II Bakı Beynəlxalq Teatr Konfransı başlayır
Konfransda
80-dən çox qonağın
iştirakı nəzərdə tutulur
Noyabrın 5-6-da
Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli
Elmlər Akademiyası (AMEA) və Azərbaycan Teatr
Xadimləri İttifaqının birgə təşkilatçılığı
ilə II Bakı Beynəlxalq Teatr
Konfransı keçiriləcək.
Mədəniyyət və Turizm
Nazirliyinin mətbuat xidmətindən verilən məlumata
görə, tədbirdə MDB, Avropa, Amerika və Asiya ölkələrindən
80-dən çox qonağın, o cümlədən, Litva mədəniyyət
nazirinin müavini Deyvidas Staponkus, Beynəlxalq Teatr
İnstitutunun baş direktoru Tobias Byankone, məşhur
Polşa dramaturqu, ssenaristi və rejissoru Kşiştof Zanussi,
Rusiyanın görkəmli teatr və kino aktyoru, xalq artisti,
Dövlət mükafatı laureatı, "Qızıl
maska" Beynəlxalq Teatr Festivalının prezidenti Georgi
Taratorkin, Roma Teatrının bədii rəhbəri Fabio
Tolledi, UNESCO-nun Sülh Artisti, Beynəlxalq Teatr İnstitutunun
vitse prezidenti, Sudan Respublikasının görkəmli teatr
xadimi Əli Mahdi, Zalsburq Festivalının direktoru Zeno
Ştanek, Fuceyra Monodram Festivalının prezidenti Mohammad
Alafkham, ASSİTEJ-in prezidenti İvetta Hardi, Sverdovsk Musiqili
Komediya Teatrının direktoru, TXİ-nin katibi Mixail Safronov,
"Qızıl Maska" Beynəlxalq Teatr Festivalının
baş direktoru Mariya Revyakina və başqa tanınmış
mütəxəssislərin iştirakı gözlənilir.
Konfrans çərçivəsində
noyabrın 4-də Azərbaycan Dövlət Rus Dram
Teatrında görkəmli teatr və kino aktyorları,
Litvanın xalq artisti Yuozas Budraytisin və SSRİ xalq artisti
Ryaqimantas Adomaytisin iştirakı ilə yaradıcılıq
gecəsi keçiriləcək, noyabrın 5-də Azərbaycan
Dövlət Rus Dram Teatrında Cənubi Afrika
Respublikasından tanınmış teatr və televiziya ulduzu
Tembi Mtshalinin iştirakı ilə "Qadın
intizarı", noyabrın 6-da Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrında Səudiyyə Ərəbistanı
Teatrının ifasında "Vağzal heç yerə
getmir" tamaşaları göstəriləcək.
Bundan başqa, konfrans zamanı I Bakı
Beynəlxalq Teatr Konfransına, Slovakiya teatr tarixinə,
M.F.Axundzadənin 200 illik yubileyinə həsr olunmuş fotosərgilər
nümayiş olunacaq, "Milli identifikasiya və
inkişaf" komitəsinin idarə heyətinin
toplantısı keçiriləcək.
Habelə, noyabrın 4-də
Kşiştof Zanussinin (10.00-11.45, Milli Dram Teatrı), İvitsa
Simiçin (10.00 - 11.45, Gənc Tamaşaçılar
Teatrı), Məhəmməd Əl-Əfxanın (10.00 - 11.45,
Milli Dram Teatrı), noyabrın 7-də Mişel Vaysın (10.00
- 11.45, Milli Dram Teatrı) iştirakı ilə seminarların
keçirilməsi planlaşdırılır.
Ekspress. - 2012. - 3-5 noyabr. –S. 20.