Azərbaycanın sosial-iqtisadi
çiçəklənməsi Heydər Əliyev
siyasətinin təntənəsidir
"Qətiyyətlə bildirmək olar ki, 60-cı illərdə
respublika iqtisadiyyatı
bütövlükdə dərin və uzunmüddətli böhran mərhələsinə qədəm
qoymuşdu. Yaranmış
ağır vəziyyətdən çıxış yolu tapılmalı, iqtisadiyyatın
inkişafı üçün prinsipial cəhətdən yeni
konseptual yanaşma
yolları işlənib hazırlanmalı, xalq
təsərrüfatında köklü struktur dəyişiklikləri
aparılmalı, təsərrüfatçılıq və iqtisadi həvəsləndirmə işində
təzə metodlar tətbiq edilməli idi".
Heydər ƏLİYEV
Azərbaycanın XX əsr tarixinin önəmli dövrü ulu öndər Heydər Əliyevin şəxsiyyəti, onun böyük quruculuq fəaliyyəti ilə sıx bağlıdır. Heydər Əliyev erasının başlanğıcı heç şübhəsiz ki, özünü həm də Azərbaycan iqtisadiyyatında büruzə verdi.
60-cı illərin sonuna doğru Azərbaycan iqtisadiyyatının bir çox sahələrində - sənayedə və kənd təsərrüfatında mənfi meyllər özünü göstərməyə başlamışdı, respublikada inkişaf yerində sayırdı ki, bu da əhalinin sosial vəziyyətinə mənfi təsir göstərməyə bilməzdi. Sənaye məhsulları istehsalının ümumi inkişaf səviyyəsinə, milli gəlirin həcminə və əmək məhsuldarlığının artım sürətinə görə, Azərbaycan ittifaq səviyyəsindən geri qalırdı. Kənd təsərrüfatı xüsusilə ağır vəziyyətə düşmüşdü. Elmi-texniki tərəqqinin nailiyyətləri istehsalatda, demək olar ki, tətbiq olunmurdu. Belə bir çətin dövrdə - 1969-cu ildə Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü başlandı. Heydər Əliyev totalitar rejimin hökmranlıq etdiyi mürəkkəb tarixi şəraitdə Azərbaycanı Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevirmək üçün geniş islahatlar proqramı həyata keçirməyə başladı.
Sovet rejiminin
bütün xüsusiyyətlərinə
dərindən bələd olan H.Əliyev
Azərbaycanı ağır vəziyyətdən
çıxarmaq üçün qəti
addımlar atmağa başladı. O, Sovet İttifaqı kimi böyük bir dövlətin
zəngin iqtisadi potensialından və geniş imkanlarından istifadə edərək
Azərbaycanı tərəqqi yoluna
çıxarmaq siyasətini yeritdi. Böyük
siyasətçi iqtisadiyyatın bütün
sahələrində Vətəninin, xalqının
inkişafı üçün zəruri olan vacib məsələlər
barədə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin
Siyasi Bürosu, Mərkəzi
Komitənin plenumları, Kommunist
Partiyasının qurultayları səviyyəsində əlverişli
qərarlar qəbul edilməsinə nail olurdu. Ancaq bu
başlanğıc idi. Sonrakı
proseslərdə bütün
xalqımızı həmin qərarların icrasına səfərbər
edir, Azərbaycanımızın tərəqqisi
uğrunda yorulmadan
mübarizə aparırdı. Əslində Azərbaycanı öz-özünü təmin edə bilən,
müstəqil yaşamağa qadir olan və elmi-texniki cəhətdən yüksək tərəqqi etmiş
bir ölkəyə çevirmək Heydər
Əliyevin planlarının başında gəlirdi. 1969-cu ildən
başlayaraq Azərbaycanın xalq təsərrüfatının bütün sahələri kimi
neft və qaz sənayesinin
də yüksək dinamik inkişaf
mərhələsinə qədəm qoyması ilə səciyyələnir
və bu da H.Əliyevin
Azərbaycana rəhbərliyinin birinci
dövrünə təsadüf edir. Bu dövrdə
Azərbaycanın neft və qaz sənayesinin xüsusilə dəniz neftinin hasilatının inkişaf
tarixində yeni mərhələ
başlayır. 1970-ci ildə "Xəzərdənizneft"
İstehsalat Birliyi
(İB) yarandı və SSRİ Neft Sənayesi
Nazirliyi Xəzərdə Azərbaycan
neftçilərinin dəniz şəraitində iş aparmaq təcrübəsini
nəzərə alaraq Xəzərin bütün sektorlarında (həmin ildən Xəzər
sektorlara bölündü)
geoloji-kəşfiyyat, qazma, işlənmə,
istismar və digər işlərin
aparılmasını Azərbaycan neftçilərinə həvalə
etdi. Bu tarixə kimi Xəzər dənizində istifadə olunan texniki vəsait
yalnız dənizin dərinlikləri 40 m-ə qədər olan sahələrdə işləməyə imkan verirdi. Həmin
dövrdə Xəzərin Azərbaycan sektorunda
40 m-dək dərinlikdəki perspektivli sahələrdə
demək olar ki, bütün neft-qaz
yataqlarının hamısı aşkar olundu. Dənizdə neft və
qazın hasilatının artırılması daha
böyük dərinliklərdə yatan neft və qaz yataqları ilə bağlı idi. Heydər Əliyevin təşəbbüsü
və səyi nəticəsində 70-80-ci illərdə Azərbaycana
75 növdə 400-dən çox
ağır yük qaldıran kran gəmisi, boruçəkən gəmilər,
seysmik, sərnişin və s. gəmi növləri gətirildi. Xəzərdə 2500 t
gücündə "Azərbaycan" kran
gəmisi işə başladı. Bundan başqa ilk vaxtlarda dənizin 70 m dərinliyində
olan sahələrdə geoloji-kəşfiyyat
işləri aparmaq üçün
"Xəzər" tipli özüqalxan,
sonralar isə dənizin 200 m dərinliyindəki sahələrdə
işləməyə imkan verən "Şelf" tipli yarımdalma üzən qazma
qurğularının alınması nəticəsində dənizin
daha dərin sahələrində zəngin
neft və qaz
yataqlarının kəşf olunmasına imkan
yarandı. Nəticədə 60-cı illərin sonu ilə müqayisədə yeni
8 neft və qaz
yataqları kəşf edildi, neft ehtiyatları iki, qaz ehtiyatları isə
üç dəfə
artırıldı. 1975-ci ildə neft və
qazın ümumi hasilatı 27,1 mln. tona (şərti yanacaq) çatdırıldı. 80-ci illərdə
üzən qazma qurğularının
sayı 11-ə çatdı və onlardan
istifadə nəticəsində, indi Azərbaycan
neftinin əsas hissəsini təşkil edən
dənizin 80-350 m dərinlkdə yatan zəngin neft
ehtiyatlarına malik olan
yataqlar kəşf olundu
(Günəşli, Çıraq, Azəri və b.). Məhz bu dövrdə
dünyada analoqu olmayan Dərin Dəniz Özülləri zavodunun Azərbaycanda, Bakıda tiklməsi üçün o zaman Sovetlər məkanında 450 mln. ABŞ dollarının ayrılması, bunun üçün belə
bir icazəni alınmasına nail olunması (bu zavodun Həştərxanda tikilməsi nəzərdə
tutulmuşdu) cənab Heydər Əliyevin
möhkəm iradəsinin və cəsarətinin nəticəsi
idi.
Azərbaycan aqrar-sənaye ölkəsi
kimi
Azərbaycanın hazırkı sosial-iqtisadi inkişafının əsası ulu öndərin 70-80-ci illərdə sovet dövlətinin iqtisadi potensialından Azərbaycan iqtisadiyyatının inkişafı üçün bacarıqla istifadə etdiyi dövrə təsadüf edir. H.Əliyev ittifaq tərkibində Azərbaycanın iqtisadi müstəqilliyini və respublika əhalisinin məşğulluğunu təmin etmək üçün yeni müəssisələrin yaradılmasını əsas məqsəd kimi qarşıya qoydu. Heydər Əliyevin rəhbərliyi ilə 1969-1982-ci illərdə respublikada 250-dən çox zavod, fabrik və digər istehsal müəssisələri istifadəyə verildi. 20 milyon kvadratmetr mənzil sahəsi, yüzlərlə məktəb, klub, xəstəxana, istirahət evləri tikildi. Bakının ətrafında yeni mikrorayonlar, Badamdar, Əhmədli, Günəşli, Hövsan və sair kimi yeni yaşayış massivləri salındı. 1983-cü ildə Bakı-Qroznı neft kəmərinin, 1985-ci ildə Dərin Dəniz Özülləri Zavodunun, Bakıda "Ulduz" Elektrik Cihazqayırma, Sumqayıtda Məişət Kompressorları zavodlarının, 1981-1984-cü illərdə Şəmkir Su Elektrik Stansiyasının və digər sənaye obyektlərinin tikilib istifadəyə verilməsi respublikada əhalinin rifahının yaxşılaşmasına ciddi təsir göstərdi. Sənayedə əmək məhsuldarlığı 2,1 dəfə artdı, 581 adda yenitipli maşın, avadanlıq və cihaz nümunələri yaradıldı. 1056 adda mühüm sənaye məhsulunun kütləvi istehsalına başlanıldı, 310 avtomatlaşdırılmış xətt, 1300 kompleks mexanikləşdirilmiş xətt və avtomatlaşdırılmış məntəqə, istehsal sahəsi istismara verildi. Və bununla da Azərbaycan aqrar ölkədən aqrar-sənaye ölkəsinə çevrildi. Onu da xüsusilə qeyd etmək lazımdır ki, XX əsrin 70-80-ci illəri xalqımızın tarixində yalnız iqtisadiyyatın bütün sahələrinin inkişaf dövrü kimi deyil, eyni zamanda təhsilin, mədəniyyətin misilsiz tərəqqisi illəri kimi də ayrıca mərhələ təşkil edir. Həmin dövrdə gələcək müstəqilliyimizin təməli qoyuldu, iqtisadi, sosial və mədəni potensial formalaşdırıldı.
Görkəmli
dövlət xadimi Azərbaycanın iqtisadi-mədəni
inkişafı, sənayenin, kənd təsərrüfatının,
mədəniyyət, elm, təhsil və
digər prioritet sahələrin idarə
edilməsi üçün
bacarıqlı və yüksək ixtisaslı kadrların
hazırlanmasının vacibliyini mühüm vəzifə kimi qarşıya qoyaraq təhsilin
inkişafına xüsusi qayğı
göstərirdi. 1969-1978-ci illərdə orta
ümumtəhsil məktəblərinin sayı 77 faiz artdı. 1979-cu ildə SSRİ-nin
43 şəhərinin 152 ali məktəbində
3315 nəfər azərbaycanlı təhsil alırdı. Heydər
Əliyev hərbi kadrların hazırlanmasına da xüsusi diqqət yetirirdi. Azərbaycanda iki ali hərbi məktəb - Ali
Ümumqoşun Komandirləri Məktəbi
və Ali Hərbi Dənizçilik Məktəbi
var idi. Lakin bu məktəblərdə
cəmi 5-6 nəfər azərbaycanlı təhsil
alırdı. 1971-ci ildə Heydər Əliyev ilk
hərbi internat məktəbinin
açılmasına nail oldu.
Həmin il
C.Naxçıvanski adına Hərbi Məktəb
yaradıldı. 1976-1977-ci illərdə 800 nəfərdən
çox gəncin SSRİ-nin
ali hərbi məktəblərinə
göndərilməsinə nail oldu. 1982-ci ildə artıq hərbi məktəblərə
göndərilənlərin sayı 1000 nəfərdən
çox idi. SSRİ
dövründə belə bir addım atmaq o qədər də asan məsələ deyildi.
Yalnız Heydər Əliyev kimi uzaqgörən
siyasətçi buna nail
ola bilirdi, necə ki nail oldu.
Əsrin müqaviləsi
Ulu öndərin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışı tarixə Qurtuluş Günü kimi daxil oldu. Heydər Əliyev Azərbaycanda sosial-iqtisadi və ictimai-siyasi sabitliyi təmin etməklə, hüquqi dövlət quruculuğu istiqamətində mühüm ardıcıl tədbirlər həyata keçirməklə müstəqilliyi qorumağın nümunəsini yaratdı. 1994-cü ildə "Əsirin müqaviləsi"nin imzalanması Azərbaycan Respublikasının dünya iqtisadiyyatına inteqrasiyasında, onun tranzit potensialının artmasında mühüm addımdır. Bu müqavilə Şərqlə Qərb arasında əməkdaşlıqda Azərbaycanın regiondakı liderliyini təmin etdi. İqtisadi, sosial və siyasi islahatların həyata keçirilməsi qanunvericilik bazası olmadan mümkün olmadığı üçün ulu öndərimiz dövlət quruculuğuna hüquqi bazanın yaradılmasından başladı. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası qəbul olundu. Bu Əsas Qanunun ardınca qəbul edilən qanunvericilik aktları Azərbaycan Respublikasının siyasi və iqtisadi həyatının hüquqi əsasda qurulması, hüquqi islahatların həyata keçirilməsi üçün mühüm addım oldu. H.Əliyevin ölkəmizə rəhbərliyinin ikinci dövründə yüzlərlə müəssisə bərpa edildi, yeni sənaye obyektləri işə salındı.
Qərblə Şərq arasında olduqca əlverişli geosiyasi və strateji mövqeyə malik olan Azərbaycan qədim İpək Yolunun üzərində - dünya nəqliyyat sisteminin kəsişmə nöqtəsində yerləşir ki, bu da olduqca mühüm əhəmiyyətə malikdir. Heydər Əliyevin uzaqgörənliklə irəli sürdüyü qədim İpək Yolunun bərpa ideyası, 1993-cü ilin mayında Traseka Proqramının qəbulu Azərbaycanın Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinə cəlb edilməsində, nəticə etibarilə, onun iqtisadi potensialının artmasında mühüm rol oynadı. 1996-cı ilin dekabrında Azərbaycan, Gürcüstan və Ukrayna dövlət başçıları Avrasiya dəhlizinin yaradılması haqqında saziş imzaladı. 1998-ci ilin sentyabrında Bakıda İpək Yolunun bərpası ilə bağlı 33 ölkənin, 13 beynəlxalq təşkilatın iştirakı ilə keçirilən konfrans Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasını daha da sürətləndirdi, eyni zamanda onun dinamik və ahəngdar inkişafını təmin etdi.
Heydər Əliyevin əsasını qoyduğu siyasət ölkəmizin iqtisadi inkişafını təmin etdi və dünya iqtisadiyyatında Azərbaycan modelinin yaranması ilə nəticələndi. Dünyanın aparıcı ölkələrini iqtisadi böhran bürüdüyü, kreditlərin azaldığı, sosial ödənişlərin məhdudlaşdığı bir zamanda Azərbaycanda iqtisadi inkişaf tempi artmaqdadır.
Heydər Əliyev tərəfindən yaradılmış siyasi və iqtisadi baza Azərbaycan Respublikasının gələcək inkişaf strategiyasının əsasını təşkil edir. Artıq Azərbaycan dünyanın mühüm yanacaq-energetika regionlarından birinə çevrilərək öz inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub...
Ulduzə QARAQIZI
Ekspress.-2013.-17
aprel.-S.11.