İKT səviyyəsi: paytaxtda bir cür, regionlarda başqa cür...

 

  İnformasiya kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

 

  Son illərdə Azərbaycanın regionlarında informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı məqsədilə böyük işlər görülsə də, İKT-nin inkişaf səviyyəsinə görə paytaxtla əyalətlər arasında ciddi fərqlər hələ də var. Bu fərqlər regionlarda İKT-nin inkişafı sahəsində həyata keçirilən tədbirlərin paytaxta nisbətən daha böyük sürətlə icra edilməsinin vacib olduğunu göstərir. Bunu statistik məlumatlar da təsdiqləyir.

   Azərbaycanda 2011-ci ilin məlumatına görə, 2,5 milyon kompüter var. Onun 764,4 mini ailələrdə, 1,734 milyonu müəssisələrdədir. 2007-ci ildə kompüterlərin ümumi sayı 1,223 milyon ədəd olub. Kompüterlərin 205,9 mini ailələrdə, 1,017 milyon ədədi müəssisələrdə istifadə edilib.

   Regionlar üzrə götürdükdə 2011-ci ildə ailələrdə olan kompüterlərin 443,9 mini (58%) Bakıda, qalanı əyalətlərdə olub. Naxçıvanda 84,476 min, Gəncə-Qazaxda 77,592 min, Abşeronda 71,2 min, Aranda 52,6 min, Lənkəranda 10,856 min kompüter var. 2007-ci ildə ailələrdə olan 205,9 min kompüterin 152 mini (73,8%-i) Bakıda idi. Naxçıvanda 19 min, Aranda 10 min, Abşeronda 9,9 min, Gəncə-Qazax regionunda 8,58 min kompüter olub. Kompüterləşmə sürətinin Gəncə-Qazax regionunda daha yüksək olduğu görünür.

   Müəssisələrdə 2007-ci ildə olan 1,017 milyon ədəd kompüterin 625,6 mini (61,5%-i) Bakının payına düşüb. 2011-ci ildə bu nisbət dəyişməyib. Bakıda müəssisələrdə kompüterlərin çoxluğunu hüquqi şəxs statuslu müəssisələrin 60 %indən artığının paytaxtda cəmləşməsi ilə əlaqələndirmək olar. Lakin bütün sahibkarlıq subyektlərinin sayını əsas götürsək 2011-ci ildə müəssisələrin 40%-ə qədəri paytaxtda fəaliyyət göstərib. Buradan belə aydın olur ki, paytaxt sahibkarları regionlara nisbətən kompüterdən istifadəyə daha çox meyillidir.

   Ölkədə hər 100 nəfərə düşən əsas telefon aparatlarının sayı 18,6 olub. Bu göstərici Bakıda 33, Abşeronda 22, Naxçıvanda 15, Şəki-Zaqatalada 14, Gəncə-Qazaxda 13-dür.

   Azərbaycanda hər 100 nəfərə 104 mobil telefon abunəçisi düşür. Bu baxımdan ən yüksək göstərici Abşerondadır. Burada bir nəfərin 2,25 ədəd nömrəsi var. İkinci sırada Bakı şəhəridir. Bakıda 100 nəfərə 170 mobil telefon abunəçisi düşür. Paytaxdan uzaqlaşdıqca bu nisbət azalır. Naxçıvanda hər 100 nəfərin 92, Aranda 81, Gəncə-Qazaxda 75, Dağlıq Şirvanda 74 nömrəsi var.

   Kompüterdən internetdən istifadə səviyyəsinə görə Bakı regionları geridə qoyur. Azərbaycanda kompüterdən istifadə edənlərin 40%-indən çoxu paytaxtda cəmlənib. Baxmayaraq ki, Bakıda respublika əhalisinin ən çoxu 30%-i yaşayır.

   İnternetdən istifadə göstəricilərinə görə isə paytaxtla regionlar arasında daha dərin uçurum var. Respublika üzrə internet istifadəçilərinin 50%-i Bakıdadır.

   Eyni vəziyyət müəssisələrdə internetə qoşulma göstəricilərində müşahidə olunur. 2011-ci ildə bütün müəssisələrdə 6443 müəssisənin internetə çıxışı olub. Belə müəssisələrin 3800-ü (59%) paytaxtdadır.

   Statistik müqayisəni bir qədər uzatmaq olar. Amma reallıq budur ki, paytaxtda İKT inkişaf göstəriciləri hələlik regionları qabaqlayır.

   Regionlarda İKT-nin inkişafı üçün təbii ki, ilk növbədə telekommunikasiya sistemləri inkişaf etdirilməlidir. Telekommunikasiya, rabitə əlaqəsi keyfiyyətli olmadan informasiya texnologiyalarına aid digər elementlərin, o cümlədən interneti onunla bağlı olan elektron xidmətlərin inkişaf etdirilməsi mümkün deyil. Buna görə son illərdə bu sahədə ciddi tədbirlər görülüb.

   Görülən tədbirlərin əsas icraçısı Rabitə İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelekom" İstehsalat Birliyidir. Başqa ifadəylə desək, regionlarda rabitə informasiya texnologiyaları nazirliyinin telekommunikasiya sahəsindəki fəaliyyətindən danışdıqda əslində "Aztelekom"un fəaliyyəti ön plana çıxır. "Aztelekom" İB-nin telefon şəbəkəsi (simli simsiz) Bakı şəhəri Naxçıvan MR istisna olmaqla, bütün ölkə ərazisini əhatə edir. Hazırda "Aztelekom" İstehsalat Birliyinin fəaliyyətinin əsas istiqamətini "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının təsdiq edilməsi haqqında" prezident fərmanlarından irəli gələn vəzifələrin rabitə sahəsi üzrə icrasının təmin olunması təşkil edir.

   Istehsalat birliyinin son illərdə gördüyü tədbirlər sayəsində bütün ATS-lər elektronlaşdırılıb. Son məlumata görə, Bakı Naxçıvan istisna olmaqla regionlarda 1260 ATS var. ATS-lərin elektronlaşdırlması telefon, sürətli internet, İPTV, şəhərlərarası beyxəlxalq telefon rabitəsi s. xidmətlərin keyfiyyətini xeyli dərəcədə yaxşılaşdırıb.

   Rabitə İnformasiya Texnologiyaları Nazirliyinin məlumatına görə, "Aztelekom" şəbəkəsi ATS-lərində quraşdırılan telefon nümrə tutumu 769 482 nömrə təşkil edir. Şəbəkədə quraşdırılan tutumların 665 170 nömrəsi ya 86,5%-i abunəçilərin istifadəsinə verilib. Öəbəkə ATS-lərində quraşdırılan tutumların 160 184 nömrə (20,8%) müasir NGN, 40 520 nömrə (5,2%) C-08, 166 108 nömrə (21,6%) S-12, 15 516 nömrə (2,1%) DRX, 366 642 nömrə (47,6 %) Karel, 512 nömrə (0,1%) Kvant, 20 000 nömrə (2,6%) CDMA tipli avadanlıqlar təşkil edir.

   Hər evə optika layihəsi çərzivəsində son illərdə optik xətlərin çəkilişi regionlarda da sürətlə aparılır.

   Artıq stansiyalararası bağlantıların 41,9%-i optik xətlər vasitəsilə təmin edilir. Bağlantıların 29,5%-i KSPP, 20%-i RRX, 8,6%-i isə peyk avadanlıqları üzərindən təşkil olunur. Şəbəkədə optik kabellərin ümumi uzunluğu 5950,4 km olacaq.

   Regionlarda telekommunikasiya qovşaqlarının xidməti ərazilərində informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, rayon mərkəzləri, şəhərlər qəsəbələrlə yanaşı, kənd yaşayış məntəqələrində əhalinin genişzolaqlı internet xidmətlərindən istifadəsi məqsədilə layihə hazırlanıb. Bu layihə çərzivəsində telefon şəbəkələr yenidən qurulur elektron ATS-lərin birləşdirici xətləri fiber-optik kabellərlə əvəz olunur.

   İşlər internet-provayderlərlə birgə həyata keçirilir. Müqaviləyə əsasən, ümumilikdə 1700 km-dən artıq fiber-optik kabel xətlərinin çəkilişi başa çatdırılıb 23 telekommunikasiya qovşağında bütün kənd elektron ATS-lərinin birləşdirici xətləri fiber-optik kabelləri ilə əvəz edilib. Bundan əlavə, 17 TKQ-dən 12-nin bütün kənd EATS-nin birləşdirici xətləri fiber-optik kabellərlə əvəz edilib.

   "Aztelekom"un xətt şəbəkəsinə qoşulan abunəçilərdən 97 824 ədədi genişzolaqlı xəttlər vasitəsilə internet xidmətlərindən

   (o cümlədən "Aztelekom.net" 49860 ədəd, digər GSP-lər 47 964 ədəd) istifadə edir. İnternet xidmətlərdən istifadəyə olan tələbata uyğun olaraq "Aztelekom" şəbəkəsinin ATS-lərində ADSL portlarının tutumu 135 197 ədədə çatdırılıb. Bu portların 64 320 ədədi ya 47,6%-i "Aztelekom" GB, 70 877 ədədi ya 52,4 %i digər GSP-lər tərəfindən quraşdırılıb. Mövcud vəziyyətdə "Aztelekom" abunəçilərinin 15%-i genişzolaqlı xətlər vasitəsilə sürətli internet xidmətlərindən istifadə edir. İlin sonunadək şəbəkə üzrə ümumi abunəçilərin 30%-ə qədərinin genişzolaqlı internetdən istifadə edə biləcəkləri proqnozlaşdırılır.

   "Aztelekom" İstehsalat Birliyinin telekommunikasiya şəbəkəsinə genişzolaqlı qoşulmaların sayı 2012-ci ilin əvvəli ilə müqayisədə 63 min istifadəçi ya 2,2 dəfə artıb. Bununla hazırda regionlarda bu şəbəkə ilə genişzolaqlı internetə qoşulanların sayı 120 mini ötüb.

   İlin əvvəlindən "Aztelekom" şəbəkəsinə qoşulmaların sayında xeyli artım müşahidə olunub. Genişzolaqlı xidmətlərin ümumi gəlirdə payı 21,9% təşkil edir. 2012-ci ilin əvvəlində bu göstərici 10,9% olub.

   Qeyd edək ki, regionlarda genişzolaqlı internetin inkişafı istiqamətində işlər "Aztelekom"un hazırladığı 2011-2013-cü illərdə inkişaf konsepsiyası çərçivəsində həyata keçirilib. Birlik yeni konsepsiya hazırlayıb həmin konsepsiya 2013-2015-ci illəri əhatə edəcək. Artıq görülən işlər yeni inkişaf konsepsiyasına uyğun aparılır. Konsepsiya genişzolaqlı internetdən istifadə imkanlarının genişləndirilməsini son istifadəçi üçün onun daha açıq edilməsini nəzərdə tutur.

   Ümumilikdə 2013-2015-ci illər ərzində "Aztelekom" 300 min nömrənin rekonstruksiya (yenidən qurulma - red.) edilməsi şərti ilə 600 min ən yeni texnologiyaya əsaslanan platformaları dəstəkləyən nömrənin, 500 mindən artıq genişzolaqlı internet xəttinin istifadəyə verilməsini nəzərdə tutur.

   Regionlarda İP TV xidməti (internet vasitəsilə TV yayım) genişlənməkdədir. NGN şəbəkəsinin genişlənməsi bu xidmətdən istifadə edənlərin sayını artırmaqdadır. Məlumata görə, artıq Şamaxının ardınca Gəncə, Sumqayıt, Göyçay, Salyan Kürdəmir rabitə şəbəkəsinin NGN texnologiyası əsasında qurulması bu xidmətdən istifadə edənlərin sayının daha çox olacağını söyləməyə əsas verir.

   Qeyd edək ki, İP kanallar üzərindən televiziyanın video informasiyanın translyasiyası kabel peyk teleyayımı ilə müqayisədə bir sıra texniki üstünlüklərə malikdir. Dayanıqlı əks-əlaqə abunəçi kanalının mövcudluğu operatorlara əlavə geniş xidmətlərin göstərilməsinə imkan yaradır.

   Bundan başqa, İP mühitində işləyən abunəçi qurğusu, televizorun ekranına veb səhifələr, elektron poçt, video konfrans, bir sözlə, istənilən kontentlərin ötürülməsini qəbulunu təmin edir.

   Beləliklə, bütün tədbirlər regionlarda İKT-nin inkişafına xidmət edəcək. Bu cür tədbirlər regionlarla paytaxt arasında olan informasiya fərqini aradan qaldıracaq.

 

  

Vasif CƏFƏROV

 

Ekspress.-2013.-17 aprel.-S.9.