Rəssamlıqla çörək pulu qazanmaq çətindir
"Bəzən elə hallar olur ki,
sifarişçi rəsmi
sifariş etsə də, rəsm hazır olandan sonra almaq istəmir"
Təsviri sənətin növü
olan rəssamlıq insanın mənəvi aləmindəki duyğularını
cəmiyyətlə bölüşməyin
ən gözəl yoludur. Rəsm əsərləri həmişə insanları
maraqlandırıb və
onları valeh edib. Buna baxmayaraq,
bizdə rəsm əsərləri alanların
sayı elə də çox deyil. Mütəxəssislərin
fikrincə, rəsm əsərləri həm bahalığına, həm
də rəssamlar üçün lazımi
şəraitin olmamasına
görə az
satılır. Rəssamlar çox
vaxt rəsm əsərləri satılmadığı
üçün maddi
cəhətdən sıxıntılar
yaşayır.
Rəssam Şənər Cəbrayılovun sözlərinə
görə, rəsm çəkməyə uşaqlıqdan
başlayıb: "Uşaqlıqda
böyük qardaşımın
daim rəsm çəkdiyini görürdüm.
Mən də ona baxıb
həvəslənirdim. Çəkməyə başlayanda isə
yaxşı alındığını
gördüm. Elə o vaxtlardan
rəsm çəkirəm".
İşini çox sevən Ş.Cəbrayılov
rəsm alanların sayının getdikcə azaldığından təəssüflənir:
"Çətinliklə dolanıram.
Alıcılarım yoxdur. Bizdə rəssamlığa,
rəsm almağa maraq yoxdur" deyən həmsöhbətimizə
görə, bunun da səbəbi insanların rəsm əsəri almağa pullarının çatışmamasıdır.
Dediyinə görə, rəsmləri
maddi cəhətdən
yaxşı təmin olunmuş adamlar alırlar. "Amma elə adamlar
da var ki,
bu sənətin vurğunudurlar. Evdə yeməyə
çörəkləri belə
olmayanda onlar bəyəndiyi rəsmi alırlar".
Çəkdiyi rəsm əsərlərinin qiymətinə
gəlincə, rəssam
qeyd edib ki, o rəsmləri müxtəlif qiymətə
satır: "Elə rəsm əsəri var ki, onu
50 manata, eləsi də var 1000 və daha baha
satıram".
Çox vaxt rəsmləri hədiyyə vermək üçün aldıqlarını
deyən müsahibimin
sözlərinə görə,
əsasən gənc oğlanlar sevdikləri qızların fotolarını
gətirib portret sifariş verirlər.
"Portretlərin qiymətləri fərqlidir.
50 manata ağ-qara,
200 manatdan yuxarı isə rəngli portretlər çəkirəm.
Portretlərin qiyməti ölçüsünə
görə də fərqlənir. Evdə gedib
çəkdiyim rəsmləri
2000-3000 manata satıram.
Bəzən isə elə
hallar olur ki, sifarişçi rəsmi sifariş etsə də rəsm hazır olandan sonra almaq
istəmir. Belə rəsmlər
özümdə qalır.
Onların pulunu da heç vermirlər.
Bəzən olur ki, kimsə öz görünüşünü bəyənmədiyi, reallıqda
daha yaraşıqlı
olduğunu zənn etdiyindən rəsmi özümə qaytarırlar".
Müsahibimiz
deyir ki, sevdiyi rəsmlərdən
ayrılmaq onun üçün çətindir.
O, indiyədək üç
rəsmi satdığı
üçün peşmandır:
"Onları tələbəlik
illərimdə çəkmişəm.
Üçü də naturmort
idi. Onları satdığım üçün bu günə qədər məyus oluram".
Cəbrayılov adətən payız
mənzərələrini çox
çəkir. "Bəziləri düşünür
ki, payız insanı kədərləndirən
fəsildir. Amma rəssam
üçün payızı
təsvir etmək müxtəlif rənglərlə
işləməkdir. İnsanları da cəlb edən
məncə, payızın
rəngləridir. Ümumiyyətlə, payızla bağlı rəsmləri daha çox alırlar".
İçərişəhərdə yerləşən qalereyalardan birinin müdiri rəssam Eldəniz Quliyevin sözlərinə görə,
rəsmləri əsasən
turistlər alır.
Yerli adamlar isə
nadir hallarda rəsm əsərlərini alırlar.
"Elə olur
ki, ay ərzində
2-3 əsər satılır,
bəzən isə heç biri də satılmır.
Rəsmlər müxtəlif qiymətlərə
satılır. Qalereyada ən
ucuz rəsm əsəri 100-150 manatadır.
Qalereyaya
gələnlər daha
çox köhnə Bakının çəkildiyi
rəsmləri və naturmortları alırlar"
deyən Quliyev ümumiyyətlə, son illər
gənclərdə rəssamlığa
marağın artdığını
bildirir.
Rəssam Əhməd Vəliyev isə bu sənətlə
çörək pulu
qazanmağın çətin
olmasından şikayətlənir.
"Çəkdiyimiz zəhmətin əvəzini
ala bilmirik. Əvvəllər rəssamlar "Fəvvarələr
bağı"nda öz
rəsmlərini satırdılar.
İndi isə çəkdiklərimizi
satmaq üçün
belə bir yer yoxdur. Rəssamlar ya məcbur olur kirayə obyekt tutub öz
rəsmlərini orada satır, ya da qalereyalara verirlər. Qalereyalar isə rəsmləri ucuz alıb, baha satır".
Dolanmaq üçün kirayə
obyekt götürən
müsahibim hər ay bəzən borc götürüb 400-500 manat
balaca otaq üçün ödəyir.
"Rəsm çəkərkən
çox zəhmət
tələb olunsa da, rəsmlərə görə verilən pul azdır. Bəzən bir neçə ayını sərf edib bir rəsm
çəkirsən, onu
da cəmi 300 manata sata bilirsən.
Heç
olmasa ailəmi dolandırmaq və sənətimi davam etdirmək üçün
rəssamlıq kursu da açmışam.
Bir dərsi 10 manata öyrədirəm. Amma kursa
gələnlər də
azdır. Bəzi aylar
isə nə rəsmlər satılır,
nə də kursa gələnlər olur".
Aynurə MƏMMƏDOVA
Ekspress.-2013.-25
aprel.-S.14.