"Napoleon"
Azdramada
və yaxud böyük əziyyət, zəif tamaşa...
Bu
günlərdə Azərbaycan Dövlət Akademik Milli Dram
Teatrında Ferdinand Bruknerin "Napoleon" əsəri əsasında
hazırlanan eyniadlı ikihissəli psixoloji dramın səhnə
həllinə tamaşa etmək şansı əldə etdik.
Tamaşanın quruluşçu
rejissoru Namiq Ağayev, quruluşçu
rəssamı İlham Elxanoğlu,
musiqi tərtibatçısı Həmid
Kazımzadədir. Rəqslərin quruluşu
əməkdar incəsənət xadimi Rimma Məmmədovaya məxsusdur.
Tamaşada "Napoleon"u
Sumqayıt Dövlət Dram Teatrından dəvət
olunmuş Oqtay Mehdiyev, "Jozefina"
obrazını isə xalq artisti
Zemfira Nərimanova canlandırırdı.
Eyni zamanda səhnə
əsərində əməkdar artistlər Sabir
Məmmədov (Bertye), Elşən
Rüstəmov (Taleyran), aktyorlar
Şəhla Əliqızı (Mariya Valevska), Türkel Şabanova (Mariya Luiza), Sərdar Rüstəmov (meneval),
Rumiyyə Ağayeva (rəqs müəllimi,
bayraqda), Elçin Əhmədov
(Fuşe), İlqar
Baxşıyev (şeypurçu), Teymur Bədəlov və Vasif
Həsənəliyev (təbilçilər) rol
alıblar.
Napoleon tarixin yetişdirdiyi nadir, fenomenal şəxsiyyətlərdən
olduğundan bədii ədəbiyyatın
ən çox müraciət etdiyi qəhrəmanlardandır. Teatrda, kinoda dəfələrlə
onun obrazı yaradılıb. Bu səbəbdən tamaşaçılara
belə məşhur şəxsiyyətin necə təqdim
olunacağı əvvəlcədən böyük
maraq kəsb edirdi. Təbii
ki, onun barədə məlumatlı
tamaşaçı istər-istəməz tamam
fərqli Napoleon görmək arzusu ilə tamaşaya baxmağa gəlmişdi.
Adətən tarixçilər Napoleonun həyatını iki
mərhələyə bölürlər. Bəziləri onu romantik ideyalarla
yaşayan robespeyerçi
olduğunu, elmlə, fəlsəfə ilə
dərindən maraqlandığını bildirirlər. Lakin o, heç
vaxt inqilabçı olmamışdır.
Hətta inqilabçı kütləyə nifrət etdiyindən
Bonopartı topa tutanlar
da olub. Napoleonun özü də
kütləni top atəşinə tutandan sonra məşhurlaşıb.
Bəstəboy korsikalı imperator olana qədər
demək olar ki, məğlubiyyətin
nə olduğunu bilməyib. İmperator seçiləndən sonrasa uğursuzluqların dadını dadmağa başlayır.
Quruluşçu
rejisssor Namiq Ağayev Ferdinand Brüknerin "Böyük
Napoleon" əsərindəki daha çox sevgi hisslərini, bu kimi münasibətləri tamaşanın ana xətti kimi götürmüşdür.
Təbii ki, sevgi hissləri dolğun və
inandırıcı şəkildə göstərilən tamaşalar, filmlər tamaşaçıda böyük maraq doğurur. Sevgi yeganə hissdir ki, onu
səhnədə tam göstərmək olur. Napoleonla Jozefina arasında olan sevgi macəraları bütün
dünyada bir əfsanə
kimi dolaşır. Napoleon
qazandığı qələbələrə görə bu qadına borcludur. Çünki o, ən güclü impulsu məhz
Jozefinadan alıb.
Kişi-qadın münasibətlərindəki
təmiz və güclü sevgi hissləri həmişə olduğu kimi, bu gün də
aktualdı.
Tamaşanın quruluşu
hadisələrin dinamik
ardıcıllığı, mizanların harmonik
şəkildə bir-birini əvəz etməsi
baxımından çox səliqəli
alınması Namiq Ağayevin
işinin mahir peşəkarı
olmasının göstəricisidir. Rejissor
kukla teatrı elementlərindən istifadə
etməklə tamaşaya əlavə rəng
qatmış və bununla da
onu daha baxımlı etmişdir. Lakin tamaşada obrazların
azlığı, kütləvi səhnələrdən
istifadə olunmaması böyük bir Akademik Teatrının
tamaşasından daha çox
tələbə tamaşası təəssüratı
bağışlayırdı. Qəribədir, o
boyda Akademik Milli Dram Teatrında
kütləvi səhnəyə çıxarmağa aktyor tapılmır? Napoleon obrazının da monoton
alınmasının başlıca səbəblərindən biri də bu idi. Çünki Napoleonun Şuradakı
çıxışında "Şura
iştirakçıları"nın səhnədə
görünməməsi səbəbindən çox
yeknəsək alınmışdı. Tamaşanın əksər
bölümündə Napoleon Şura üzvlərinə xitabən
danışır və dialoq
iştirakçıları gözə görünmədiklərinə
görə, onun
çıxışı uzun monoloqa çevrilir. Bu da Napoleon
obrazını çox
darıxdırıcı alınmasına səbəb olur və tamaşanın keyfiyyətinə,
baxımlılığına mənfi təsir edir.
Ümumiyyətlə, Napoleon obrazını Oqtay
Mehdiyevin ifasında tam
görmək mümkün olmur.
Doğrudur, aktyorun
ifasında dinamiklik, hərəkətlilik
vardır, plastikasına söz ola bilməz. Xüsusən vurğulamaq
yerinə düşər ki, bir aktyora lazım olan bu kimi
müsbət keyfiyyətlər Azdramanın bəzi
tanınmış aktyorlarında çoxdan
yoxa çıxıb. Lakin
bu müsbət aktyorluq
keyfiyyətlərinə rəğmən, "Napoleon"
onun ifasında yeknəsək,
cansıxıcıdır.
Biz səhnədə
dünyanın lərzəyə gətirən Napolenu
deyil, sanki bir saray təlxəyini görürük. Onun Jozefina ilə sevgi səhnələri
də inandırıcı görünmür.
Hətta ilk pərdədə
öpüşmə səhnəsində Oqtayın tərəddüdü
Zemfira Nərimanovanı
çaşdırır.
Digər çatışmayan cəhət
isə Napolenun keçəl təqdim
olunmasıdır. Üz quruluşuna
görə Napolena bənzəyən
Oqtayın parik taxmağı mütləq
lazım idi. Tarixi
şəxsiyyətləri onlara bənzəyən
atkyorlar oynadıqda obraz
daha yaddaqalan,
baxımlı alınır.
Oqtay Napoleon kimi
çılğındır, lakin bu keyfiyyətindən lazımi məqamlarda deyil, necə gəldi istifadə etdiyindən
ifası monoton çıxır. Onun danışığındakı nöqsan, qışqırmağa meyl etməsi bu monotonluğa heç bir rəng qatmır. İnanırıq ki, bu
sadaladığımız "axsamalar"
zaman keçdikcə aktyorun
ifasında aradan qalxacaqdır. Bəlkə
də Sumqayıtdan gəlib Akademik Milli Dram Teatrı kimi adlı-sanlı teatrın səhnəsinə
çıxmaq bu aktyoru
həyəcanlandırıb.
Namiq Ağayevin quruluş
verdiyi tamaşada səhnənin
tamamilə boş olması da yeknəsəklik yaradırdı. Əslində
tarixi hadisələrdən və şəxsiyyətlərdən
bəhs edən tamaşalarda həmin atmosferi yaratmaq vacib şərtlərdəndir. Çünki tamaşaçı istər-istəməz
hadisələrin baş verdiyi
tarixi görməyə
maraqlıdır. Məkanın quruluşu
baş verən hadisələri daha inandırıcı edir.
Bu tamaşada isə səhnənin sağ və sol tərəflərinə
qoyulan təbillər də əsərin mövzusunun tamaşaçıya
çatdırılmasında əziyyət çəkirdilər.
Şeypurun isə hər dəfə tez-tez guruldaması adamın
baş-qulağını aparmaqdan başqa heç nəyə
xidmət etmirdi.
Digər obrazlara gəldikdəsə, deyək ki, Napoleon imperator
olanda daxili işlər
naziri Jozef de Fuşenin hardasa 50 yaşı vardı, hər halda Elçin Əhmədov
kimi gənc deyildi.
Üstəlik, general de
Fuşe dövrünün
ən böyük avantüristi
idi və çox sərt
kilsə tərbiyəsi alması onun
xarakterini də sərtləşdirmişdi.
Yəni qısası, Elçin Əhmədovun
səhnədə göstərdiyi təlxəkvari hərəkətilərin
yeri yox idi. Bu səbəbdən bütün mizanlarını zərgər dəqiqliyi
ilə ölçüb-biçdiyinə öyrəşdiyimiz
Namiq Ağayevin aktyorun gülüş
xatirinə etdiyi bu yersiz "improvizə"yə göz yumması çox
qəribədir.
Bu fonda xalq artisti
Zemfira Nərimanova həmişəki kimi öz oyunu
ilə önə çıxırdı, Onun
ifasında XIX əsrin əvvəllərindəki
şıltaq fransız qadınını görürük.
Çox
gözəl qadın olan Jozefina
Napolena qədər dövrünün
bir çox
tanınmışlarının məşuqəsi olub. Elə onun bu eşq əlaqələri
sonradan Napoleonun irəli
getməsində böyük rol oynamışdı. Tamaşada
bir yerdə deyildiyi kimi, Napoleon məhz onun hesabına Napoleon olmuşdur. O, Napoleonu həqiqətən
sevir, baxmayaraq ki, əri səfərlərdə olarkən onu dəfələrlə
aldatmışdı. Kişiləri əyləndirməklə
gün keçirən Jozefina
Napoleonun hesabına sonradan
imperatriçə statusunu qazanır. Buna görə də, o, hər
vəhclə Napoleona varis
doğmağa çalışır, amma yaşının çoxluğu
ona bunu imkan vermir. Hətta sonradan o, Napoleonun
məşuqəsi qrafinya Mariya
Valevskanın uşağına sahib olmağa çalışsa da,
bu hiyləsi baş tutmur.
Bu obrazı Zemfira Narimanovanın oynadığı uğurlu rolların siyahısına daxil etmək olar. Amma nədənsə xalq artistinin səsi elə bil
ki, yerində deyildi. Zemfira xanım səsi və mükəmməl
diksiyası ilə seçilən sevimli
aktrisalarımızdandır. Onu da bilirik ki,
Zemfira xanım həmişə öz oynadığı rollara
çox ciddi
yanaşır. Onun bu
dəfə xəstə səslə səhnəyə
çıxması görünməmiş hadisə kimi qəribə təəssürat
yaradırdı.
Tamaşada uğurlu səhnə işindən söhbət
açdıqda əməkdar artist Elşən
Rüstəmovun ifasında tamaşa etdiyimiz Taleyran rolunu da vurğulamaq
lazımdır. Taleyran özü də Napoleon qədər dövrünün
məşhur siyasi simalarındandır və
Fransanın bir dövlət kimi mövcud olmasında onun da payı vardır. Çünki o, əvvəlcə
burbonları yakobinçilərə, yakobinçiləri Napoleona, Napolenonu da müttəfiqlərə satsa
da, ən azından Fransanın bir dövlət kimi yox olmasının qarşısını
aldı. Hər üç rejimdə
Fransanın xarici siyasətini məhz o idarə etmişdir. Lakin bu tamaşada
Taleyranın varlığına səthi toxunulur,
halbuki əsərdə o,
əməlli-başlı obrazdır.
Bir neçə
kəlmə ilə aktyorların geyimlərinə də toxunaq.
Aktyorların geyimləri çox nəfis hazırlanmışdı, lakin səhnədə asılan və Napoleonun dövrünü
əks etdirən plakatlardan da görünürdü ki, paltarlar o
dövrə aid deyil. Bu paltarlar 15-16-cı əsr
İngiltərə geyimərini xatırladırdı.
Sonda vurğulamaq yerinə düşər ki, hər bir
tamaşanın ərsəyə gəlməsində böyük işlər görülür.
Təbii ki, iş
olan yerdə xırda nöqsanlar
da mövcud olacaq. Əsas məsələ odur
ki, zaman keçdikcə
bu nöqsanlar aradan qaldırılır. İnanırıq ki, "Napoleon"
tamaşasıdakı nöqsanlar da az müddət ərzində
aradan qaldırılacaq və keyfiyyətli
bir tamaşa səviyyəsinə
yüksələcək.
İltifat HACIXANOĞLU
Ekspress. -2012. – 20-22
oktyabr. – S. 19.