Virtual ensiklopediyada milli
maraqların qorunması
İnformasiya və kommunikasiya texnologiyalarının
inkişaf etdirilməsi
Viki texnologiyası dedikdə
"sürətli düzəliş texnologiyası"
başa düşülür. Bəzən "Viki
texnologiyası"nı "canlı sənədlər
texnologiyası" da adlandırırlar. Bir çox istifadəçilər
"Wiki" sözünün "what I know is" ifadəsindən
alındığını hesab edirlər ki, bu da "mən
nə bilirəm" mənasını verir. Bu ifadə Viki
texnologiyasının mənasını təyin edir: hər
hansı biliyə malik olan istifadəçi informasiyanı veb-saytda
çap etməklə bu biliyi başqaları ilə
bölüşdürür.
Viki texnologiyası internet istifadəçisinin
veb-saytlarla qarşılıqlı əlaqəsini, internetdən
çıxmadan səhifənin dəyişdirilməsini,
informasiyaların strukturlaşdırılmasını, redaktə
olunmasını nəzərdə tutur. Viki texnologiyası
virtual məkanda müzakirələr aparmaq, VB, faylların
saxlandığı anbar yaratmaq, poçt sistemi, əməkdaşlıq
üçün alətdir.
Əslində elektron ensiklopediyalar
ilk növbədə məlumatların
etibarlılığına görə fərqlənir. Digər
virtual mənbələrdən fərqli olaraq, bu ensiklopediyalar
ayrı-ayrı tanınmış şəxslər, tarixi
hadisələr, ölkələr və təşkilatlar, eləcə
də terminoloji anlayışlar haqqında daha dəqiq məlumatlar
verir. "Britannica", daha sonra isə "Encarta" kimi məşhur
ensiklopediyalar hələ 1990-cı illərdə artıq
virtual məkanda tanınmağa başlayıb. 90-cı illərin
sonunda isə "Kirill və Mifodiy", "Rubrikon" və
Böyük Sovet Ensiklopediyası kimi ensiklopedik portallar az
müddət ərzində çoxlu sayda internet oxucusunu cəlb
edib.
2001-ci ildən başlayaraq virtual
ensiklopediya anlayışı köklü surətdə dəyişib.
Vikipediya layihəsi ensiklopedik resursların yaradılmasında
prinsipial olaraq yeni yanaşmalar üçün əsas olub.
Onu da qeyd edək
ki, internet məkanında
müxtəlif elektron
ensiklopediyalar mövcuddur. Bu ensiklopediyalar
iki yerə bölünür: məqalələrində
redaktəyə icazə
verən - azad virtual ensiklopediyalar və redaktəyə icazə verməyən - qapalı
virtual ensiklopediyalar. Vikipediya ensiklopediyası
və viki texnologiyası ilə yaradılan digər ensiklopediyalar azad ensiklopediyalar siyahısına
daxildir.
Azərbaycan dilində "Vikibilik"
adlanan on-line ensiklopediyası
böyük, universal, hipermətn
elektron ensiklopediyadır.
Viki texnologiyası əsasında
işləyən ensiklopediya
pulsuzdur və hər bir İnternet
istifadəçisi qeydiyyatdan
keçmədən ondan
istifadə edə bilər.
2001-ci ildən başlayaraq
virtual ensiklopediya anlayışı
köklü surətdə
dəyişdi. Vikipediya layihəsi
ensiklopedik resursların
yaradılmasında prinsipial
olaraq yeni yanaşmalar üçün
əsas oldu. Vikipediyanın yaradılması
və müvəffəqiyyətli
inkişafından sonra
internetdə viki texnologiyası ilə fəaliyyət göstərən
analoji layihələr
yaradılmağa başlandı
və bu proses indi də
davam edir. Bu layihələrdə yerinə yetirilən dəyişikliklər müxtəlif
üsullarla aparılır
və hər bir ensiklopediya üçün özəl
tələblər qoyulub.
Bu ensiklopediyalardan bir çoxu Vikipediya qədər populyar olmasalar da, müxtəlif mövzuları əhatə
etməklə 100 minlərlə
İnternet oxucusunu cəlb edir.
WikiTravel turizmlə bağlı
məqalələr toplanmış,
azad virtual ensiklopediyadır.
Ensiklopediya çoxdili olmasına
baxmayaraq, əsasən
ingilis, alman, rus dillərində fəaliyyət göstərir.
WikiTravel
ensiklopediyası Evan Prodromu
tərəfindən, 2003-cü ilin iyulunda yaradılıb
və hər zaman təzələnən,
müxtəlif marşrutlar
üzrə bələdçidir.
Eyni zamanda ensiklopediyada bir çox dillərdə danışıq
kitabçaları da yaradılıb. Məqalələrin sayı 2010-cu ilin yanvar ayı üçün 40 minə
yaxındır. Yeri gəlmişkən,
WikiTravel ensiklopediyası
MediaWiki azad proqram təminatı əsasında, "Creative Commons" lisenziyası ilə işləyir. Ensiklopediyada müxtəlif
reklamların loqotipləri
qoyulub. Lakin qeydiyyatdan keçmiş
hər bir istifadəçi istədiyi
reklamı bağlaya bilər.
Vikipediya ensiklopediyası 15 yanvar
2001-ci ildə fəaliyyətə
başlamış, internet şəbəkəsində
yerləşdirilməsindən bir neçə il sonra
dünyanın ən populyar 10 saytı sırasına daxil olub. 2009-cu ildə
isə Vikipediya ensiklopediyası internetdə
fəaliyyət göstərən
təxminən 230 milyon
sayt arasında müraciətlərin sayına
görə birinci yeri tutub. Statistik məlumatlara görə, Vikipediya ensiklopediyasında
16 milyondan çox məqalə yer alır. Bu gün
Vikipediya müxtəlif
sosial sahələr üçün nəzərdə
tutulmuş yeni, zəngin informasiya resursudur. Vikipediya ensiklopediyasında əsas məqsəd informasiyanın sərbəst,
maneəsiz paylanması,
tez bir zamanda
dolğun biliyin əldə edilməsi olduğundan, dünyada bu virtual ensiklopediyaya maraq artmaqdadır.
Azərbaycan Milli Elmlər
Akademiyasının İnformasiya
Texnologiyaları İnstitutunda
Vikipediya ilə bağlı tədqiqatlar aparılır, gənc tədqiqatçılara Vikipediya
layihələrində müxtəlif
kontentlərin yaradılması
qaydaları tədris olunur, ictimaiyyətin bu istiqamətdə maariflənməsi üçün
məqsədyönlü işlər
həyata keçirilir.
Son zamanlar Vikipediya
ensiklopediyasının müxtəlif
dil bölmələrində
azərbaycanlı istifadəçilərin
sayının hissediləcək
dərəcədə artması
və fəallığı
müşahidə olunur.
Belə ki, əgər 2007-ci ildə Vikipediyanın Azərbaycan bölməsində
məqalələrin sayı
cəmi 3 min idisə,
hazırda onların sayı 36 mindən artıqdır. Bütün bunları
nəzərə alaraq
demək olar ki, təqdim olunan kitabda göstərilən təlimatlardan
istifadə edən oxucuların Vikipediyada daha fəal iştirakı Azərbaycan
həqiqətlərinin virtual məkanda geniş təbliğinə xidmət
edəcək.
AMEA-nın
İnformasiya Texnologiyaları
İnstitutunun sektor müdiri, "Vikipediya"
virtual ensiklopediyasının Azərbaycan bölməsinin
adminstratorlarından İradə
Ələkbərova internetdən
istifadə baxımından
ölkəmizdə heç
bir məhdudiyyət olmadığından insanların
rahatlıqla sosial şəbəkələr, saytlara,
virtual ensiklopediyalara daxil
olub məlumat yerləşdirə bildiklərini
deyir. Bu mənada
İ.Ələkbərova Vikipediyanın
Azərbaycan dilli bölməsində yerləşdirilən
materialların müxtəlif
mövzuları - Azərbaycan
tarixi, mədəniyyəti
və s. əhatə etdiyini bildirir. "Amma bununla
yanaşı, bir tərəfdən də Azərbaycana qarşı qərəzli mövqe tutan insanlar da müxtəlif məlumatlar daxil edirlər. Onlarla mübarizə aparmaq
üçün informasiya-kommunikasiya
texnologiyalarını bilən,
informasiya mədəniyyətinə
sahib tələbələrə, gənclərə tələbat
var".
Yeddi dildə fəaliyyət göstərən, 68 bölmə
və mindən çox link olan
www.azerbaijans.com saytına 400 yeni link, 200-ə yaxın fotoqalereya, ümumilikdə
isə 5000-dən artıq
fotogörüntü əlavə
edilib. 41 bölmədə
isə 1500-ə yaxın
video material toplanıb. Bu əlavələr saytın ayrı-ayrı bölmələrindəki informasiyaların
ətraflı işaqlandırılmasına
əhəmiyyətli dərəcədə
təsir göstərib.
azerbaijans.com saytının
həyata keçirdiyi
ən böyük layihələrindən biri
də www.azerbaijanphoto.com saytıdır.
Bu veb resurs
Azərbaycanın ən
böyük elektron foto-arxivi hesab olunur və Azərbaycanın ayrı-ayrı
bölgələrini, əsrarəngiz
təbiət lövhələrini
hər bir azərbaycanlıya və dünyaya tanıtdırmaq
üçün hazırlanıb.
butalife.com ünvanlı
beynəlxalq statuslu sosial şəbəkə
saytı isə müasir informasiya cəmiyyətində sosiallaşmanı
Azərbaycandan dünyaya
istiqamətləndirmək məqsədi
ilə hazırlanıb.
Saytda informasiya təminatından
sosiallaşmaya qədər
hər şeyi təmin edə biləcək bütün
imkanlar nəzərə
alınıb.
Qeyd edək ki, milli maraqlarımızın
informasiya cəmiyyətində
qorunması üçün
müəyyən portallar,
saytlar yaradılıb.
Bunlarla yanaşı təbii ki, Vikipediya virtual ensiklopediyası da maraqlarımızın təmin
olunması baxımından
əvəzsizdir. Hansısa bir
məlumat axtararkən
ilk mənbə kimi Vikipediya ilə qarşılaşırıq. Bu baxımdan demək
olar ki, Vikipediya əvvəllər
çox pis vəziyyətdə olsa da, hazırda dünyanın ən populyar saytlardandır, hər ay milyardlarla insan bura daxil
olub informasiya yerləşdirir, oxuyur, şəkil və ya video yükləyir.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də Vikipediyanın əvvəllər
çox pis vəziyyətdə olduğunu
deyir: "Amma son bir-iki ildə həm internet istifadəçiləri,
həm də AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu
bu sahədə müəyyən addımlar
atıb, xüsusi bir bölmə də yaradılıb. Amma düşünmürəm ki,
bununla problem həll olunacaq. Vikipediya kimi nəhəng informasiya resurslarının
informasiya ilə zənginləşdirilməsi heç
zaman yalnız dövlətin, dövlət
qurumunun və ya hansısa bir redaktorun işi ola
bilməz. Burada böyük istifadəçi
ordusu iştirak etməlidir. Azərbaycanın internet istifadəçiləri könüllü
olaraq maraqlı olmalıdırlar ki, bu ensiklopediyada ölkəmizlə bağlı
hər gün informasiya yerləşdirsinlər.
Digər
ölkələr, həmçinin
Ermənistanla bağlı
çoxlu informasiyalar
yerləşdirilir və
həm də qorunur. Ona görə də
internet istifadəçilərinin bu istiqamətdə maraqlarının artması
yaxşı olardı".
İradə Ələkbərova da son illər bu sahədə
müəyyən inkişafın
hiss olunduğunu deyir.
"5-10 il əvvəl
internetdən istifadə
geniş yayılmadığından,
insanlar bu sahədə çox passiv idilər. Amma son dövrlər gənclərimiz
Vikipediyada çox fəallaşıblar. Onların rus,
ingilis dillərini bilmələri internetdə
fəaliyyətini artırır.
Sadəcə vətənpərvər olmaqla hər şey etmək mümkün deyil. Çünki internetdə, vikipediyada
informasiya yerləşdirmək,
nəyisə sübut
etmək üçün
xarici dilləri bilmək çox önəmlidir. Bunun üçün
həm də Azərbaycan həqiqətlərini,
tarixini, mədəniyyəti
bilmək lazımdır.
Çünki biz daxil etdiyimiz
informasiyanın dəqiqliyinə
özümüz əmin
olmaqla yanaşı qarşı tərəfi də buna inandırmalıyıq".
Onun dediyinə görə, yerləşdirilən informasiyanın
qorunması da çox önəmlidir.
"Əvvəllər rus, ingilis Vikipediyasında
Azərbaycan əraziləri
haqqında məlumat yerləşdiriləndə Ağdamı,
Kəlbəcəri Dağlıq
Qarabağ Respublikasının
tərkibində yazırdılar.
Amma indi açıq şəkildə yaza bilmirlər, çünki
biz də onun qarşılığında həmin
torpaqların Ermənistan
ordusu tərəfindən
işğal olunub, faktiki onların ərazisində olsa da, qanuni olaraq
Azərbaycan ərazisi
olduğunu yazırıq".
Göründüyü kimi, virtual ensiklopediyanın
müsbət tərəfləri
çoxdur və getdikcə inkişaf edərək milli maraqlarımızın qorunmasına
xidmət edir.
Ulduzə QARAQIZI
Ekspress.-2013.-20-22
aprel.-S.10.