Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır

 

  Azərbaycanda ötən əsrin ən qalmaqallı və indiyədək ətrafında söz-söhbətlərin dolaşdığı məhkəmələrdən biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban bu məhkəmə, onun necə və kimlərin sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında araşdırıb.

 

   (əvvəli ötən şənbə  saylarımızda)

 

   Bağırov və Şəkinski

 

   MÜƏLLİFDƏN: Görəsən 1951-ci ildə daşnak Mosesovunonun AZSİ-dəki ermənipərəst azərbaycanlıların "müsavat tulası" kimi münasibət göstərdikləri Əkrəm Şəkinskinin atasının məktubu Azərbaycan Elmlər Akademiyasında necə həll olunmuşdur?

   Bu suala cavab tapmaq üçün Milli Elmlər Akademiyasının İsmailiyyə binasına üz tutdum. Birinci mərtəbədə Akademiyanın ümumi şöbəsində izah etdilər ki, 1962-ci ilin arxiv sənədləri ilə tanış olmaq üçün gərək rəsmi məktub gətirəsiniz. Əməl elədim. Yazıçılar Biriyindən aşağıdakı məktubu apardım:

 

   "Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti akademik Nailə xanım Vəlixanlıya

 

   Hörmətli Nailə xanım!

 

   Azərbaycan Yazıçılar Birliyinin üzvü Teyyub Qurban 1937-ci ildə repressiya olunmuş, 1955-ci ildə bəraət aldıqdan sonra 1959-1967-ci illərdə Arxiv İdarəsinin rəisi işləmiş Məmmədəmin Əhməd oğlu Şəkinskinin həyat və fəaliyyətindən bəhs edən əsər üzərində işləyib. Sizdən xahiş edirik ki, M.Şəkinskinin 1962-ci il avqustun 27-də akademiyanın o zamankı prezidenti olmuş Zahid Xəlilova yazdığı məktubu ilə əlaqədar müvafiq materiallarla tanış olmaqda T.Qurbanova şərait yaradasınız.

 

   Hörmətlə: Anar

 

   Azərbaycan Yazıçılar Birliyinin sədri".

 

   Nailə xanımın xeyir-duası ilə İsmailiyyənin beşinci mərtəbəsinə qalxdım. Geniş eyvanda ayaq saxladım, buradan Xəzərin seyrinə daldım. Elə bil, Qız qalasının kəlləsindən dənizə baxırdım. Sonra içəri keçərək, üzərində "Arxiv" yazılmış qapını döydüm... Peşəkar mütəxəssislər Validə xanım Qeysova, Solmaz xanım Cəlilova və Aliyə xanım Qəhrəmanova 1962-ci ilə aid arxiv qovluqlarını bir-bir gətirib qarşıma qoydular... və istədiyimi tapdım.

   AMEA-nın 1962-ci ilə aid arxiv materiallarını nəzərdən keçiririk. 1962-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının prezidenti Z.İ.Xəlilovun və akademik katibi M.F.Nağıyevin imzaladıqları müxbir üzvlüyə namizədlərin siyahısında tarix elmləri sahəsində aşağıdakıların namizədliyi irəli sürülmüşdür:

 

   1. Quliyev Əlövsət Nəcəfqulu oğlu. 1922-ci ildə anadan olmuşdur. Tarixçidir, namizədliyi S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti tərəfindən irəli sürülmüşdür.

   2. Mosesov Petros Baqdasaroviç, 1905-ci ildə anadan olmuşdur, tarixçidir, namizədliyi S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, SSRİ Elmlər Akademiyası Dağıstan Filialı, H.Sadasa adına Tarix Dil və Ədəbiyyat İnstitutu, Ermənistan KP MK yanında Partiya İnstitutu, Yerevan Dövlət Universitetinin tarix fakültəsi, V.İ.Lenin adına Dağıstan Dövlət Universiteti, Kabarda-Balkariya Dövlət Universitetinin tarix fakültəsi, M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutu, Tbilisi Dövlət Universiteti elmi şurası, akademik İ.İ.Mints, SSRİ Elmlər Akademiyasının müxbir üzvü M.P.Kim tərəfindən irəli sürülmüşdür.

   3. Paxomov Yevgeni Aleksandroviç. 1880-ci ildə anadan olmuşdur. Tarixçidir, Leninqradın arxeoloji və texnoloji institutları tərəfindən irəli sürülmüşdür.

   4. Tokarjevski Yevgeni Alekseyeviç. 1911-ci ildə anadan olmuşdur. Tarixçidir, namizədliyi S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti tərəfindən irəli sürülmüşdür.

   5. Cəfərov Cəfər Həşim oğlu. 1914-cü ildə anadan olmuşdur. Sənətşünasdır, namizədliyi Bubnov adına Moskva Pedaqoji İnstitutu tərəindən irəli sürülmüşdür.

   Gizli səsvermənin nəticələrindən Mosesovun Moskvadakı, Leninqraddakı, Ermənistandakı, Dağıstandakı, Kabarda-Balkariyadakı və respublikamızdakı rəyçiləri pərişan olmuşlar: Petros səsvermə qutusundan üzüqara çıxmışdır! Məmmədəmin Şəkinskinin Zahid Xəlilova və Mstislav Keldışa ünvanladığı məktubun məzmunundan xəbərdar olan qeyrətli akademiklərimiz on bir il əvvəl, 1951-ci ildə "müsavat tulası"na sillə vuran ermənini bağışlamamışlar. Beləliklə, 1951-ci ildə Mir Cəfər Bağırovun imzaladığı qərar qüvvədə qalmışdır. Düşmən üzərində tarixi qələbəsindən ruhlanan Bakı milisinin keçmiş rəisi baş arxiv idarəsinin rəisi vəzifəsində zəfər yürüşünü davam etdirmişdir. Lakin Mosesov tərəfdarları da silahı yerə qoymamışlar. Terrorçu dəstənin bir neçəsi də elə mələk donunda yaltaqcasına M.Şəkinskinin dövrəsində hərlənirdi. Çirkin məqsəd də bundan ibarət idi ki, baş arxivarusu ilk növbədə Vəli Axundov və Ənvər Əlixanovun gözündən salsınlar, ona millətçi damğası vursunlar.

   Azərbaycan Respublikası Dövlət Arxivində tanış olduğumuz bir çox sənəddən bu nəticəyə gəlmək olur ki, 1962-ci ildə Mosesovun akademik seçilməsi arzusuna çatmayanlar indi də ona əməkdar elm xadimi zirvəsinə qadırılması yolunda canfəşanlıq göstərmişlər. Bu yolda Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv İdarəsində də "fəaliyyət göstərənlər" tapılmışdır. Bəzi arxiv materiallarını araşdıraq.

   1963-cü il iyul ayının 12-də Azərbacan SSR Nazirlər Soveti yanında Arxiv İdarəsinin rəisi vəzifəsini müvəqqəti əvəz edən M.İ.Naydel (M.Şəkinski növbəti məzuniyyətdən sonra müalicədə olunurdu, xəstəlik bülletenləri arxivdə saxlanılılır - T.Q.) SSRİ Mərkəzi Dövlət Tarix Arxivinin rəisi V.Bedin yoldaşa aşağıdakı məktubu göndərmişdir:

   "Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv İdarəsi professor Mosesov Petros Baqdasaroviçi müvafiq arxiv sənədləri ilə tanış etdiyiniz üçün Sizə dərin minnətdarlığını bildirir. P.B.Mosesov görülmüş arxiv işinin məbləğini poçt vasitəsilə Sizə çatdırmışdır.

   Sizdən xahiş edirəm ki, sənədlərin surətini (2 nüsxədə) makinada çıxarılaraq P.B.Mosesov yoldaşa bu ünvana yola salasınız: Bakı-7, Verxne-Bulvarnaya küçəsi, kvartal 224, mənzil 6.

 

   Xahiş edirik, haqq-hesab vərəqini də professora çatdırasınız. Materiallar aşağıdakı fondlaradır:

 

   1. Fond 23, siyahı 16, 302, vərəq 2-15.

 

   2. Fond 23, siyahı 27, 168, vərəq 45-48.

 

   3. Fond 32, siyahı 1, 32, vərəq 120-129.

 

   4. Fond 32, siyahı 1, iş 1889, vərəq 3.

 

   5. Fond 32, siyahı 1, iş 1967, vərəq 123.

 

   6. Fond 37, sityahı 1, iş 1886, vərəq 25.

 

   7. Fond 92, siyahı 1, 628, vərəq 38.

 

   8. Fond 92, siyahı 1, 787, vərəq 60-63.

 

   9. Fond 126, siyahı 1, 49, vərəq 39-40.

 

   10. Fond 126, siyahı 1, iş 49, vərəq 41,

 

   11. Fond 126, siyahı 49, 49, vərəq 38.

 

   12. Fond 1424, siyahı 3, iş 952, vərəq 4.

 

   13. Fond 1425, siyahı 1, iş 255, vərəq 16.

 

   14. Fond 1458, siyahı 1, iş 1297, bütün vərəqlər.

 

   15. Fond 1458, siyahı 1, iş 1347, bütün vərəqlər.

 

   16. Fond 1458, siyahı 1, iş 1348, bütün vərəqlər.

 

   17. Fond 1465, siyahı 1, iş 34, vərəq 150.

 

   18. Fond 1600, siyahı 1, iş 1, vərəq 48-150.

 

   18. Fond 1600, siyahı 1, iş 1, vərəq 48-60.

 

   19. Fonjd 1600, siyahı 1, iş 1, vərəq 27-43.

 

   20. Fond 1600, siyahı 1, iş 3, vərəq 79.

 

   21. Fond 1600, siyahı 1, iş 37, vərəq 71-76.

 

   22. Fond 1600, siyahı 1, iş 37, vərəq 152.

 

   23. Fond 1600, siyahı 1, iş 37, vərəq 171-172.

 

   Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv İdarəsinin rəisi vəzifəsini əvəz edən Naydel."

   Naydelin və Mosesevovun müştərək sifarişlərini yerinə yetirən SSRİ dövlət Tarix Arxivinin məsul işçiləri 1963-cü il sentyabr ayının 3-də Leninqraddan Bakıya aşağıdakı məktubu göndərmişlər:

   "Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv İdarəsinin vəzifəsini əvəz edən M.İ.Naydel yoldaşa

 

   Bakı şəhəri, Maligin küçəsi, 6

 

   Surəti: Professor Mosesov yoldaşa

 

   Bakı-7, Verxne-Bulvarnaya küçəsi, kvartal 224, mənzil 6.

 

   Bildiririk ki, arxivin makina bürosunda işlərin çoxluğundan, sifariş etdiyiniz sənədlərin surətinin çıxarılması yubanacaqdır. İstədiyiniz arxiv sənədlərinin foto-surətinin hazırlanmasına gəldikdə isə, arxivimizin mikrofotoçıxarma laboratoriyası sifarişinizi məbləğ göndərildikdən sonra yerinə yetirəcəkdir.

   SSRİ Mərkəzi Dövlət Tarix Arxivinin rəisi V.Bedin.

 

   Şöbə müdiri V.Melamedova".

 

   (ardı var)

 

  Teyyub Qurban

 

  Ekspress.- 2012.- 14-16 yanvar.- S. 15.