Texnoparklara güzəştlər veriləcək
"İnternet-biznes
üçün investisiya
mühiti və investisiya imkanları" mövzusunda konfrans keçirilib
İnformasiya və kommunikasiya
texnologiyalarının inkişaf
etdirilməsi
Aprelin
10-da "Four Seasons" otelində "Startup Azərbaycan"
tərəfindən "İnternet-biznes üçün
investisiya mühiti və investisiya imkanları"
mövzusunda konfrans keçirilib.
Konfransın məqsədi ölkədə internet biznesinin, o cümlədən milli Startupların mövcud vəziyyəti və inkişaf perspektivləri ilə bağlı peşəkarların və ekspertlərin iştirakı ilə müzakirələr aparmaq və çıxış yollarını göstərməkdən ibarət olub.
Konfrans Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) şöbə müdiri Elçin Zeynalov və "Bakcell" şirkətinin rəsmisi Mark Zirkanın açılış nitqləri ilə başlayıb.
Konfrans "Milli Startuplar: mövcud vəziyyət və inkişaf perspektivləri" və "Startuplar üçün investisiya mühitinin inkişaf perspektivləri" mövzusunda 2 sessiyadan ibarət olub.
Konfransda Startup Azərbaycan Təşkilat Komitəsinin üzvü Şaiq Muradov Startup Azərbaycan Layihəsinin təqdimatını edib və bu layihə haqqında, layihə çərçivəsində keçiriləcək tədbirlər haqqında geniş məlumatlar verib. Konfransın 1-ci sessiyasında həmçinin Azərbaycan internetinin tanınmış nümayəndəsi Elnur Baimov "Startupların uğur göstəriciləri, uğurlu Startupa gedən yol", TK üzvü Ülvi Aslanov
"Startuplar və beynəlxalq təcrübə", Sahil İT şirkətinin rəhbəri Vahid Qasımov "İT mütəxəssislərin hazırlanması və Startuplar" mövzusunda təqdimatlar ediblər.
Golden Pay şirkətinin rəhbəri Fərid İsmayılzadənin moderatorluğu ilə keçən 2-ci sessiyada RİTN nümayəndəsi Elçin Zeynalov "İKT-nin inkişafı Dövlət Fondu haqqında", marketoloq Məmməd Kərimov "Milli Startuplar və İnvestisiya", İNFİPRO şirkətinin rəhbəri Eldar Abbasov "Startupların vençur maliyyələşməsi" və Qafqaz Universitetinin Texnopark müdiri İsa Qasımov Universitet Texnoparkı ilə bağlı maraqlı təqdimatlar ediblər.
Təqdimatlar və mövzu ətrafında maraqlı müzakirələr və
sual-cavablar olub. Müzakirələrdə
İKT Mərkəzinin direktoru
Fərid Kazımov,
Microsoft şirkətinin nümayəndəsi
Emin Axundov, TK üzvü Ayaz Quliyev, Startupçı Fərahim Əliyev, Qafqaz Universitetinin müəllimi Abzəddin Adamov, "Bakcell" şirkətinin nümayəndəsi
Hikmət Tağıyev,
Startupçı Rəşid
Əliyev və digərləri çıxış
ediblər. Çıxışlarda ölkədə milli Startupların inkişafı istiqamətində
mövcud olan vəziyyət və problemlər sadalanıb, bu sahədə investisiya mühitinin, hüquqi bazanın, kadrların hazırlanmasının
yaxşılaşdırılması təklifləri irəli sürüb. İKT-nin inkişafı
üzrə Dövlət Fondundan bu istiqamətdə ciddi
gözləntilərin olduğu bildirilib.
"Azərbaycanın yüksək texnologiya parkının iştirakçıları vergi ödəmələrindən və gömrük rüsumlarından tamamilə azad olunacaq", - deyən RİTN-in strateji planlaşdırma, sərmayə və elmi potensial şöbəsinin rəhbəri Elçin Zeynalovun sözlərinə görə, bu qərar respublika hökuməti səviyyəsində qəbul olunub. Dediyinə görə, eyni zamanda Azərbaycanda texnoparkların tikintisi layihəsi çərçivəsində güzəştli vergi ödəmələrinin tətbiqi haqqında da qərar qəbul edilib.
"Demək olar ki, texnoparkın iştirakçıları olan bütün şirkətlər 7 il ərzində tam olaraq vergi ödəmələrindən azad olunacaqlar. Gələcəkdə fiskal və monetar güzəştlərin tədbiqi də nəzərdə tutulur. Bunun üzərində işlər artıq gedir və onların nəticəsi respublikada İKT sektorunun canlanması olacaq", - deyə E.Zeynalov bildirib.
Şöbə rəhbərinin sözlərinə görə, Azərbaycanda 2020-ci ilə qədər inkişaf konsepsiyası qəbul olunub. Bu sənədin reallaşdırılması çərçivəsində sonrakı 8-10 il ərzində ölkədə ÜDM-in iki dəfə artacağı güman edilir. "Burada ayrılmaz rolu iqtisadiyyatın qeyri-neft sektoruna aid olacaq. Məhz qeyri-neft sektorunda bugün İKT sahəsinə xüsusi diqqət ayrılır. Və bu gün bu sektor çox böyük inkişaf templəri göstərir və hər il dövlət büdcəsinə daha çox daxilolmalar məhz bu sahəyə aid olur".
Elnur Baimov investisiyanın mühüm əhəmiyyət kəsb etməsini, son dövrlərdə ölkədə bu istiqamətdə müsbət dəyişikliklərin olduğu qeyd etməklə bərabər, Startupçıların da çox aktiv olmalarının, sistemli formada çalışmalarını və uğursuzluqlardan qorxmamaqlarının vacibliyini qeyd edib. O, Startupçılar üçün yorulmadan çalışmağın və uğursuzluqlardan da öyrənməyin vacib olmasını vurğulayıb.
Tədbirdə dövlət, özəl və təhsil sektorunun nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, ölkənin tanınmış İT mütəxəssisləri, uğurlu Startup təmsilçiləri və investorlar iştirak ediblər.
Qeyd edək ki, "Startup Azərbaycan" layihəsinə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi dəstək verir.
"Startup Azərbaycan"ın
Baş sponsoru "Bakcell" şirkətidir.
Microsoft, İnfi Pro şirkətləri
də "Startup Azərbaycan"ın
sponsorlarıdır.
Xatırladaq ki, "Startup Azərbaycan"
layihəsinin əsas məqsədi ölkədə
İKT sektorunda investisiya
mühitini yaxşılaşdırmaq,
ən yaxşı İnternet və İT layihələrini üzə
çıxarmaq, innovativ
ideyaların uğurlu
biznes sahəsinə çevrilməsinə yardım
etməkdir. İnnovativ ideya
dedikdə, əsasən,
informasiya texnologiyalarından
effektiv istifadə edilməklə hər hansı məhsul və ya xidmətin
təqdim edilməsinə
yönələn fəaliyyət
nəzərdə tutulur.
Təqdim edilən layihələrin
son məqsədi real biznesin
qurulmasına, xidmətlərin,
sosial servislərin təqdim edilməsinə yönəlməli və müştəri cəlb edilməsinə istiqamətləndirilməlidir.
Mümkündür ki, hansısa
mövcud biznes-ideyalar
üzrə layihələr
təklif olunsun, belə halda təklif olunan layihə daha effektiv innovasiyalar üzərində qurulmalıdır.
Layihələr elmi-tədqiqat, araşdırma
tipli olmamalıdır.
Bu tip layihələr "Startup Azərbaycan" çərçivəsində
keçirilən müsabiqə
və digər yarışmalara qəbul edilmir. Biznes layihələr bir
və ya bir neçə nəfərdən ibarət
olan komanda tərəfindən verilə
bilər.
Müsabiqəyə həm qlobal
və həm də yerli şəraitdə
istifadə oluna biləcək layihələr
verilə bilər.
"Startup Azərbaycan"
çərçivəsində yarışmalarda iştirak
edən Startup-ların
ekspert qiymətləndirilməsi
təşkil olunur.
"Startup Azərbaycan" yalnız
yarışmadan ibarət
deyil. Layihə çərçivəsində
Startup-çılar üçün
təlimlər təşkil
olunur, investorlarla görüşlər keçirilir.
Startup-lara komanda
formalaşdırmağa köməklik
göstərilir. İnternet-biznesə başlamaq istəyənlər
üçün Layihə
çərçivəsində keçirilən təlimlərdə
uğurlu bizneslə bağlı bilik və təcrübə əldə etmək imkanları yaradılır.
"Startup Azərbaycan" komandası
uğurlu hesab ediləcək layihələrin
investorlara təqdim edilməsində və
investor axtarışında seçilmiş Startup-lara
köməklik edir.
Həmçinin investorlar üçün
cəlbedici layihələrə
əlçatımlığın təmin edilməsi istiqamətdə fəaliyyət
göstərir.
Qarşıya qoyulan məqsədlərin
həyata keçirilməsi
məqsədilə Startup Görüşləri,
Startup Kamp-ları və
müzakirələri təşkil
olunur.
"Startup Azərbaycan" qaliblərə
simvolik mükafatlar təqdim etsə də, layihələrin birbaşa maliyyələşməsi
onların investorlara və müxtəlif fondlara təqdim edilməsiylə həyata
keçirilir. "Startup
Azərbaycan" uğurlu
internet layihələrə maliyyə, dəstək əldə olunmasına, investorlarla görüşlərə,
yerli və xarici ekspertlərin dəstəyi ilə təcrübə keçmələrinə
yardım edir.
"Startup Azərbaycan" öz yeni internet-biznesini yaratmaq istəyənlərə
arzularının gerçəkləşdirilməsi,
sərmayə tapılması,
biznesin idarə edilməsi istiqamətində
yardımçı olmağı
düşünür.
Oğurluq telefonlar bir işə yaramayacaq
Mayın 1-dən etibarən ölkədə saxta və oğurluq telefonlar işləməyəcək.
Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyinin
(RİTN) yaratdığı bazada bütün mobil telefonların imey kodları artıq toplanmağa başlayıb.
İlkin mərhələdə ölkəyə idxal edilərkən qeydiyyata salınmış mobil telefonların imey kodları bazaya daxil edilir. Orijinal və qanuni yolla gətirilən
mobil telefonlar barədə məlumatlar avtomatik olaraq ağ siyahıda
cəmləşir.
Əksinə, rəsmi distribüterlərdən
alınmayan, oğurluq
və ya qeyri-qanuni yolla gətirilmiş mobil telefonlar isə boz siyahıya salınacaq. Bu proqramın tətbiqi oğurluq və saxta telefonların qarşısını almaq
məqsədi daşıyır.
Zavodlarda istehsal edilən
mobil telefonlardan fərqli olaraq kiçik sexlərdə düzəldilən telefonların
keyfiyyətinin aşağı
olması ilə yanaşı, onlar həm də sağlamlığa təhlükə
yaradır. Oğurluq və
saxta telefonlardan sığortalanmaq üçün
paytaxt sakinləri də yeni sistemin
tətbiqini müsbət
qarşılayır.
Bu günə
qədər 8 milyon mobil telefon barədə
məlumatlar artıq bazada cəmləşib.
İmey kodlarının bazaya daxil edilməsi isə bu ayın
sonuna qədər davam edəcək. Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini İltimas Məmmədovun sözlərinə
görə, hətta illərdir işlək olmayan mobil telefonlar
da boz siyahıya
daxil edilir. Bu cür telefonların
ölkədə işləmə
müddəti isə cəmi 1 ay olacaq. Bu proqramın tətbiqi
həm də oğurluq telefonların tez bir zamanda
aşkar edilməsinə
kömək edəcək.
Oğurlanan telefonun yeri və nömrə taxıldığı halda
onun kim
tərəfindən istifadə
edilməsi daha asan müəyyən ediləcək. Nazirlik bu proqramın
tətbiqində bir sıra ölkələrlə
əməkdaşlığa da maraq göstərir.
Beynəlxalq əməkdaşlıq imkan verəcək ki, saxta və
oğurluq telefonların
həm idxalı, həm də ixracı kəskin azalsın. Qeyd edək ki, mobil telefonlar barədə informasiyaların
toplanması müqabilində
vətəndaşlardan heç
bir maddi vəsait tələb olunmur.
Qənirə MƏMMƏDLİ
Ekspress.-2013.-11 aprel.-S.9.