"Özümü "bakılı balası" sayıram"

 

Məşhur pianoçu Nikita Yujanin: Buzovna toylarında muğamı eşidib onu yaddaşıma yazmışam...

 

Hazırda Finlandiyada yaşayan tanınmış musiqiçi Nikita Yujanin 1939-cu ildə Bakı şəhərində anadan olub, fortepiano ixtisası üzrə ilk musiqi təhsilini Azərbaycanda alıb. Azərbaycan Dövlət Konservatoriyasının (Bakı Musiqi Akademiyası) fortepiano şöbəsinə daxil olan Yujanin sonradan ali musiqi təhsilini Leninqrad (Sankt-Peterburq-İ.H) Konservatoriyasında davam etdirib. Musiqi ifaçılığı üzrə doktor, fəlsəfə doktoru elmi dərəcələrinə yiyələnən professor Yujanin 20 ildən artıq Sankt-Peterburq Konservatoriyasında kafedra müdiri, fortepiano fakültəsinin dekanı vəzifəsində çalışıb.

   O, uzun illər Qnesinlər adına Moskva Musiqi Akademiyasında, habelə Finlandiya, Yaponiya Almaniyanın konservatoriya universitetlərində dərs deyib. Həmyerlimiz eyni zamanda bir sıra nüfuzlu beynəlxalq müsabiqələrin münsiflər heyətinin üzvü olub. Onun tələbələri sırasında 20-dən artıq Beynəlxalq müsabiqə laureatları, ABŞ, Rusiya, Fransa s. ölkələrin konservatoriya universitetlərində çalışan professor yüksək fəxri adlara layiq görülən (həmçinin YUNESKO-nun "Sülh naminə incəsənət xadimi") musiqiçilər var.

   Nikita Yujanin dünyanın bir sıra ölkələrində, o cümlədən ABŞ, Yaponiya, Rusiya, Almaniya, Finlandiya, İtaliya, Çin, Asiya ölkələri, Şərqi Avropa, Latın Amerikası, Afrikada simfonik orkestrlərlə çıxış edərək solo konsertləri verib, ustad dərsləri, simpozium, festival müsabiqələr təşkil edib. Yujanin bir sıra beynəlxalq müsabiqə festivalların, o cümlədən "Rahmaninov International Competitions and Festivals USA Los Angeles"in bədii rəhbəridir.

   Onunla bir təsadüf nəticəsində tanış olduq. Yujanin köhnə Bakının canlı ensiklopediyasıdır. Uzun illər xaricdə yaşasa da, Bakını unutmayıb. Söhbətimiz maraqlı alındı, ümid edirəm ki, oxucularımıza da maraqlı olacaq...

   - Mənim babamla nənəm bolşeviklərdən qaçıb ötən əsrin 20-ci illərində Bakıya köçüb. Qohumlarımızın bəziləri hətta Şanxaya da gedib çıxıb. Atam Aleksey Maxovekski filosof, SSRİ Elmlər Akademiyasının həqiqi üzvü olub. Onu dəfələrlə Moskvaya yüksək vəzifələrə dəvət etsələr , atam Bakıda qalmağa üstünlük verib. Əslində, doğru addım atıb, çünki onun Moskvadakı dostlarının əksəriyyətinin Stalin axırına çıxdı. Atam yeganə akademik idi ki, kommunist partiyasının üzvü olmayıb. Mən 20 yaşıma qədər Bakıda yaşamışam. Rəşid Behbudov "Akademiklər binası"nda qonşumuz olub. Akademik ailəsində böyüsəm , məhəllə uşaqları ilə aram yaxşı olub. Mən özümü əsl "bakılı balası" sayıram. Bakı küçəsində böyümək uşağı mətinləşdirir, mübariz edir. Bir məsələ var ki, o dövrün Bakısı tamam başqa aləm idi. Mən demək olar ki, 30 ildir, dünyanın bütün şəhərlərində olmuşam. Mən o dövrün Bakısı kimi şəhərlə heç yerdə rastlaşmamışam, o, sanki ayrıca bir planet idi. O dövrdə Bakı uşaqları özlərini millətə görə ayırmırdılar, biz sadəcə "bakılı" idik.

   - Uşaqlıq dostlarınızla əlaqə saxlayırsınızmı, onların arasında bu günün məşhurları varmı?

   - Paris Universitetinin professoru Marek Drabenski, Zöhrab Adıgözəlzadə, Leonid Qusman mənim məhlə uşaqlarım olublar. Bundan başqa daha bir nəfərin adını çəkmək istəyirəm - Vaqif Mustafazadə, onunla eyni musiqi məktəbində oxumuşuq konservatoriyada ikimiz məşhur musiqiçi Şaroyevin kursunda təhsil almışıq. O da Sankt-Peterburqdan qaçıb gələnlərdən idi. Professor Şaroyev istedadlı pianoçu idi. Vaqif çox vaxt dərsə gəlməz, evdə gecə-gündüz pianoda caz çalırdı. Professor Şaroyev onun xətrini çox istəyirdi, dərsə gəlməyəndə göz yumurdu, deyirdi ki, əşi, eybi yoxdur, onsuz da o çox istedadlıdır, qoy gedib cazını çalsın... O dövrdə heç kəs cazla maraqlanmırdı. Amma mən onunla bir çox tələbə gecələrində "geam-session"a çıxmışam. İnsanlar məni klassik musiqinin ifaçısı kimi tanıdıqlarından hərdən Vaqifin əsərlərini çalanda təəccüblənirlər. Mən bir məsələni xüsusi vurğulamaq istəyirəm. O dövrdə Bakı incəsənət sahəsində SSRİ- çox irəli getmişdi. Müxtəlif sahələrdə yeniliklərlə burada yaxından tanış olmaq imkanı vardı. Misal üçün, Moskvada heç kəs Bakıdakı kimi rahatlıqla caz dodekafoniya çala bilməzdi, bu janrda əsər bəstələməyə imkan yox idi. Yeniliyə həvəsi olanlar burada istədiklərini edə bilərdilər. 20 ildən sonra yenidən Bakıya qayıdanda həmin atmosferlə qarşılaşdım, heç dəyişməyib.

   - Bayaq dediniz ki, dünyanın böyük-böyük şəhərlərində fortepiano ifaçılığını tədris edirsiniz. Dərslərinizdə Azərbaycan musiqisindən istifadə edirsinizmi?

   - Bu gün çox sevindirici haldır ki, Azərbaycan musiqisi dünyada səslənir. Mən Azərbaycan deyəndə yalnız şimalı nəzərdə tutmuram. Azərbaycan xalqının özünəməxsus musiqisi var. Saçi adlı yaponiyalı tələbəm var mən ona Qara Qarayevin, Fikrət Əmirovun, Firəngiz Əlizadənin əsərlərini öyrətməklə Azərbaycan musiqisini anlatmağa çalışıram. Mən klassik Azərbaycan bəstəkarlarının əsərlərini çox gözəl bilirəm, müasirlərdən Firəngiz Əlizadənin əsərlərinə valehəm. Bundan başqa onu da deyim ki, nəinki klassik bəstəkarlar, hətta Azərbaycan muğamlarını həm gözəl bilir, həm dərslərimdə tədris edirəm. 10 il biz Buzovnada yaşamışıq mən oranın toylarında muğamı eşidib onu yaddaşıma yazmışam.

   - Azərbaycan musiqisinə xaricdə münasibət necədir, ona ekzotik musiqi kimi yanaşırlar, yoxsa professional?

   - Mən yenə Saçidən danışmaq istəyirəm. O, məni öz Allahı sayır... Saçi bilir ki, mən musiqi sahəsində hər şeyi bilirəm. Mən Azərbaycan musiqisini ona başa salanda, görürəm ki, yaxşı başa düşmür. Çünki bu musiqi onun ürəyindən gəlmir, onun üçün yaddır. Amma Bakıya gəlib Azərbaycanı tanıyandan sonra görürəm ki, yaxşılığa doğru dəyişiklik var. Azərbaycan musiqisini başa düşmək üçün mütləq Azərbaycanı görmək lazımdır.

   - Azərbaycan muğamının dünyanın hər tərəfində digər janrlar- simfonik musiqi, pop, rep kimi insanlar tərəfindən qəbul edilməsi, sevilməsi üçün etmək lazımdır? Bəli, muğam YUNESKO-nun Qeyri-Maddi İrs siyahısına salınıb, böyük-böyük səhnələrdə ifa olunur alqışlanır. Amma bu, qlobal miqyasda kütləvi musiqiyə çevrilməyib. Bizlər klassik musiqini öyrənməyə çalışırıq, digər millətlər onu peşəkar musiqi kimi öyrənmək istəyərlərmi?

   - Əslində mən bu barədə fikirləşirəm. Bunun ən yaxşı nümunəsi kimi Vaqif Mustafazadənin musiqisini göstərmək olar. Vaqif caz musiqisi bəstələyirdi, amma o cazı muğamla sintez etdi. Ona görə hamı tərəfindən qəbul olunur, sevilirdi. Fikrimcə, bu əla variantdır. Ona görə , vaxtı boş yerə itirmək lazım deyil, bu istiqamətdə işlər görülməlidir. Muğamı ifa edərkən onun içindəki yanğını musiqiçi öz ifası, adi bir hərəkəti, baxışı ilə hiss etdirməlidir. Mənim skripkaçı tələbəm var- Cavad Tağızadə, o, Almaniyada muğam ifa edəndə hamı heyran qalırdı. Çoxları məndən bu əsərlərin not yazısını istəyirdi. Firəngiz xanım Əlizadənin əsərləri muğamlardan bəhrələndiyi üçün bütün dünyanı fəth edir. Bu gün Avropa musiqisi artıq ölüb, ona təzə qan lazımdır, bu da muğamdır. Mənim düşüncəmə görə, Azərbaycan muğamı Şərq musiqisinin özəyi, cövhəridir. Mən fəlsəfə elmləri doktoruyam, şərq musiqisini tədqiq etmişəm. 100 il bundan əvvəl Şərq Qərbdən öyrənirdisə, artıq əksinədir, Qərbi öyrətməyə başlayıb. Nəinki musiqidə, indi bütün sahələrdə Şərq Qərbi geridə qoyub. Ona görə , çox eksperimentlər etmək lazımdır.

   - Muğamlarımızdan hansını bilirsiniz?

   - Demək olar ki, hamısını.

   - Ən çox hansı muğamı xoşlayırsınız?

   - Yaxşı ifa olunan bütün musiqilərə qulaq asmağı xoşlayıram.

   - Bakıda qohumlarınız varmı?

   - Bacım Bakıda yaşayır. Ona görə , mən Bakıya uzun illərdən sonra qayıtsam da, özümü yad deyil, buranın insanı kimi hiss etdim. Mənim babamın, nənəmin, valideynlərimin, ümumiyyətlə bütün qohumlarımın məzarları buradadır. Bu səbəbdən milliyyətcə fin olsam da, özümü azərbaycanlı sayıram.

 

  

AYXAN

 

Ekspress.-2013.-27-29 aprel.-S.11.