Mir Cəfər Bağırov və
Mirteymur Yaqubov
Mir Cəfərin məhkəməsi necə
hazırlanmışdır?
Azərbaycanda ötən əsrin ən
qalmaqallı və indiyədək ətrafında
söz-söhbətlərin dolaşdığı məhkəmələrdən
biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi
olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı
Teyyub Qurban bu məhkəmə, onun necə və kimlərin
sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında
araşdırıb...
Qeyd: Artıq 5 ilə yaxındır, Teyyub müəllimin Mir Cəfər Bağırovla bağlı arxivlərdən gün işığına çıxardığı materialları, müxtəlif sənədləri qəzetimizin hər şənbə sayında "Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır" başlığı altında təqdim edirik. Əslində, bu layihəni Mir Cəfərin məhkəməsi ilə, məhkəmənin ətrafında cərəyan edən hadisələrlə və ictimaiyyətə məlum olmayan maraqlı faktlarla yekunlaşdırmaq istəyirdik. Lakin arxiv elə dəryadır ki, sonu-bucağı yoxdur. Teyyub müəllim arxivdən elə faktlar, elə sənədlər üzə çıxarırdı ki, onların oxucularımızda maraq doğuracağını nəzərə alaraq bir çox hallarda mövzudan kənara çıxmalı olurduq.
Yaxın saylarımızda Mir Cəfər Bağırovun məhkəməsini təqdim edəcəyik. Həmin vaxtadək "Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır" başlığını yalnız rubrika kimi saxlayırıq.
YAKOVLEV - Demək, hər bir cinayət işi dediyiniz kimi araşdırılsaydı, günahsız adamlar məhv edilməzdilər. 1938-ci ildə Bağırovun göstərişilə heç bir qanuni əsas olmadan insanlar terrorçu, əksinqilabçı, qiyamçı kimi həbs olunub güllələnmişlər. Bunlardan xəbəriniz yoxdu?
YAQUBOV - O zamanlar xəbərim yoxdu.
YAKOVLEV - Rayevi tanıyırdınız?
YAQUBOV - O, daxili işlər naziri idi.
YAKOVLEV - Hansı ildə?
YAQUBOV - 1938-ci ildə.
YAKOVLEV - Siz onunla yaxından tanış deyildiniz?
YAQUBOV - Əsla yox.
Mən 2-3 ay üçlüyün üzvü
olmuşam, iki iclasında iştirak etmişəm.
YAKOVLEV - Üçlüyün sədri
kim idi?
YAQUBOV - Rayev.
YAKOVLEV - Yəqin ki,
üçlüyün üzvü kimi qərarlara imza
atırdınız.
YAQUBOV - Üçlük ÜİK(b)P MK Siyasi Bürosu tərəfindən
yaradılmışdı. Qərarlara qol çəkməyə
bilməzdim.
YAKOVLEV - Üçlüyün
iş qaydası necə idi?
YAQUBOV - Dediyim kimi,
üçlüklər Siyasi Büronun qərarı ilə
yaradılmışdı. Azərbaycanda sədr
daxili işlər naziri Rayev idi. İclasları
onun kabinetində keçirilirdi. Rayevi
sonralar həbs etdilər.
YAKOVLEV - Dediniz ki,
üçlüyün 2-3 iclasında olmusunuz, neçə
ölüm cəzasına qol çəkmisiniz?
YAQUBOV - Bunu deyə
bilmərəm. Hər iclasda yüzlərlə
işə baxılırdı.
YAKOVLEV - Yaddaşınız,
görünür, pisdir.
YAQUBOV - Pis deməzdim.
Nəzərə alın ki, bu işlər
çoxdan baş verib.
YAKOVLEV - Əlbəttə,
yada salmayacaqsınız. Çünki
adamları milçək kimi qırırdınız.
Siz 1938-ci il fevralından oktyabr ayınadək
üçlüyün üzvü olmusunuz. Ərz
etdiyiniz 2-3 ay yox, səkkiz ay. Sənədlərə
görə, həmin müddətdə 2.679 nəfərin
şinə baxılmışdır. Onların
əksəriyyəti əksinqilabi fəaliyyətdə və
Bağırova qarşı terror cəhdində təqsirli
bilinmişlər. 2.679 nəfərdən
2.103-ü güllələnmişdir. 576 nəfər
islah-əmək düşərgəsinə göndərilmişdir.
Yalnız bir nəfər azadlığa
buraxılmışdır. Onların əksəriyətinin
cəza protokollarında sizin imzanız vardır. Deyirsiniz ki, üçslüyün 2-3 iclasında
iştirak etmisiniz. Elə
çıxır ki, iclaslarda iştirak etmədən
protokollara qol çəkmisiniz.
YAQUBOV - Protokola
iclaslarda deyil, ertəsi günü imza atılırdı.
O zaman hər şeyi daxili işlər orqanları diktə
edirdi. İyul plenumundan sonra 37-ci il
qurbanlarına bəraət verilir.
YAKOVLEV -
Günahsız insanları məhv etmiş Bağırov,
Yemelyanov və başqaları ədalət məhkəməsinin
hökmü ilə cəzalarına çatmışlar.
Hesab edirsinizmi, siz də məsuliyyət
daşıyırsınız. Deyirsiniz ki,
partiya və komsomoldan tərbiyə almısınız. Məni də partiya və komsomol
yetişdirmişdir. Ancaq heç bir
ölüm hökmünə imza atmamışam, bəraət
arayışlarına qol çəkmişəm. Əgər Büro iclasında iştirak etməmişəmsə,
çıxarılan qərarı imzalamamışam.
YAQUBOV - Siz o
zamankı şəraiti nəzərə almırsınız.
YAKOVLEV - Sualıma cavab verin:
Baxdığınız hansı işləri
xatırlayırsınız? Fərdi, yoxsa qrup
halında?
YAQUBOV - Heç
birisi yadımda deyil.
YAKOVLEV - Bəlkə
Şamaxı işini yadınıza salasınız.
1938-ci il martın 1-də
"Üçlüyün" sizin iştirakınızla
keçirilən iclasında Şamaxı rayon partiya komitəsinin
təlimatçısı Xoren Amirovun və
başqalarının barəsində hansı hökm
çıxarılmışdı?
YAQUBOV - Xatırlamıram.
YAKOVLEV - Siz 1938-ci ildə həm
MK-nın təbliğat üzrə katibi, həm də
"Üçlüyün" üzvü idiniz. Əlibayramlıda məsuliyyətə
alınanlardan birisi partiya aparatının işçisi,
raykomun təlimatçısı idi. Onun məsələsini
qurub-quraşdıran Daxili İşlər Nazirliyinin rayon
şöbəsinin əməkdaşıydı, ölüm
hökmündə sizin imzanız vardır.
YAQUBOV - Xatırlamıram.
YAKOVLEV - Guya DQMV-də
əksinqilabi təşkilatın mövcudluğu barədə
məlumat vardı.
YAQUBOV - DQMV-də belə işlər
az deyildi. Konkret olaraq
hansını nəzərdə tutursunuz?
YAKOVLEV - 1938-ci ildə
DQMV-də guya əksinqilabi təşkilatda iştirak etdiklərinə
görə 37 nəfər güllələnmişdi.
YAQUBOV - Ola bilər.
YAKOVLEV - Bu, terror aktı deyildi?
YAQUBOV - O zaman istintaq
materiallarını Xalq Daxili İşlər
Komissarlığı hazırlayırdı. Mən hardan biləydim?
YAKOVLEV - Gərək
əməlli-başlı araşdıraydınız. Günahsız adamları əksinqilabi təşkilatın
üzvü və terrorçu kimi məhv etməyəydiniz.
Sizin imzaladığınız bir protokolda fəhlə
Yusif Məmiyev əksinqilabi və antisovet ünsür kimi
hallanır, onun kolxoz quruluşuna zidd mövqeyi göstərilir.
Azsavadlı Yusif Məmiyev ömründə kolxoz
görməmişdi, azsavadlı fəhlə idi. Belə bir vətəndaşın ölüm
hökmünə imza atanların vicdanı yoxdu? Deyin, bu
gün siz özünüz "Üçlüyün" fəaliyyətini
necə qiymətləndirərdiniz?
YAQUBOV -
Aydındır ki, bu, mahiyyətcə kadrların məhv edilməsi
idi. Sonralar MK Bürosunun digər üzvləri
ilə birlikdə mən də repressiya qurbanlarına bəraət
veriləndə partiyamızın siyasi xəttini
alqışlamış və müdafiə etmişəm.
YAKOVLEV - Bəlkə
xatırlayırsınız, Yusif Qasımov Azərbaycan KP MK
katibi idi. Pak və təmiz kadr idi. O,
hazırda sürgündən qayıtmışdır. Onunla Bakıda görüşdüm. Yusif Qasımov həmişə xalqın mənafeyini
üstün tutmuşdur, Kirov da onu yaxından
tanıyırdı. Elə Levon
Mirzoyanı yada salaq. Qazaxıstanda Mərkəzi
Komitənin birinci katibi idi. Bakıya gətirtdirib
Bağırov ona divan tutdu... Siz necə, özünüzü
toəmiz adam hesab edirsiniz?
YAQUBOV - Mən o zaman
hesab edirdim ki, partiya tapşırığını yerinə
yetirirəm, hardan bilərydim ki, bütün bunlar təxribatdır.
YAKOVLEV - O zaman Sumbatov, Beriya,
Bağırov kimi qəddar düşmənlər, eləcə
də Borşev, Nodarov, Xoren Qriqoryan, Markaryan kimi əclaflar və
cinayətkarlar vardı. Onlar 1920-ci ilin cinayətkarcasına
fəaliyyətə başlamışdı. Siz komsomolda boy atmış bir gənc kimi necə
oldu ki, onlara qoşulmaqla əlinizi qana
bulaşdırdınız? "Üçlüyün"
üzvü oldunuz? Əgər siz doğrudan da təmiz adam, pak kommunist olsaydınız, günahsız
insanlara ölüm hökmünü gözüyumulu
imzalamazdınız. Vicdanınız buna necə
yol verirdi?
YAQUBOV - Dərrakəm
çatmırdı.
YAKOVLEV - Necə yəni
dərrakəniz çatmırdı? Siz ali
savad almışdınız, aspirantura bitirmişdiniz, Mərkəzi
Komitənin katiblərindən biri idiniz.
YAQUBOV - O zamankı
şəraiti nəzərə alın. Onda mən cəmi
bir il rəhbər işdə olmuşam. Heç zaman məhkəmə sahəsində
çalışmamışam. 1938-ci ildə
bir neçə ay MK katibi vəzifəsini tutmuşam. Mənə
hansı iş tapşırılıbsa, onu can-başla yerinə
yetirmişəm. İndi mən dərk edirəm
ki, "Üçlüyün" fəaliyyəti
başdan-ayağa düzgün qurulmamışdı. Onu demək istəyirəm ki,
"Üçlüyün" üzvü olsam da, bilərəkdən
günahsız insanları məhv etməyi qarşıma məqsəd
qoymamışam.
YAKOVLEV - Siz
"Üçlüyün" tərkibində fəaliyyətinizlə
Bağırovun etimadını doğrultduğunuza görə
MK katibi seçilmisiniz.
YAQUBOV -
Bağırov başqalarını da irəli çəkmişdir.
O, birinci katib idi. Mən qurultayımızda (Azərbaycan
KP-nin XX qurultayı nəzərdə tutulur - T.Q.) sizə bu
barədə müfəssəl məlumat vermişəm.
YAKOVLEV - Ancaq
çox şeyləri gizli saxlamısınız. Deməmisiniz ki, Bağırovun etimadını
doğrultmaq üçün mindən artıq insanın dərisini
soyub məhv etmisiniz. Buna görə də
Bağırov sizi daxili işlər naziri təyin etmişdir.
Bağırov görmüşdür ki, siz
insanı milçək kimi öldürməkdə mahirsiniz.
YAQUBOV - Qətiyyən
belə deyildir. Əvvəlcə daxili
işlər naziri vəzifəsinə Az.Sİ-nin direktoru Saleh
Qocayev irəli sürülmüşdü. O, elmi
işindən ayrılmaq istəməyərək razı
olmamışdı. Ondan sonra namizədliyim
ortaya çıxmışdı. Büronun
qərarına əməl etməli idim, razılaşmaya bilməzdim.
YAKOVLEV - Siz
sonrakı illərdə də Bağırovun ən yaxın
adamı olmuşsunuz, partiyamıza və Sovet hakimiyyətinə
sadiq kadrların rüsvay edilməsində, onların həbs
edib işgəncələrlə öldürülməsində
Bağırovun sağ əli olmusunuz. Siz
partiyamıza deyil, Bağırova xidmət göstərmisiniz.
YAQUBOV - Mən hər zaman
partiyamıza xidmət etmişəm!
YAKOVLEV - Faktlar
sübut edir ki, siz 1953-cü ilin iyulunadək hər vəchlə
Bağırovun cinayətkar davranışını
partiyamızdan gizlətmisiniz. Məgər eşitməmisiniz
ki, Bağırov iş kabinetində Levon Mirzoyanı ayaq
altına salıb şil-küt etmişdir?
YAQUBOV - Yox, yox, eşitməmişəm!
YAKOVLEV - 1951-ci ildə
pambıq tədarükündəki qanunsuzluqlardan da xəbəriniz
yoxdu? Azərbaycandan namuslu adamlar
açıq və anonim məktublar yazıb bu
biabırçılıqdan dəhşətə gəldiklərini
bildirirdilər. Siz isə susurdunuz. Digər bir faktı yadınıza salıram.
Dağlıq Qarabağdan Mərkəzə daxil olmuş
şikayət məktubları ilə əlaqədar ÜİK(b)P MK-nın təlimatçısı
sizə zəng etmişdi. Siz buna
"provokasiyadır" cavab vermişdiniz. Daha sonra Peqov, Şubin yoldaşlar
maraqlanmışdılar.
YAQUBOV - O zaman bu məsələ
ilə Səmədov yoldaş məşğul olmuşdu,
Qarabağa o getmişdi. Mən yeddi ay
Moskvada xəstəxanada yatmışdım.
YAKOVLEV - Sizdən
DQMV-də baş verən hadisəni soruşurdular, cavab
vermişdiniz ki, "provakasiyadır", bununla da
Bağırovu təmizə çıxardınız. Çünki ondan qorxurdunuz.
YAQUBOV - Bəli, qorxurdum, bərk qorxurdum,
hamı kimi qorxurdum. Axı sizlərdən kim
onun əleyhinə bir söz deyə bilərdi?
YAKOVLEV - İyul
plenumunda məruzənizdə və
çıxışlarınızda Şamaxı hadisəsindən
və digər faktlardan danışmadınız. Çünki özünüz bu qanunsuzluqların
iştirakçısı idiniz. Partiya
üzvü, keçmiş raykom katibi Qəmbər
Bağırovun döyülməsi barədə nə deyə
bilərsiniz?
YAQUBOV - Müharibə
illərində Mərkəzi Komitənin göstərişilə
onu cəbhədən qaçmış fərari kimi həbsə
almışdıq, bandit olduğunu bilmirdik.
əvvəli və ardı var...
Teyyub
Qurban
Ekspress.-2013.-20-22
aprel.-S.15.