Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır

 

  (əvvəli ötən şənbə   saylarımızda)

 

  Şahsuvar müəllimin anası, yazıçı Süleyman Rəhimovun böyük bacısı Qiymət nənə nəvələri Mətanət və Dəyanətlə

Azərbaycanda ötən əsrin ən qalmaqallı və indiyədək ətrafında söz-söhbətlərin dolaşdığı məhkəmələrdən biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban bu məhkəmə, onun necə və kimlərin sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında araşdırıb.

 

   Bağırov və Şəkinski

 

   Dövlət məmurlarını vəzifələrindən asılı olmayaraq intizama dəvət etmək nümunəsini vaxtilə Məmmədəmin Şəkinski şəxsən göstərmişdi.

 

   Azərbaycan Respublikası Dövlət Arxivində tanış olduğumuz bir məktub bunu əyani şəkildə sübut edir. Tanış olun:

 

   "Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini T.Ə.Tahirova yoldaşa

 

   Sizə məlumat üçün bildirirəm ki, bu il fevral ayının 2-ci yarısında respublika rayonlarında xidməti ezamiyyətdə olmuşam. Ağdaş rayonunda rayon dövlət arxivinin işini yoxlayarkən müəyyən edildi ki, arxivin sabiq müdiri, hazırda Ağdaş şəhər zəhmətkeş deputatları sovetinin katibi F.Baxşiyev 1962-ci ildə müəssisə və kolxozlardan qeyri-qanuni yol ilə külli miqdarda arxiv sənədlərini mənimsəmiş və bunları rayon arxivinə dəxli olmayan bir yerə toplamışdır. Mən buya digər faktları yerində yoxlanılmasına Qutqaşen (indiki Qəbələ - T.Q.) rayon dövlət arxivinin müdiri V.Əliyev yoldaşı da cəlb etdim. Yoxlama F.Baxşiyevin iştirakı ilə aparıldı və onun arxiv işçisinə yaraşmayan hərəkətləri tam sübuta yetdi.

   Yuxarıda bildirdiyim kimi, F.Baxşiyev hazırda Ağdaş rayonunda məsul vəzifə daşıyır. Mən özümə borc bildim ki, Ağdaş şəhər sovetinin katibinin mənəviyyatsızlığı barədə telefonla respublikanın Ali Soveti Rəyasət Heyətinin sədri Z.Z.Şükürova yoldaşın nəzərinə çatdırım. O bildirdi ki, dediklərimi yazılı şəkildə yazıb göndərim. Bunu da etdim. Ancaq bugünədək Ağdaş şəhər zəhmətkeş deputatları soveti çirkin hərəkətə yol vermiş F.Baxşiyevi cəzalandırmamışdır.

 

   Azərbaycan Nazirlər Soveti yanında Arxiv İdarəsinin rəisi M.Şəkinski

 

   10 mart 1964-cü il".

 

   Azərbaycan Respublikası Dövlət Arxivində tanış olduğumuz sənədlər sübut edir ki, imzaladıqları qərarların yerinə yetirilməsinə laqeydliklə yanaşan hökumət üzvlərini də Məmmədəmin Şəkinski tənqid etməkdən çəkinməmişdir. Müvafiq materiallara diqqət yetirin:

 

   1964-cü il fevral ayının 28-də M.Şəkinski Azərbaycan SSR Nazirlər Sovetinə aşağıdakı məktubu göndərmişdir:

 

   "Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini R.N.Sadıqov yoldaşa

 

   Azərbaycan SSR Nazirlər Soveti özünün qərrı ilə (1963-cü il 6 sentyabr, N633, paraqraf 9) Bakı Şəhər Zəhmətkeş Deputatları Sovetinə bir vəzifə olaraq tapşırmışdır ki, mərkəzi dövləi arxivləri üçün inşası nəzərdə tutulmuş və layihə-smeta sənədləri rəsmi təsdiq olunmuş 3022-ci kvartalda (keçmiş 17-ci Dağlıq küçəsi, indiki Ziya Bünyadov adına prospekt, 5 ünvanda - T.Q.) 45 mənzildən ibarət yaşayış binası tikilsinburada 25 mənzil Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv İdarəsinə ayrılsın. Nazirlər Sovetinin göstərilən qərarının layihəsini Dövlət Plan Komitəsinin sədri Ə.İ.İbrahimov, Bakı Şəhər İcraiyyə Komitəsinin sədri Ə.C.Ləmbəranski və Maliyyə naziri Q.Ə.Xəlilov yoldaşlar imzalamışlar.

   Bu günlərdə respublikanın Dövlət Plan Komitəsində respublikada inşa olunacaq binaların titul siyahısına baxılarkən, Dövlət Plan Komitəsinin sədr müavini K.Şükürov yoldaş 1964-cü ildə tikintisi nəzərdə tutulmuş 45 mənzilli yaşayış binasını siyahıdan çıxarmışdır. Səbəb də guya bu olmuşdur ki, Bakı Şəhər İcraiyyə Komitəsinin adıçəkilən yaşayış binasının inşasına... pul yoxdur.

   Yuxarıda göstərilənləri nəzərinizə çatdırmaqla belə hesab edirəm ki, Dövlət Plan Komitəsinin "dəlilləri" Nazirlər Sovetinin qəbul etdiyi qərarın ləğvi üçün heç bir əsas sayıla bilməz.

   Azərbaycan Nazirlər Soveti yanında Arxiv İdarəsi Sizdən xahiş edir ki, Dövlət Plan Komitəsinə və Bakı Şəhər İcraiyyə Komitəsinə rəsmi qaydada bildirəsiniz ki, hökumətin qəbul etdiyi qərarların yerinə yetirilməsi tutduğu vəzifəsindən asılı olmayaraq hamının borcudur. Respublikanın Plan Komitəsi və Bakı Şəhər İcraiyyə Komitəsi Azərbaycan SSR Nazirlər Sovetinin 1963-cü il 6 sentyabr tarixli 633 nömrəli qərarına əməl edərək, adıçəkilən 45 mənzilli yaşayış binasının inşasını 1964-cü il planına bərpa etməlidirlər. Bunu da nəzərinizə çatdırıram ki, tərəfimizdən irəli sürülmüş və Nazirlər Sovetinin qərarı ilə təsdiq edilmiş belə yaşayış evləri Kiyev, Minsk, Tbilisi və digər şəhərlərdə tikilib istifadəyə verilmişdir.

 

   M.Şəkinski

 

   28 fevral 1964-cü il".

 

   M.Şəkinskinin Nazirlər Soveti sədrinin müavininə göndərdiyi məktubdan bir aya yaxın vaxt keçsə , səs-səmir çıxmamışdır. 1964-cü il mart ayının 21-də R.N.Sadıqov yoldaşa təkrarən məktub yazmışdır. Məktubun sonunda oxuyuruq: "Sizdən olduqca rica edirəm ki, Nazirlər Sovetinin Tikinti Şöbəsinə, Bakı Şəhər İcraiyyə Komitəsinə Dövlət Plan Komitəsinə qəti tapşırasınız ki, Azərbaycan SSR Nazirlər Sovetinin 1963-cü il 6 sentyabr tarixli 633 nömrəli qərarını yerinə yetirsinlər".

   Beləliklə, Əliş Ləmbəranski Məmmədəmin Şəkinski arasındakı "soyuq müharibə" qüvvədə qalmışdır. İş o həddə çatmışdır ki, Bakı Şəhər Sovetinin sədri Azərbaycan Nazirlər Soveti yanında Arxiv İdarəsinin rəisinə ünvanlanmış məktubu da dolayısıyla göndərmişdir. 1964-cü il iyun ayının 12-də M.Şəkinski Azərbaycan SSR Nazirlər Soveti İşlər İdarəsindən aşağıdakı məktubu almışdır:

 

   "Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv İdarəsinin sədri M.Şəkinski yoldaşa

 

   Bakı Şəhər İcraiyyə Komitəsinin respublika Arxiv İdarəsi üçün yaşayış ev inşasına aid 1964-cü il 5 iyun tarixli 7-2933/2 nömrəli məktubunun surəti Sizə göndərilir.

 

   ƏLAVƏ: 1 vərəqdə.

 

   Azərbaycan SSR Nazirlər Soveti İşlər İdarəsinin rəisi S.Cabbarov

 

   10 iyun 1964-cü il".

 

   1964-cü ildə ilk dəfə Məmmədəmin Şəkinskiyə rəsmi məktubun əsli deyil, surəti verilmişdir. Tanış olun:

 

   "Məktubun surəti

 

   Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini

 

   T.Ə.Tahirova yoldaşa

 

   Kapital qoyuluşuna vəsaitin məhdudluğu səbəbindən respublika Arxiv İdarəsi üçün Bakı şəhərinin 3022-ci kvartalında tikintisi nəzərdə tutulmuş yaşayış evi 1964-cü ilin titul siyahısına salınmamışdır. Adıçəkilən yaşayış evinin tikintisi 1965-ci ilin 3-cü rübündə planlaşdırılır.

 

   Bakı şəhər İcraiyyə Komitəsinin sədri Ə.Ləmbəranski

 

   5 iyun 1964-cü il".

 

   Beləliklə, Azərbaycan dövlət arxivlərində Arxiv İdarəsinin özündə çalışan mənzil şəraiti pis vəziyyətdə olan 25 ailənin ümidini Bakı Şəhər İcraiyyə Komitəsinin sədri qırmışdır. Başçılıq etdiyi kollektivin atalıq qayğısı keşiyində duran Məmmdəmin Şəkinski 1965-ci ilin iyun ayının 17-də respublika hökumətinin rəyasət heyətinə ultimatuma bənzər aşağıdakı məktubu göndərmişdir:

 

   "Azərbaycan SSR Nazirlər Sovetinin Rəyasət Heyətinə

 

   Azərbaycan SSR Nazirlər Sovetinin 1963-cü il 6 sentyabr tarixli 633 nömrəli qərarının, Azərbaycan SSR Nazirlər Soveti Sədrinin müavininin 1964-cü il 22 may 1965-ci il 25 may tarixli şəhərin 3022-ci kvartalında yaşayış evi tikilməsinə aid sərəncamlarının Bakı Şəhər İcraiyyə Komitəsi tərəfindən yerinə yetrilməməsi barədə

 

   ARAYIŞ

 

   Azərbaycan SSR Nazirlər Soveti 1963-cü il 6 sentyabr tarixli 633 nömrəli qərarı ilə Bakı Şəhər İcraiyyə Komitəsinə bir vəzifə olaraq tapşırmışdır ki, 1964-cü ildə şəhərin 3022-ci kvartalında 45 mənzilli yaşayış binasını inşa etsin tikinti başa çatdırıldıqdan sonra 25 mənzil respublikanın Arxiv İdarəsinə ayrılsın.

   1964-cü il may ayının 22-də Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini T.Ə.Tahirova yoldaş 12/8-631 nömrəli məktubu ilə Bakı Şəhər İcraiyyə Komitəsindən hökumət qərarının yerinə yetirilməsini tələb etmişdir. Bakı Şəhər İcraiyyə Komitəsinin sədri Ə.C.Ləmbəranski yoldaş 1964-cü il 22 may tarixli 7/2933 nömrəli məktubuyla Azərbaycan SSR Nazirlər Sovetinə cavab olaraq bildirmişdir ki, adıçəkilən yaşayış evinin 1964-ci il titul siyahısına salmaq mümkün deyildir, çünki vəsait çatışmır. Ona görə həmin yaşayış evinin inşası 1965-ci ildə nəzərdə tutulmuş, plana uyğun olaraq həmin ilin üçüncü rübündə istifadəyə veriləcəkdir.

   Həqiqətdə bəlli olmuşdur ki, Ə.C.Ləmbəranski yoldaşın rəsmi cavabı başdansovma formal kağız parçasıdır. Əslində yaşayış binası heç 1965-ci ilin siyahısına salınmamışdır. Belə olduqda, 1965-ci il may ayının 25-də Azərbaycan SSR nazirlər Soveti sədrinin müavini A.K.Orucov yoldaş 12/13-573 nömrəli məktubuyla Bakı Şəhər İcraiyyə Komitəsinə bir vəzifə kimi tapşırmışdır ki, Nazirlər Sovetinin 1963-cü il 6 sentyabr tarixli 633 nömrəli qərarını yeroinə yetirsin nəticəsi barədə on gün müddətində respublika hökumətinə məlumat versin. Həmin vaxtdan 20 gün keçmişdir, təəssüflər olsun ki, Nazirlər Sovetini sərəncamı icra olunmamış qalmaqdadır.

   Belə hesab edirəm ki, Bakı Şəhər İcraiyyə Komitəsinin sədri Ə.C.Ləmbəranski yoldaşın hərəkətləri düzgün deyildir bu barədə müvafiq tədbir görülməsini xahiş edirəm.

   Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv İdarəsinin rəisi M.Şəkinski

 

   17 iyun 1965-ci il".

 

   ...Aylar keçdi, il ilə qovuşdu. Təzə ili təzə mənzildə qarşılamaq arzusu ilə yaşayan arxiv əməkdaşlarının ümid çırağı sönməyə başladı. Məmmədəmin Şəkinski isə inadından dönmədi, mübarizəsini davam etdirdi. 1966-cı ildə Əliş Ləmbəranski barədə "tədbir" görüldü. O, Bakıdan Moskvaya yüksək vəzifəyə - SSRİ Nazirlər Soveti Baş Mikrobiologiya Sənaye İdarəsi rəisinin birinci müavini vəzifəsinə irəli çəkildi. Azərbaycan SSR Nazirlər Sovetinə isə... Şəkinskinin qeyri-düzgün hərəkətləri haqqında bir-birinin ardınca imzasız məktublar daxil oldu. Ancaq maskalanmış bədxahlar yanıldılar. Gördülər ki, ölməz Mirzə Ələkbər Sabirin "bənzərəm bir qocaman dağa ki, dəryada durar" misrası altmışıncı illərin arxiv idarəsinin sədri Məmmədəmin Şəkinskiyə aiddir. Nəhayət. 1967-ci ildə keçmiş "Hümmət"çinin haq mübarizəsi zəfər çaldı. İyirmi beş nəfər arxiv işçisinin ailəsinə yeni mənzillərin açarları təqdim edildi. Məmmədəmin Şəkinskinin sevinci yerə-göyə sığmadı. İndiki Ziya Bünyadov prospekti, 5 ünvanında yerləşən yaşayış binasında mənzil alanlar arasında hazırda Elm Texnika Sənədləri Arxivinin direktoru Şahsuvar Həşimov da vardı. Oxuculara təqdim etdiyimiz foto-şəkil o əlamətdar günlərdən yadigardır.

 

 

   (ardı var)

 

   Teyyub Qurban

 

   Ekspress.-2012.- 31 mart – 2 aprel.- S.15.