Bakıda Nuru Paşaya abidə qoyuldu
Dünən
Türkiyənin Azərbaycandakı səfirliyində Qafqaz İslam Ordusunun komandanı Nuru
Paşanın abidəsinin açılış mərasimi keçirilib.
Səfirliyin Mədəniyyət Mərkəzində təşkil
olunan tədbirdə Türkiyənin Azərbaycandakı
hərbi attaşeliyinin zabiti
kapitan Seçkin Ceylan Qafqaz İslam
Ordusunun döyüş
yolu barədə təqdimat keçirib. Qeyd edib ki, ordunun
keçirdiyi döyüşlərdə
1130 Osmanlı əsgəri şəhid olub,
1936 nəfər isə yaralanıb.
Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun həmsədri
Nizami Cəfərov Nuru
Paşanın büstünün
açılışını tarixi
hadisə adlandırıb. O, Nuru
Paşanı Azərbaycan və Türkiyə arasında milli birliyin, bütövlüyün abidəsi
adlandırıb.
Deputat Musa
Qasımlının çıxışı isə tədbirdə
qalmaqal yaradıb. O,
Türkiyənin sevdiyi dörd
tanınmış dövlət xadiminin
adını çəkib. Ənvər Paşa,
Nuru Paşa, Bülənt
Ecevit və Məsud Yılmazın
adını çəkən deputat Atatürkün adını sevdiyi
dövlət adamları içərisində göstərməyib.
Bu isə tədbir
iştirakçılarının böyük
səs-küyünə səbəb olub.
Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç Qafqaz
İslam Ordusunun
1918-ci ildə Azərbaycana öz
qardaşlıq köməyini etdiyini və
tarixi missiyasını yerinə yetirdiyini bildirib.
Səfir jurnalistlərə açıqlamasında Nuru Paşanın gələcəkdə
Bakının başqa yerlərində də
abidəsinin qoyulacağına inandığını söyləyib.
A.CAMAL
Ekspress.-2012.-
29 iyun.- S.12.