İKT-nin inkişafı kiçik sahibkarların sayını artırır

 

  İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

 

  Son 15-20 ildə dünyada informasiya kommunikasiya texnologiyalarının (İKT) inkişafı iqtisadiyyata ciddi təsir göstərib. Baş verən təsirlər iqtisadiyyatda müxtəlif dəyişikliklərə səbəb olub.

   Bu dəyişikliklər arasında daha əlamətdar olanlardan biri kiçik və orta sahibkarlıq (KOS) subyektlərinin sayının artmasıdır. Ötən müddətdə İKT-nin inkişafı faktiki olaraq KOS-ların sayının artmasında böyük rol oynayıb. Çünki İKT-nin inkişaf etməsi və KOS-ların onun üstünlüklərindən yararlanması kiçik sahibkarlıq subyektlərinin maliyyə vəziyyətlərinin xeyli dərəcədə yaxşılaşmasına, onların gəlirinin artmasına imkan verib. Nəticədə son illərdə kiçik sahibkarlıq formasında fəaliyyət göstərmək əlverişli olub.

   Müasir dövrdə dünyanın bütün ölkələrində İKT iqtisadiyyatın idarəetmə, maliyyə və bank işlərində daha çox istifadə olunur. İqtisadiyyatın informasiyalaşma səviyyəsi artıb və burada baş verən dəyişiklik, yeniliklərlə bağlı artıq iri sahibkarlar kimi kiçik sahibkarlar da anında məlumat əldə edə bilir, yenilikləri mənimsəyir.

   İKT müasir inkişaf səviyyəsinə çatana qədər KOS-ların fəaliyyəti lokal xarakter daşıyırdı. İstər fərdi sahibkar kimi, istərsə də hüquqi şəxs statusu ilə biznes fəaliyyəti ilə məşğul olan KOS-ların məhsullarından ancaq yaxınlıqda yerləşən bazarlar faydalana bilirdi. Yəni, KOS-lar öz məhsullarını yalnız yaxın bazarlara çıxartmaq imkanına sahib idilər. KOS-ların ixracda iştirak payı demək olar ki, yox səviyyəsində idi. Amma İKT-nin inkişafı KOS-ların uzaq bazarlara, o cümlədən xarici bazarlara çıxış imkanlarını artırdı. Bu hal xüsusilə internetin inkişafından sonra özünü daha qabarıq göstərdi.

   İnternet dünyanın bütün nöqtələrindən hamının eyni uzaqlıqda olduğu bazarın yaranmasına şərait yaratdı. Belə bazarlar vizual şəkildə olsa da, məhz informasiya mübadiləsi hesabına onun əsas iştirakçısına çevrilmək mümkündür. Yalnız dil fərqlilikləri vizual bazarlara çıxış imkanlarını çətinləşdirdi. Dil amili nəzərə alınmasa, artıq iri transmilli şirkətlər kimi KOS-lar da bütün bazarlarda baş verən yenilikləri, tələbi asanlıqla öyrənə bilir.

   İKT-nin inkişafı dünyada sistemini yaratdı. Vizual bazarın əsas elementləri olan elektron ticarət elektron ödənişlər sistemində KOS-lar aktiv bazar iştirakçısına çevrildilər.

   Elektron ticarətin inkişafı sahibkarlar sinifinin əksəriyyətini formalahdıran KOS üçün böyük üstündüklər yaradır. Xarici ölkələrin təcrübəsi göstərir ki, elektron ticarət KOS-ların dünya ticarətində payının artmasına köməklik edir. Elektron ticarət potensial müştərilərin dünyanın hər yerində satışa çıxarılan məhsullar haqqında məlumat əldə etməsinə imkan verir. Həmçinin, daha ucuz keyfiyyətli məhsullargn bazara daxil olması istehsalçılar arasında rəqabətin artmasına bütün ticarət əməliyyatlarının xərcinin aşağı düşməsinə kömək edir. Elektron ticarət həm alıcı, həm satıcı üçün bazarı yaxınlaşdırır, seçim imkanlarını artırır yeni satıcılar haqqında məlumatın daha qısa müddətdə yayılmasına şərait yaradır.

   KOS-lar adətən bazarla əlaqələrin zəifliyi, məlumat azlığı səbəbindən tələbə uyğun məhsul istehsalında çətinlik çəkirlər. Elektron ticarət isə KOS-ların ənənəvi problemlərdən xilas olmasına xidmət edir.

   Azərbaycanda KOS-lar da İKT-nin üstünlükdərindən bəhrələnir. Düzdür, ölkəmizdə KOS-ların inkişayında İKT-nin rolu qabaqcıl ölkələrdə olduğu qədər yüksək deyil. Bununla belə Azərbaycanda olan KOS-lar da informasiya kommunikasiya texnologiyaları sahəsində olan imkanlardan bəhrələnməyə məcburdur son illərdə İKT-nin faydalarından daha çox yararlanılır.

   Azərbaycan təcrübəsində KOS-ların informasiya sistemlərindən kütləvi şəkildə bəhrələnməsi 2008-ci ildən sonraya təsadüf edir. Bu tarixə qədər İKT-nin imkanlarından istifadə olsa da bu o qədər geniş deyildi.

   2008-ci ildə sahibkarliq subyektlərinin fəaliyyətinin "bir pəncərə" prinsipi üzrə qeydiyyatına başlanılması iqtisadi fəaliyyətə liberal yanaşmanın təzahürü olmaqla bərəabər elektron xidmətlərdən istifadənin əsasını qoydu. 2008-ci ilin yanvarın 1-dən etibarən ölkəmizdə sahibkarlıq fəaliyyətinə başlamaq prosedurları olduqca sadələşdirildi. Bununla bağlı 2007-ci ilin oktyabrın 25-də dövlət başçısının imzaladığı sərəncama uyğun olaraq bütün inzibati qeydiyyatlar tamamilə sinxronlaşdırıldı. Yəni, bütün qeydiyyat məsələləri bir əldə cəmləşdirildi.

   Yeni sistem 2009-cu ilə qədər bu qaydalarla işlədi. Amma 2009-cu ildən "bir pəncərə" elektronlaşdırıldı sənədlərin elektron sistemlə təqdim edilməsinə başlanıldı. Əslində, "bir pəncərə" sisteminə keçməkdə məqsəd elektron qeydiyyatın gücləndirilməsi idi. 2009-cu ildən qeydiyyat elektronlaşdırılsa da yenə sahibkarlar qeydiyyat üçün Vergilər Nazirliyinə gedib bürokratlarla birbaşa təmasda olmalı, müəyyən sənədlər toplayıb təqdim etməliydilər dövlət rüsumu ödəməliydilər. Bu prosedurlar əvvəlkilərlə müqayisədə xeyli qısa müddətdə asanlıqla rellaşsa da hər halda bir neçə gün vaxt aparırdı.

   Bütün narahatçılıqlar 2011-ci ilin iyulin 1-də başa çatdı. MDB ölkələrində ilk dəfə olaraq Azərbaycanda fiziki şəxs statusu ilə bizneslə məşğul olmaq istəyən sahibkarların internet vasitəsilə on-line rejimdə qeydiyyatına başlanıldı. Cəmi 3 dəqiqəyə, internet üzərindən, fiziki şəxslər vergi orqanlarına gəlmədən, vaxt itkisinə yol vermədən Vergilər Nazirliyinin İnternet Vergi İdarəsində istifadəçi kodu şifrə-parol vasitəsilə uçota alınaraq VÖEN (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) almaq rəsmi biznes fəaliyyətinə keçmək olar.

   Qeydiyyatda "vahid pəncərə"nin tətbiqindən ilk dəfə məhz KOS-lar bəhrələndi. İri sahibkarlıq subyektlərinin 2012-ci ildən sonra baş verdi. Lakin sahibkarların elektron formadan istifadə etməklə kütləvi şəkildə qeydiyyatı KOS-ların timsalında müşahidə edildi.

   2011-ci il iyulun 1-dən 2013-cü ilin fevralın 1-dək 60 min 923 fiziki şəxs elektron qaydada qeydiyyatdan keçib. 1 fevral 2013-cü il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 489 min 180 olub. Nəzərə alsaq ki, KOS-ların böyük hissəsi fiziki şəxslərdir o halda deyə bilərik ki, KOS-ların çox hissəsi məhz elektron formada təsis edilir.

   Elektron xidmətlər sahəsində KOS-lar üçün faydalı digər yenilik vergi bəyannamələrinin internet vasitəsilə göndərilməsidir. 2013-cü ilin yanvarına olan məlumata görə, respublika üzrə elektron formada göndərilən bəyannamələrin xüsusi çəkisi 91,2% təşkil edib.

   Vergilər Nazirliyi ilə bərabər digər dövlət təşkilatları da elektron xidmətləri gücləndirdi. Xüsusilə 2012-ci ildən xidmətlərin elektron formada təklifi ciddiləşdi sahibkarların da xidmətlərdən yararlanması asanlaşdı. Elektron xidmətlərdən faydalananlar sırasında KOS-lar yenə öncüllərdən idi.

   İKT-nin KOS-ların inkişafında xüsusi əhəmiyyətini nəzərə alaraq Azərbaycan dövləti kiçik orta sahibkarlıq subyektlərində informasiya sistemlərinin inkişafına dəstək verməyi zəruri hesab edib. Bu məqsədlə müxtəlif layihələr həyata keçirilir. Yeni yaradılan İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu layihə şəklində olan Regional İnnovasiya Zonaları da eyni məqsədə xidmət edir. İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun əsas məqsədlərindən biri Azərbaycanın İKT sahəsində dövlət siyasətinin həyata keçirilməsinə yardım etmək, sahibkarlıq fəaliyyətini dəstəkləmək, innovasiya elmi-tədqiqat layihələrini stimullaşdırmaq, müasir infrastrukturun inkişafına təkan vermək, kiçik orta sahibkarlıq subyektlərinə maliyyə dəstəyi göstərmək üçün bu sahəyə yerli xarici investisiyaları cəlb etməkdən ibarətdir. Fond İKT sahəsində sahibkarlığı inkişaf etdirmək məqsədilə yeni yaranan şirkətlərə kiçik sahibkarlıq subyektlərinə qrantlar şəklində maliyyə dəstəyini həyata keçirəcək.

   Regional İnnovasiya Zonasının isə fəaliyyətində əsas 5 məqsəddən biri kiçik orta sahibkarlıq subyektlərində texnoloji innovasiyaların tətbiqinin sürətləndirilməsidir. Bu cür zonalar yaratmaqla regionda o cümlədən Azərbaycan iqtisadiyyatının müxtəlif sektorlarında informasiya texnologiyalarının layihələşdirilməsi tətbiqi üçün innovasiyalı mühiti təmin etməklə kiçik orta sahibkarlığın inkişafını stimullaşdırmaq məqsədi güdülür.

   KOS-ların elektron biliklərinin artırılması üçün hökumət müəyyən addımlar atır. "Microsoft Azərbaycan" şirkətinin kiçik orta sahibkarlara proqram təminatının alınması üçün 2012-ci ildə xüsusi təklif kampaniyası həyata keçirməsi buna misaldır. Bu kampaniyaya hökumətin dəstəyi var idi. Azərbaycanın kiçik şirkətləri "Microsoft Office 2010 Standard" "Microsoft Office 2010 Professional" proqramlarını 25% endirimlə əldə ediblər.

   Bu təklif yerli müəssisələrə əmək məhsuldarlığını investisiyaların rentabelliyini artırmaqda kömək məqsədi daşıyırdı. Bu proqramın şərtlərinə uyğun olaraq, müəssisələr bu məhsulları onların kommersiya versiyalarından xeyli ucuz əldə edə biliblər.

   "Microsoft Azərbaycan"ın xüsusi təklifi texniki modernləşməni yeni proqram təminatına keçidi minimal xərclər bahasına həyata keçirməyə çalışan şirkətlər üçün əlverişli idi.

   Qeyd edək ki, statistikaya görə, kiçik orta müəssisələrin 30%-dən çoxu hələ "Microsoft Office 2003" ya "Microsoft Office" paketinin daha köhnə versiyalarından istifadə edir.

   Xarici ölkələrin təcrübəsi göstərir ki, İKT-nin inkişafı işçi sayını artırmadan kiçik sahibkarlıq subyektləri vasitəsilə daha çox məhsul istehsal etmək ya xidmət göstərmək mümkündür. ABŞ kimi inkişaf etmiş ölkədə ümumi istehsalın 40%-ə yaxını kiçik orta sahibkarlıq subyektlərinin payına düşür. Bu göstərici Almaniyada 50%, Yaponiyada 52%, Fransada 54% təşkil edir.

   Azərbaycan hələlik bu göstəricilərdən çox uzaqda olsa da İKT-nin üstünlüklərindən faydalanmaqla KOS-ları daha da inkişaf etdirilməsinə ümumi iqtisadiyyatda, məşğulluqda onların payının artmasına ümid edə bilərik.

 

  

   Vasif CƏFƏROV

 

   Ekspress.-2013.-2 aprel.-S.9.