri
Səfərov Yunus Səfər
oğlu, 1907-ci il təvəllüdlü, Masallı rayonu
Sarıyev Məmməd,
1922-ci il təvəllüdlü, Yevlax rayonu
Sadıqov Zülfəli
Hüseyn oğlu, 1922-ci il təvəllüdlü, Yevlax rayonu
Hüseynov Abbas Əlif
oğlu, 1901-ci il təvəllüdlü, Qubadlı rayonu
Allahverdiyev Əlif
Qonruqulu oğlu, 1910-cu il təvəllüdlü, Şahbuz
rayonu
Fərarilərin orduya
çağırışdan əvvəl ərazi üzrə
göstərici belədir:
Ermənistan SSR Əzizbəyov
rayonu
19 nəfər ordudan
qaçmış, onlardan 6-sı tutulmuşdur.
Ermənistan SSR
Basarkeçər rayonu
Ordudan 3 nəfər qaçmış,
saxlanılan yoxdur.
Ermənistan SSR Amasiya
rayonu
Ordudan 2 nəfər
qaçmış, saxlanılan yoxdur.
Gürcüstan SSR
Aspinin rayonu
Ordudan 6 nəfər
qaçmış, saxlanılan yoxdur.
Gürcüstan SSR
Adıgen rayonu
Ordudan 5 nəfər
qaçmış, saxlanılan yoxdur.
Gürcüstan SSR
Borçalı rayonu
Ordudan 2 nəfər
qaçmış, saxlanılan yoxdur.
Gürcüstan SSR
Axalkolaksk rayonu
Ordudan 2 nəfər
qaçmış, saxlanılan yoxdur.
Gürcüstan SSR
Xabsk rayonu
Ordudan 2 nəfər
qaçmış, ikisi də saxlanılmışdır.
402-ci atıcı
diviziyasında fərariliyi təhlil edərək
aşağıdakı qənaətə gəlirəm:
Diviziyanın hissələrində
siyasi-tərbiyəvi təbliğat işi olduqca
aşağı səviyyədədir. Bunun nəticəsidir
ki, fərarilər arasında partiya üzvləri və
komsomolçular da vardır: ÜİK(b) üzvü və
üzvlüyə namizədlərdən Əhmədov,
Şahbandayev, Alışan Həsənli, İvan
Mixayloviç Heydərov adı ilə tanınan, əslində
İslam Musa oğlu, ÜİLKGİ üzvləri Məsim Kərimov,
Həsən Əliyev və başqaları vardır.
402-ci atıcı
diviziyanın hərbi prokuroru Q.F.İbrahimov".
402-ci diviziyanın hərbi
prokurorunun məktubuna ən yüksək səviyyədə
baxılmışdır. Azərbaycan Prezidenti İşlər
İdarəsi Siyasi Sənədlər Arxivində tanış
olduğum ən məxfi qərarı nəzərinizə
çatdırıram:
"402-ci atıcı
diviziyanın hərbi prokurorunun diviziyadakı mənfi hallara
aid məktubu barədə
(Azərbaycan K(b)P
MK-nın 1942-ci il 4 iyun tarixli Büro iclasının qərarı)
1. Azərbaycan K(b)P MK
katibləri Çeplakov və Əziz Əliyev yoldaşlara
tapşırılsın ki, 402-ci atıcı diviziyada vəziyyətə
dair həmin diviziyanın hərbi prokuroru İbrahimov
yoldaşın məktubu, eləcə də Azərbaycan K(b)P
MK-da diviziyaya aid digər materiallar əsasında Zaqafqaziya Cəbhəsi
Komandanlığına göndərilmək üçün
məktub hazırlasınlar.
2. Azərbaycan K(b)P MK
katibi Ə.Əliyev yoldaşa, Azərbaycan K(b)P Bakı Komitəsinin
katibi Qindin yoldaşa, Azərbaycan K(b)P MK-nın təbliğat
və təşviqat şöbəsi müdirinin müavini
S.Rəhimov yoldaşa və Səməd Vurğun yoldaşa
tapşırılsın ki, fərariliyə qarşı
mübarizəni gücləndirmək, hərbi vəzifəli
şəxslər arasında siyasi-tərbiyəvi işlərini
genişləndirmək məqsədilə yerlərdə
partiya və sovet təşkilatları tərəfindən əlavə
tədbirlərin görülməsi sahəsində
üç gün ərzində təkliflər
hazırlayıb Azərbaycan K(b)P MK bürosunun təsdiqinə
təqdim etsinlər.
Azərbaycan K(b)P MK
katibi M.C.Bağırov.
11 iyun 1842-ci il."
(ardı var)
Teyyub Qurban
Ekspress
.- 2012.- 28-30 iyul.- S. 15.