Mir Cəfər Bağırov və
Teymur Quliyev
Mir Cəfərin
məhkəməsi necə
hazırlanmışdır?
Azərbaycanda ötən əsrin ən qalmaqallı və indiyədək ətrafında söz-söhbətlərin dolaşdığı məhkəmələrdən biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban bu məhkəmə, onun necə və kimlərin sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında araşdırıb...
Qeyd: Artıq 5 ilə yaxındır, Teyyub müəllimin Mir Cəfər Bağırovla bağlı arxivlərdən gün işığına çıxardığı materialları, müxtəlif sənədləri qəzetimizin hər şənbə sayında "Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır" başlığı altında təqdim edirik. Əslində, bu layihəni Mir Cəfərin məhkəməsi ilə, məhkəmənin ətrafında cərəyan edən hadisələrlə və ictimaiyyətə məlum olmayan maraqlı faktlarla yekunlaşdırmaq istəyirdik. Lakin arxiv elə dəryadır ki, sonu-bucağı yoxdur. Teyyub müəllim arxivdən elə faktlar, elə sənədlər üzə çıxarırdı ki, onların oxucularımızda maraq doğuracağını nəzərə alaraq bir çox hallarda mövzudan kənara çıxmalı olurduq.
Yaxın saylarımızda Mir Cəfər Bağırovun məhkəməsini təqdim edəcəyik. Həmin vaxtadək "Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır" başlığını yalnız rubrika kimi saxlayırıq.
1953-cü il iyulun 20-də Azərbaycan KP MK və Bakı Şəhər Partiya Komitəsinin yenidən birləşmiş plenumu təşkil edilir. Plenumda "Azərbaycan KP MK və Bakı Şəhər Komitəsinin fəallarla birlikdə keçirilmiş Birləşmiş Plenumunun qərarı haqqında" Sov.İKR MK Rəyasət Heyətinin 1953-cü il 17 iyul tarixli qərarı ilə əlaqədar Azərbaycan KP MK-nın birinci katibi Mirteymur Yaqubov məlumat vermiş, sonra Teymur Quliyev çıxış etmişdi.
"Teymur Quliyev: - Mən çox danışmayacağam. Çünki Yaqubov yoldaş bütün məsələləri ətraflı şərh etdi. Mən bir həftə bundan qabaqkı vaxta qayıtmaq istəyirəm. Yəqin ki, plenum iştirakçıları Bağırovun son çıxışını yaxşı xatırlayırlar. Onun son çıxışı, necə deyərlər, dumanlı çıxış idi..."
MÜƏLLİFDƏN. Arxiv sənədləri arasından 60 il bundan qabaq -1953-cü il iyulun 13-də Azərbaycan KP MK və Bakı Şəhər Komitəsinin birləşmiş plenumunda Mir Cəfər Bağırovun son çıxışının mətnini qaldırıram.
"MİR
CƏFƏR BAĞIROV: - Dünəndən bəri
ünvanıma yönəltdiyiniz kəskin
çıxışları dinləyirəm. Azərbaycanlıların
belə bir məsəli var:
"Döyülməmiş çəltikdən düyü alınmaz". Tənqidinizlə məni
"döyməyinizdə" haqlısınız. Ancaq bilin ki, mən bir
an da olsun
özümü düşünmürəm.
Sizin mühakiməniz, partiyamızın
qərarı necə olacaqsa, qəbul edəcəyəm. Bununla belə,
tənqidi çıxışlarınız
mənə kömək
etdi ki, hafizəmdəki bir faktı xatırladım.
Ancaq ad və familiya çəkməyəcəyəm. Çünki Mərkəzi Komitənin
Rəyasət Heyətinin
iclasınadək bunu aşkarlamağa səlahiyyətim
çatmır.
Əvvəlcə Azərbaycanda və
Zaqafqaziyada 1918-1919-cu illərdə
mövcud olan vəziyyət barədə
demək istəyirəm.
O zaman Amerikanın baş qubernatorluğu Naxçıvanda yerləşirdi.
İşğalçılar Bakıya gəlirdilər.
Onlar getməyə macal tapmamış başqaları
- italiyalılar, almanlar
və ingilislər gəlirdilər. Bunların da
hər birinin izi, kəşfiyyatı qalırdı. Faktlar göstərir
ki, ingilislər hamıdan çox agent qoyub gedirdilər. Dünəndən bəri
fikirləşirəm: Beriya
öz anketində yazmışdır ki, əks-kəşfiyyatda xidmət
etmişdir, özü
də partiyanın tapşırığı ilə.
Çox
vaxt kəşfiyyat orqanları cürbəcür
hiylə və kələk işlədir,
güllələnməyə məhkum edir, sonra həmin şəxs guya təsadüfən qaçıb
güllələnmədən yaxasını qurtarır,
mühacirətə gedir,
orada etimad qazanır və sairə. Partiya təşkilatının tapşırığı ilə
əks-kəşfiyyatda işlədiyi
barədə Beriyanın
öz anketində yazdıqları təsadüfi
deyil. Mən Zevin yoldaşın (Partiya Tarixi İnstitutu )
dünənki arayışını
xatırlayıram. Zevin yoldaş
bildirir ki, partiyaya qəbul olunmaq üçün ona zəmanəti ifşa olunmuş düşmən - Sarkis vermişdir. Burada uzun
müddət partiya təşkilatına rəhbərlik
edən Mirzoyan, sən demə, ingilis agenti imiş. Casusluğa 1918-ci ildə cəlb
olunmuş Mirzoyan Bakıda Zavağzal rayonunda həmkarlar ittifaqı hərəkatına
rəhbərlik edirdi.
Mirzoyanın quldur dəstəsi
Qazaxıstanda ifşa
edildikdən sonra, dəstənin üzvlərindən
biri, canavar təbiətli menşevik Roxlin yaxşı yadımdadır. 1939 və yaxud 1940-cı ildə hər halda müharibə ərəfəsində buralarda
peyda oldu. Biz Roxlini, necə
deyərlər, göydə
axtarırdıq, yerdə
əlimizə düşdü.
Bir çox ingilis agentlərinin ad-familiyasını
ondan öyrənə
bildik. Lap bu yaxınlarda burada çoxdan "lövbər salmış"
başqa bir ingilis agenti həbs edilmişdir.
Ərz edim ki, ingilis
kəşfiyyatı qədim
tarixə malikdir, təcrübəlidir, agentləri
kəşfiyyatda işləməyə
müvəqqəti cəlb
etmir, yeniyetməlik çağlarından işə
cəlb edir və şərtləşir
ki, müəyyən vaxtda, hətta qoca yaşlarında lazım gəldikdə onu axtarıb tapacaqlar.
Mənə elə gəlir
ki, Beriya bir çox agentləri yaxından tanıyırdı. Əks təqdirdə
onu çoxdan ifşa edərdilər.
Beriya yazırdı ki, kəşfiyyatda partiyanın
tapşırığı ilə işləmişdir.
Birinci çağırış SSR İttifaqı
Ali Sovetinin birinci sessiyasından sonra o,
Stalin yoldaşa yazmışdı
ki, yeni konstitutsiya əsasında yüksək vəzifəyə
seçilmiş bir şəxs vaxtı ilə ağqvardiyaçıların
kəşfiyyatında işləmişdir.
(Burada dumanlı
nə var ki - 1936-cı ildə qəbul edilmiş yeni Konstitutsiyaya əsasən 1937-ci ilin dekabrın 12-də SSRİ Ali Sovetinə
birinci çağırış
seçkilər keçirilmişdi.
Yüksək vəzifəyə seçilmiş bir şəxs - yeyinti sənayesi komissarı vəzifəsindən irəli
çəkilərək SSRİ Xalq Komissarları Soveti sədrinin müavini olmuşdu.
2000-ci ildə Moskvada çıxmış
"İmperiya Stalina"
bioqrafik ensiklopediyada bunları oxumaq olar. Burada deyildiyi kimi, Anastas İvanoviç
Mikoyan 1895-ci il noyabrın 13-də Tiflis quberniyasının
Borçalı qəzasında
Sanain kəndində doğulmuş, 1978-ci il oktyabrın 21-də Moskvada
vəfat etmişdir. Atası dülgər işləmişdir.
1916-cı ildə 21 yaşında Tiflisdə erməni ruhani seminariyasını bitirmiişdir.
1918-ci il mart ayında müsavatçıların
qiyamının yatırılmasında
iştirak etmişdir.
Həbsə alınmış, ancaq möcüzə baş vermiş və 26 Bakı Komissarları arasında güllələnməmişdir. Kitabın müəllifi K.A.Zalesski "möcüzə"nin nədən ibarət olduğunu açmamışdır. Buna M.C.Bağırov 1953-cü ildə
işarə etmişdir
- ingilis kəşfiyyatı
agentlərini gənc yaşlarından cəlb edir, lap qoca yaşlarında onu axtarıb tapır. Stalinin, Beriyanın və Bağırovun sağlığında
əli-qolu bağlı
qalan dünya daşnaklarının Kreml
nümayəndəsi sonralar
asudə qanad açdı, yer üzünü dolaşdı,
iyirminci əsrin birinci yarısında ermənilərin həyata
keçirə bilmədikləri
mənfur niyyətləri
onun sayəsində baş tutdu. SSRİ Ali Soveti Rəyasət
Heyətinin sədri vəzifəsində Mikoyan 1960-cı ildə Azərbaycanın əzəli diyarı Naxçıvanı daşnaklara
hədiyyə etmək
istədi, 1969-cu ildə
Azərbaycanın qədim
şəhəri İrəvanda
"erməni soyqırımı"
abidəsi ucaldıldı.
1978-ci ildə Bakıda Şaumyanın heykəli peyda oldu. Yeri gəlmişkən, sabiq millət vəkili Maksim Musayevin 2012-ci ildə Bakıda nəşr edilmiş "Ermənilər
Amerikada" kitabında
Mikoyanla əlaqədar
maraqlı bir epizod vardır. Kitabda (səh.116) oxuyuruq:
"Amerika qitəsi dövlətlərindəki "sosialist sisteminin yaradılması" gizli
proqramına rəhbərliyi
əsasən Anastas
Mikoyan ildarə edirdi.
Bununla əlaqədar bəzi ölkələrə onun
rəsmi, hətta qeyri-rəsmi səfərləri
də olurdu. Vəziyyəti daim nəzarətdə
saxlayan ABŞ rəhbərliyi
yaxın ölkələrin
birindən A.Mikoyan Moskvaya qayıdarkən, onun təyyarəsini məcbur edib hərbi aerodroma endirmişdi. Özü və
təyyarənin ekipajı
girov saxlanır və münaqişə pik həddinə çatır. Aparılan ardıcıl
diplomatik danışıqlardan
sonra A.Mikoyan SSRİ-yə təhvil verildi.
Həmin günlərdə Mikoyanın arvadı qəflətən vəfat etdi və bu məsələlərə görə də o, dəfn mərasimində iştirak edə bilmədi. Mikoyanın girov edilməsindən sonra Amerika qitəsi ölkələrində "sosializmi qurmaq" ideologiyası tədricən səngimyə başladı. Bəzi siyasi şərhçsilər belə bir fikir də söylədilər ki, Mikoyan hər iki tərəfə - həm Sovetə, həm də ABŞ-a işləyirdi və ona görə də özü girov düşdü").
Qayıdaq
1953-cü il aprelin 20-nə. Bakıda Azərbaycan KP MK və BK-nın birləşmiş plenumu işini davam etdirir. Moskvada Bağırovun düşmənləri
- Xruşşov, Malenkov və
Mikoyanla görüşündə
rəğbət qazanmış
Teymur Quliyev aprelin 20-də birləşmiş
plenumun qərarı ilə Azərbaycan SSR Nazirlər Sovetinin sədri təsdiq edilir. Artıq xitabət kürsüsündədir.
"TEYMUR QULİYEV: - Aprelin 17-də Kremldə Sov.İKP MK Rəyasət
Heyətinin üzvləri
ilə görüş
zamanı Bağırovun
çıxışının hansı əks-səda doğurduğu barədə
burada Yaqubov yoldaş məlumat verdi. Deməliyəm ki, partiyamızın rəhbər orqanları Bağırov yoldaşa Beriya ilə əlaqədar məsələlərdə
düzgün mövqe
tutmaq üçün
şərait yaratdılar.
Lakin o yaradılmış imkandan
istifadə etmədi.
Əksinə, MK üzvləri arasında hansısa bir başqasının
agent olması barədə
cəfəngiyyatı təkrar
etdi. Xruşşov,
Malenkov, Molotov, Voroşilov və
digər yoldaşlar Bağırovun sözlərini
təxribat və manevr kimi qiymətləndirdilər.
Yoldaşlar, Bağırov yoldaş
partiyamızın etimadını
doğrultmadı. Bu yüksək
etimadı biz doğrultmalıyıq
(Alqışlar)..."
Teymur Quliyev Bağırovdan sonra Azərbaycan SSR Nazirlər Sovetinin sədri vəzifəsində
11 ay 17 gün çalışdı
- 1953-cü ilin aprelin
20-dən 1954-cü il fevralın
17-dək...
əvvəli və ardı var
Teyyub Qurban
Ekspress.-2013.-3-5 avqust.-S.15.