"Biz
də xaricdən pul istəyəcəyik"
Sərdar Cəlaloğlu:
"Cərimələrin artırılması büdcəni
müxalifətçilərin hesabına doldurmağa
yönəlib"
"Ruhannaya verilən
qonorar bir partiyaya bir ildə
veriləcək puldan çoxdur"
Ölkənin ictimai-siyasi gündəminin
aktivləşdiyi bir vaxtda daha bir
necə mövzu siyasi məsələlərə
diqqəti artırıb.
Bunlardan biri icazəsiz aksiyaya çıxanlara qarşı sərt cərimələrin tətbiq
olunması, ikincisi isə siyasi partiyaların maliyyələşməsi
ilə bağlı gələn ilin dövlət büdcəsindən
vəsaitin nəzərdə
tutulmasıdır. Deputat
Rəfael Cəbrayılovun
hazırladığı "Sərbəst toplaşmaq azadlığı haqqında"
qanuna, Cinayət Məcəlləsinə və
İnzibati Xətalar Məcəlləsinə əlavə
və dəyişikliklər
layihəsində hökumətin
keçirilməsinə razılıq
vermədiyi kütləvi
aksiyada iştirak edən şəxslərin
cəriməsinin 500 manatdan
1000 manatadək, təşkilatçıların
isə 1500-6000 manat arası cərimələnməsi
nəzərdə tutulub.
Təşkilatçı hüquqi şəxsdirsə,
bu rəqəm 30000 manatadək yüksəlir.
Azərbaycan Demokrat Partiyasının
sədri Sərdar Cəlaloğlu isə hesab edir ki,
bu təklif həm dövlət büdcəsini doldurmağa,
həm də insanları siyasi proseslərdən çəkindirməyə
yönəlib.
- Müxalifət partiyalarında
bu layihə necə qarşılanıb?
- Mən düşünürəm
ki, bu təklifin
meydana gəlməsində
bir neçə məqsəd güdülür.
Birincisi,
bu yolla istəyirlər ki, dövlət büdcəsinə
vəsait daxil olsun. Məlumdur ki, neft istehsalında yaranan vəziyyət dövlət
büdcəsində öz
təsirini göstərəcək.
Tək siyasi sahədə deyil, cəmiyyətin bütün sahələrində
cərimələr, vergilər,
bir çox xidmətlərin haqqı artırılacaq. Maaşların verilməsində gecikmələr
olacaq. Bu yolla büdcədə yaranan boşluğun qismən də olsa doldurulmasına cəhd göstəriləcək.
Məncə, bu mürtəce
qanun layihəsinin ortaya çıxarılmasının
məqsədi kasıb
müxalifətçilərin hesabına dövlət büdcəsinin kəsirlərini
doldurmağa yönəlib.
İkincisi, bu təklif insan hüquq və azadlıqlarına qarşıdır. Konstitusiyada insanların
sərbəst toplaşmaq
azadlığı təsbit
olunub. Və orada yazılmayıb
ki, kütləvi aksiyaya çıxan vətəndaş cərimələnməlidir.
Ümumiyyətlə, dünya ölkələrində
qanunlara edilən dəyişiklərin insan
hüquqlarının genişləndirilməsinə
hesablandığı bir
dövrdə Azərbaycanda
insan hüquqlarını
məhdudlaşdıran qanunların
qəbulu yolverilməzdir.
Üçüncüsü isə ölkədə
minimum əməkhaqqı, insanların
aldığı maaşlar
imkan verirmi ki, belə sərt,
böyük məbləğdə
cərimə sanksiyaları
tətbiq olunsun.
Xüsusən də nəzərə
alsaq ki, aksiyalara çıxan müxaliətçilərin böyük
əksəriyyəti işsizdir.
Hətta prezidentin aldığı maaş
30 min manata çatmır.
Deputatın maaşı 1500 deyil.
Müəllim, həkim 100-150 manatla
hansı cəriməni
verə bilər.
Ona görə də belə bir qanunun
qəbulu yolverilməzdir.
- Müxalifətin bununla bağlı hansısa formada etirazı olacaqmı?
- Biz hələ bunu ümumilikdə müzakirə
etməmişik. Çünki məsələ yeni gündəmə gəlib.
Ancaq bu, ciddiləşərsə,
birgə addımlar atmağa çalışacağıq.
Bunula bağlı Konstitusiya Məhkəməsinə müraciət
olunacaq ki, Konstitusiya şərhi verilsin. Bundan başqa, Avropa
Məhkəməsinə, beynəlxalq
təşkilatlara müraciət
olunacaq.
- Siz irəli sürülən ideyanı
hakimiyyətin adı ilə bağlayırsınız,
amma onun müəllifi heç də iqtidarın təmsilçilərindən sayılmır...
- O deputat
parlamentdə bir dəfə ağzını açıb
danışan deyil. Bir dəfə danışdı, onda da
demokratiyanın, insan hüquq və azadlıqlarının məhdudlaşdırılması
yönündə... Ona görə də mən
hesab etmirəm ki, bu, onun öz təşəbbüsüdür.
- Artıq
siyasi partiyaların büdcədən maliyyələşdirilməsi
ilə bağlı məsələ reallaşır. 2013-cü ilin dövlət büdcəsində
parlamentdə təmsil olunan partiyalara 2 milyon manat vəsaitin
ayrılması nəzərdə tutulub. Siz
nə etməyi düşünürsünüz?
- Biz əvvəldən
də demişik ki, bu qayda ilə siyasi partiyaların maliyyələşməsi
həm qanuni, həm siyasi, həm də ədalət
baxımından doğru deyil. Bildirilir ki, 3 faizdən
yuxarı həddi keçmiş partiyalar maliyyələşəcək.
Axı, parlamentdəki deputatların heç də
hamısı partiya təmsiçisi kimi seçkidə
iştirak etməyib. Məsələn, Fərəc
Quliyev bitərəf kimi seçkiyə qatılıb. Və
ya Sabir Hacıyev... Biz isə onlardan on dəfə
çox səs toplamışıq. Bu
cür maliyyələşmə ölkənin real siyasi spektrini
ədalətli şəkildə ifadə etmir və qeyri-bərabər
rəqabət mühiti yaradır. Hətta
siyasi partiyalara ayrılan rəqəm belə çox
azdır. Baxın, QHT-lərə və
KİV-ə bundan daha çox pul ayrılır. Yaxud, bir olimpiya çempionuna verilən mükafat YAP
da daxil olmaqla bütün partiyalara verilən vəsaitdən
daha çoxdur. Yaxud, Ruhannaya verilən
qonorar bir partiyaya bir ildə veriləcək puldan çoxdur.
Bundan əlavə, müxalifət partiyaları
üçün heç bir şans tanınmır. Biz nə etməliyik? İş
adamları bizə yaxın gəlmir, dövlətdən də
kömək yox. Onda biz də təklif edəcəyik
ki, xaricdən siyasi partiyaların yardım almasına qoyulan
qadağa ləğv edilsin. Bunu dövlətin
təhlükəsizliyi ilə əlaqələndirirlər.
Amma o qədər nazirliklər var ki, xaricdən
qrant alır. Siyasi partiyanın qrant
alması o qədər də təhlükəli deyil, nəinki
dövlət qurumunun.
- Bəs siz indiki
halda nə təklif edirsiniz?
- Hesab
edirik ki, ya 2005-ci il parlament seçkisinin nəticələri
əsas götürülməlidir, ya da bu qanunun tətbiqi
2015-ci il seçkisindən sonraya saxlanılmalıdır.
A.CAMAL
Ekspress.
-2012. -18 oktyabr. – S. 12.