Müslüm Maqomayevin yubileyi Heydər
Əliyev sarayında qeyd olunub
Oktyabrın 7-də Heydər Əliyev Sarayında Azərbaycanın
görkəmli müğənnisi Müslüm Maqomayevin 70
illik yubileyinə həsr olunmuş “Sən mənim nəğməmsən”
(“Òû ìîÿ ìåëîäèÿ”) adı altında xatirə gecəsi
keçirilib. APA-nın məlumatına görə, yubiley mərasimi
Leyla Əliyeva və Svyatoslav Belzanın
aparıcılığı ilə həyata keçirilib. Mərasimdə
çıxış edən mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev dövlət
başçısı İlham Əliyevin təbrik məktubunu
oxuyub. Daha sonra çıxış edən nazir qeyd edib ki, il
ərzində Azərbaycanın bir sıra şəhərlərində
Müslüm Maqomayevin yubiley tədbiri qeyd olunub və bu silsilə
davam etməkdədir.
Yubiley tədbirində Azərbaycan və
Rusiyanın tanınmış müğənnilərinin
ifasında mərhum sənətkarın mahnıları ifa
olunub. Tədbirin I hissəsində ifalar dirijor Yalçın
Adıgözəlovun rəhbərliyi altında Üzeyir
Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik
Orkestrinin müşayiəti ilə səslənib. İkinci
hissəni isə dirijor Rauf Abdullayev idarə edib.
Mərasimdə Fidan və Xuraman
Qasımova bacıları, Emin Ağalarov, Samir Cəfərov,
Sevda Ələkbərzadə, Əli Əsgərov, Səbinə
Babayeva, Nəzrin Dadaşova, “Rast” və “Qaya” qrupları,
İosif Kobzon, Lorisa Dolina, Tamara Qverdçeteli, Elçin Əzizov
və başqaları çıxış ediblər.
Müğənnilərin çıxışı sürəkli
alqışlarla qarşılanıb. Yubiley mərasimində
Müslüm Maqomayevin həyat və
yaradıcılığını əks etdirən xüsusi
video material nümayiş etdirilib. İfası zamanı Tamara
Qverdçeteli Azərbaycan xalqına Müslüm Maqomayeva
görə təşəkkür edib: “Çox sağ olun ki,
Müslümü bizə bəxş etmisiniz...”
İki hissəli konsertdə
tamaşaçılara “Oxuyur Müslüm Maqomayev” filmində
canlandırdığı Şah İsmayıl obrazından
ariya ifa olunub. İosif Kobzon Heydər Əliyevlə
Müslüm Maqomayevin dostluğundan danışıb: “Mən
heç zaman Müslümə sənətinə görə
paxıllıq etməmişəm, amma onun Heydər Əliyevlə
ayrılmaz dostluğuna paxıllıq etmişəm. Hər
zaman düşünmüşəm ki, bu böyük insanla
dost olmaq çox möhtəşəm bir şeydir”. Daha sonra
İ.Kobzon M.Maqomayevlə bağlı xatirələrindən
söz açıb, onun həyatdan tez getməsinə təəssüfləndiyini
deyib. “Nadejda” mahnısını təqdim edən İosif
Kobzon Müslüm Maqomayevin hər dəfə bu
mahnını ifa edərkən onu tamaşaçılarla birgə
həyata keçirdiyini xatırladıb və
tamaşaçılardan bu kompozisiyanı onunla birlikdə
oxumağı xahiş edib. Mərasim Elçin Əzizovun
ifasında Müslüm Maqomayevin “Azərbaycan” mahnısı
ilə yekunlaşıb.
Sonda səhnəyə çıxan,
SSRİ xalq artisti, Müslüm Maqomayevin həyat
yoldaşı Tamara Sinyavskaya Azərbaycan ilk dəfə 40 il
bundan əvvəl məhz oktyabr ayında ayaq
basdığını deyib: “Həmin gün mən həm
Müslümü, həm də Azərbaycanı çox
sevdim. Hər birinizə Müslümü
unutmadığınıza və onu daima
xatırladığınıza görə təşəkkür
edirəm”.
Ekspress.- 2012.- 9 oktyabr.- S.23.