Bakıdan dünyaya xəbərdarlıq

 

Azərbaycan BMT üzvü olan dövlətləri qondarma "Stepanakert aeroportu" ilə hər cür əməkdaşlıqdan çəkinməyə çağırdı

 

Azərbaycanın BMT yanında daimi nümayəndəsi səfir Aqşin Mehdiyev Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında aeroport açmaq istiqamətində atdığı addımlarla əlaqədar BMT baş katibinə məktub ünvanlayıb. Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib.

Onun sözlərinə görə, məktubda baş katib Ermənistanın Xocalı aeroportunu istifadəyə verməyə və işğal etdiyi Azərbaycanın əraziləri üzərindəki hava məkanından qanunsuz istifadə etməyə hazırlaşması barədə məlumatlandırılıb. "Ermənistan qondarma "Artsakh Air company" adlı şirkət yaradaraq Xocalı aeroportundan uçuşlar, o cümlədən hərbi xarakterli uçuşlar həyata keçirmək niyyətini nümayiş etdirib. Bu kimi cəhdlər beynəlxalq hüquqa hörmətsizlikdir, sülh prosesini pozurregionda təhlükəsizliklə bağlı narahatlığı artırır", - deyə məktubda bildirilir.

Azərbaycan məktubda BMT üzvü olan ölkələri qondarma "Stepanakert aeroportu"nun Azərbaycan qanunvericiliyinə zidd fəaliyyət göstərdiyi, oradan həyata keçirilən bütün növ uçuşların qanunsuz olduğu və Azərbaycanla Ermənistanın da üzv olduğu İCAO-nun prinsiplərini pozduğu barədə xəbərdar edib: "Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəyin ifadə olunduğu BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının qətnamələrini nəzərə alaraq Azərbaycan hökuməti BMT üzvü olan bütün ölkələrə müraciət edir və diqqəti Ermənistanın qondarma aeroportun istismara verilməsi cəhdlərinin qanunsuz olduğuna yönəldərək bu dövlətləri

 

 

Ekspress.  -2012. – 18 oktyabr.  – S. 3.